Bakıda beynəlxalq konfrans keçirilib

 

"Biz qələbənin varisləriyik" devizi altında keçirilən beynəlxalq aksiya çərçivəsində Azərbaycan Gənclər İdman Nazirliyi ilə birgə "Gənclər sülhün tərəfdarıdır" mövzusunda təşkil olunan beynəlxalq konfrans keçirilib. Konfransda Rusiya, Moldova, Qazaxıstan, Belarus Ukraynanı təmsil edən gənclər iştirak ediblər. Mayın 7-də konfrans iştirakçıları Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin ofisində Böyük Vətən müharibəsi veteranları ilə görüşüblər. Tədbirdə gənclər idman nazirinin müavini İntiqam Babayev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, "Əsgər anaları" Şurasının sədri Leyla Gərayzadə çıxış edərək konfrans iştirakçılarını salamlayıblar. Böyük Vətən müharibəsi veteranları öz xatirələrindən danışaraq gənclərə hərbi-vətənpərvərlik hisslərindən, döyüş xatirələrindən danışıblar. Konfransda iştirak edən gənclər veteranlara suallar veriblər. Müasir dövrümüzdə beynəlxalq aləm üçün sülhün vacibliyi barədə söhbət açan gənclər konfransın devizinin təsadüfi seçilmədiyini vurğuladılar. Sonda xatirə şəkilləri çəkildi. Qonaqlara hədiyyələr - "Azərbaycan muğamı", "Azərbaycan xalçaları", "Azərbaycan mədəniyyətinə baxış" kitabları, "Erməni terroru" "Azərbaycana xoş gəlmisiniz" adlı disklər təqdim olunub.

 

 

Əli

 

Həftə içi.- 2009.- 8 may.- S. 2.