"Biz iqtidarın siyasətini dəstəkləyirik"

 

Bayram Səfərov: "Azərbaycanlılar heç vaxt Qarabağdan imtina etməyəcəklər"

 

"Şuşalıların həyatında heç dəyişməyib. Onlar, sadəcə, məcburi köçkün şəaritində yaşayırlar, lakin Şuşaya qayıdacaqlarına inanırlar". Bu sözləri Azərbaycanın Dağlıq Qarabağ icmasının rəhbəri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "day.az"a müsahibəsində deyib.

 

Onun sözlərinə görə, şuşalılar Dağlıq Qarabağın azad olunması ilə bağlı rəsmi Bakının atdığı bütün addımları diqqətlə izləyirlər: "Prezident İlham Əliyev Xarici İşlər Nazirliyinin bu istiqamətdə mövqelərini dəstəkləyirik. Hakimiyyət işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdan ötrü nəhəng aparır. Biz şuşalılar hakimiyyətin bu siyasətini dəstəkləyirik". B.Səfərov Ermənistan prezidenti S.Sarksiyasının Qarabağın Azərbaycanın torpağı olmadığı ilə bağlı sərsəm fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, azərbaycanlılar heç vaxt Qarabağdan imtina etməyəcəklər: "Qarabağ Azərbaycanın torpağı olub olacaq da. Qarabağ müvəqqəti olaraq işğal edilib. Ermənilər tarixi həqiqətləri gizlədirlər. Bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi sayılır beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyanlayıblar".

Adıçəkilən icmanın rəhbəri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar oldduğunu bildirib. O heç kimin müharibə istəmədiyini deyib. Amma münaqişə danışıqlar vasitəsilə çözülməzsə, onda seçimin Ali Baş Komandanın səlahiyyətində olduğunu söyləyib: "Biz onun əmrini yerinə yetirəcəyik. Şuşalılar, qarabağlılar bütün Azərbaycan xalqı bu prosesdə həmrəy olduqlarını göstərəcəklər".

İcra başçısı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, Azərbaycan xalqı öz ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına bir daha imkan yaratmayacaq. Onun fikrincə, Dağlıq Qarabağın statusu məsələsi torpaqlarımız işğaldan azad edildikdən, qaçqınlarımız yurd-yuvalarına qaytarıldıqdan sonra müəyyənləşdirilə bilər: "Yalnız bundan sonra ermənilərlə bir yerdə yaşamaq barədə düşünə bilərik".

B.Səfərov azərbaycanlı və erməni icmalarının görüşə biləcəyinə də toxunub. Amma bu barədə dəqiq razılaşmanın olmadığını deyib. onlar, azərbaycanlılar bu təşəbbüsdə olmayıblar: "Minsk Qrupu da analoji təkliflərlə çıxış edib. Əgər onlar bu məsələ ilə bağlı ciddi fikirləşsələr, bunu müzakirə edə bilərik. Əlbəttə, biz əlaqə saxlamalıyıq. Biz heç vaxt dialoqun əleyhinə olmamışıq".

İcma rəhbəri Türkiyə - Ermənistan münasibətlərinə toxunub. Bildirib ki, son vaxtlar rəsmi Ankarının məlum siyasət yürütməsi onları da ciddi narahat edib: "Mən işğal olunmuş torpaqlarımız geri qaytarılmayanadək Türkiyə - Ermənistan sərhədlərinin açılmasına razı deyiləm. Rəsmi Ankara iddia edir ki, sərhədlərin açılması Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcək. Əgər bu belədirsə, bəs niyə sərhədləri bağlamışdılar? Bizim mövqeyimiz budur ki, ermənilər torpaqlarımızı geri qaytarsınlar, bundan sonra Türkiyə onlarla istənilən əlaqələrini qura bilər". Şuşanın icra başçısı indi şəhərdən əsər-əlamət qalmadığını, orada olan bütün tarixi abidələrin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını söyləyib: "Biz bununla bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət etmişik". B.Səfərov Şuşa işğal olunduqdan sonra şuşalıların Azərbaycanın bütün rayonlarında, hətta Naxçıvanda belə məskunlaşdıqlarını deyib. Onun sözlərinə görə, şəhərdə onların sayı 28 mindir: "Mayın 8-i bütün şuşalıların matəm günüdür. Bu gün ümummilli lider Heydər Əliyevin məzarını Fəxri xiyabanı ziyarət edəcəyik. Axundov adına kitabxanada sərgi təşkil olunacaq. "Qarabağ - irsimizdə əbəədi xatırlanacaq" kitabının təqdimatı keçiriləcək. Digər elmi-konfranslar da düzənləyəcəyik".

  

     

Elnur

 

Həftə içi.- 2009.- 8 may.- S. 1-2.