Azərbaycan finalda!
Bu gün
"Eurovision-2009" yarışmasının
qalibi müəyyənləşəcək
Rusiyanın Moskva şəhərində keçirilən
54-cü "Eurovision-2009" yarışmasının
2-ci yarımfinalından finala
vəsiqə qazanan ölkə iştirakçılarının
adları məlum oldu.
Bildirək ki, 2-ci yarımfinal konsertində Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Macarıstan, Azərbaycan, Yunanıstan,
Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya və Niderland iştirak etdi. Təmsilçilərimiz bu
konsertdə 12-ci nömrə
altında öz çıxışlarını nümayiş etdirdilər.
Böyük coşqu ilə izlənən təmsilçilərimizin çıxışı
nəinki "Olimpiyski"
idman-konsert salonundan, hətta jurnalistlər üçün ayrılan
xüsusi iş otağından da alqışlarla qarşılandı.
İkinci yarımfinla konserti də öz qeyri-adiliyi ilə seçildi. Belə ki, Rusiyanın
məşhur rəqs ustalarının iştirakı
ilə "Eurovision " yarışmasınan
əvvəlki illərdəki
qaliblərinin musiqiləri
əsasında ritmik səhnə quruluşu ilə müxtəlif səpkili rəqslər təqdim edildi. 19 iştirakçı ölkənin
çıxışından sonra yenidən 15 dəqiqə ərzində
bütün dünya ölkələrindən səsvermələr
başlanıldı. Nəticələr
isə gözlənilməz
dərəcədə hər
kəsi şoka saldı. Beləliklə, Azərbaycan bu sıralamada öz yerin 1-ci olaraq aldı. Digər sıralamanı isə Xorvatiya , Danimarka,
Ənənəyə uyğun
konsert proqramından sonra finala vəsiqə
qazanan bütün iştirakçı ölkələr
mətbuat konfransı
üçün "Olimpiyski"
idman-konsert zalındakı
mətbuat mərkəzinə
yığışdılar. Azərbaycan təmsilçilərini
böyük coşqu ilə qarşılayanlar içərisində nümayəndə
heyətinə daxil olan jurnalistlərlə bərabər, hətta digər ölkələrin
də jurnalistləri qoşuldu. Onu da nəzərinizə çatdıraq ki, təmsilçilərimizi dəstəkləmək
üçün Bakıdan
xüsusi olaraq Azərbaycanın xalq artisti Aygün Kazımova da iştirak edirdi. O da öz növbəsində
təmsilçilərimizə uğurlar dilədi və bildirdi ki, müsabiqə sona çatana qədər təmsilçilərimizin
yanında olacaq və dəstəyini əsirgəməyəcək: "Mən onların hər ikisinə inanıram.
2-ci yarımfinal konserti üçün düzənlənə
mətbuat konfransını
isə bir sıra hadisələr və çıxışlarla
yadda qaldı. Norveç təmsilçisi
Aleksand Rıbaka belarusiyalı jurnalistin müğənnin nənəsindən
gətirdiyi hədiyyəni
təqdim etməsi zalda alqışlarla qarşılandı. Təmsilçi
yarıfinal günü
keçirdiyi ad gününə
bunun ona böyük hədiyyə
olduğunu söylədi.
Azərbaycan təmsilçiləri
Mətbuat konfransında hər kəsin maraqla gözlədiyi Yunanıstan təmsilçisi
Sakis Ruvas isə jürnalistlərin
xahişi ilə müsabiqədə ifa etdiyi mahnısını elə mətbuat konfransında yenidən oxudu. Bundan başqa
jurnalistlər tərəfindən
ona münsiflər heyətinin sədri ilə dostluğunun qələbəsinə hansı
təsir edəcəyi,
sualına cavab olaraq, yunan təmsilçisi
bildirdi ki, burda hər şey obyektiv olacaq. Dostluğun müsabiqəyə heç
aidiyyatı yoxdur. Bunu Sakis Ruvas
dedi.
Hər zaman bütün çıxışlarında
tamaşaçıları heyrətləndirən Ukrayna
təmsilçisi Svetlana Loboda
mətbuat konfransında
da fərqləndi. Stolun üstünə qalxan müğənni bütün zalın diqqətini özünə
çəkərək, o da
Sakisə cavab olsun deyib, öz
müsabiqə mahnısından
bir parça ifa etdi. Mətbuat
konfransında təmsilçilər
həmdə finalda çıxış edəcəkləri
nömrələri də
kiçik matruşkalardan
çıxardılar. Beləliklə
püşkatmada Azərbaycan
11, Xorvatiya 5, Norveç
30, Danimarka 16, Yunanıstan
8, Litva 1, Moldova 13, albaniya
19, Ukrayna 21, Estoniya isə 15-ci sıraları
paylaşdılar.
Nəticələrə görə
mayın 16-da keçiriləcək
final konsertində 25 ölkə
aşağıdakı sıralama
ilə çıxış
edəcək.
Mətbuat konfransından sonra "Həftə içi" olaraq təmsilçilərimiz Aysel
və Araşla görüşüb, yarımfinal
konsertindəki uğurlu
çıxışları ilə bağlı münasibət öyrəndik.
Hər iki təmsilçimiz olduqca xoşbəxt olduqlarını,
bu üğurda hər ikisinin rolu olduğunu söylədilər. Araşın
bildirdiyinəi görə
o Ayseldən elə bunu da gözləyirdi:
"Mən ilk gündən
bilirdim ki, Aysellə çıxışım
uğurlu alınacaq. O
nəinki bü günki axşam çıxışındı, hətta bü vaxta qədər olduğumuz bütün konsertlərdə gözəl
tərəf müqabilidir.
Heç kim deyyə bilməz ki, o yeni başlayan
müğənnidir. Çünki
çox peşəkarcasına
səhnə də hərəkət edir. Səsini isə gözəl işlətməyi
bacarır. Biz əlimizdən
gələni etdik. İnşallah finalda bündan böyük nəicələr gözləyirik.
İnanırıq ki,
qalibiyyət bizimlə
olmalıdır". Aysel
isə bütün uğurlarında Araşa xüsusi minnətdarlıq
etdi: "Mən çox şadam ki, peşəkar insanla birlikdə işləmək nəsib
oldu. Araş mənə çox kömək etdi. Onun yanında səhnədə olmaq mənə çox rahatdır. Səhnədəki
bütün çıxışlarımda
köməyini əksik
etmir. Ona görə də yarımfinal çıxışımız
hər kəs tərəfinndən yüksək
qiymətləndirildi. Nəticəni
isə hər kəs gördü. Biz burda mütləq birinci olmalayıq. Finalda bütün dünya azərbaycanlılarından
bizi dəstəkləməyi
gözləyirik".
Dünən isə final konsertinin 2 əsas məşqi keçirildi.
Bildirək ki, final konsertlərinə aparıcılığı
Rusiyanın 1-ci kanalının
teleaparıcısı İvan
Urqant və tanınmış Rusiya müğənnisi Alsu edəcək. Təmsilçilərimiz
dünən hər iki əsas məşqdə
də uğurlu çıxışlar nümayiş
etdirdilər. Bu gün
isə Bakı vaxtı ilə saat 24-də İctimai Televiziya ilə canlı olaraq
"Eurovision 2009" yarışması yayımlanacaq. Onu da bildirək ki, Moskvadan ediləcək
birbaşa yayımda Azərbaycanın xalq artisti Aygün Kazımovanın teleaparıcı
Leyla Quliyeva ilə birgə şərhi gözlənilir.
Azərbaycan təmsilçilərinə
54-cü Eurovision" yarışmasında
uğurlar diləyirik.
1. Litva
2. İsrail
3. Fransa
4. İsveç
5. Xorvatiya
6. Portuqaliya
7. İslandiya
8. Yunanıstan
9. Ermənistan
10. Rüsiya
11. Azərbaycan
12. Bosniya və
Hersoqovina
13. Moldova
14. Malta
15. Estoniya
16. Danimarka
17. Almaniya
18. Türkiyə
19. Albaniya
20. Norveç
21. Ukrayna
22. Rumıniya
23. Böyük Britaniya
24. Finlandiya
25.İspaniya
Gülnarə Kərimova,
"Həftə
içi" qəzetinin
"Eurovision-2009" yarışmasını
işıqlandırmaq üçün
Moskvaya
ezam olunmuş xüsusi müxbiri
Həftə içi.- 2009.- 16-18 may.- S. 6.