Ermənilər Şuşaya divan tutub

 

Nadir ağaclar doğranaraq aparılıb

 

Ərazisinin 20 faizini meşələr təşkil edən Şuşa şəhərinin ümumi sahəsi 29.356 hektardır. Şuşanın ətrafındakı meşə dərələrdə müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, dərman bitkiləri çiçəklər geniş yayılıb. Ən iri mineral su bulaqları Turşsu Şırlandır.

Ekologiya Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, Şuşa rayonunda təsdiqlənmiş ehtiyatları 1143 min kubmetr olan işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan kərpic-kirəmit istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kubmetr-gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min kubmetr-gün 25 min kubmetr-gün olan Şırlan Turşsu mineral su yataqları var: "1988-ci ildə Şuşa Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlağı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşanın "Haça yal" adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500 - 2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Ekologiya Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühit təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb. Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub.

Qurumdan verilən məlumatda o da bildirilir ki, Şuşa şəhərinin yuxarı hissəsində "Dörd yol" adlanan yerdən Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iridiametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb: "Zarıslı kəndinin bütün ağacları, o cümlədən məktəb həyətində olan dekorativ meyvə ağacları tamamilə məhv edilib. Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb orada tikintilər inşa edilib".

  

 

Mirvari

 

Həftə içi.- 2009.- 9-12 may.- S. 6.