"Xalq kompüteri" start verildi

 

İltimas Məmmədov: "Kompüterlər bazar qiymətlərindən aşağı 1 illik faizsiz kreditlə satılacaq"

 

Azərbaycanda internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində qiymətlərdə 2 dəfədən çox ucuzlaşma müşahidə olunub

 

Rabitə informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovdan aldığımız məlumata görə, "Elektron Azərbaycan" dövlət proqramının icrası ilə əlaqədar işlər davam etdirilir.

Müsahibimiz xüsusilə vurğuladı ki, respublikamızda kompüterlərin kütləvi yayımını nəzərdə tutan "Xalq kompüteri" layihəsinin reallaşmasına artıq start verilib: "Xarici yerli şirkətlərin Azərbaycan hökumətinin birgə reallaşdırdığı bu layihədə ölkəmizin istehsal potensialından istifadə edilməklə güzəştli şərtlərlə, o cümlədən bazar qiymətlərindən 25 - 30 faiz aşağı 1 illik faizsiz kreditlə kompüterlərin vətəndaşlara satışının həyata keçirilməsi nəzərdə tutulur. Pilot layihə kimi "Xalq kompüteri"nin ilk istifadəçiləri orta məktəb müəllimləri olacaq. Adıçəkilən layihə eyni zamanda icra olunan 2009 - 2013-cü illər üçün məktəblərin informasiyalaşdırılması və internetlə təmin olunması üzrə dövlət proqramının əsas hissəsini təşkil edir".

 

"Elektron imza" gerçəkləşdirilir

 

Nazir müavini "Elektron imza" layihəsinin tətbiqi istiqamətində hazırda icraçı şirkət tərəfindən müvafiq kompüter avadanlığının gətirildiyini pilot layihəsinin qurulması istiqamətində işlər aparıldığını diqqətimizə çatdırdı. Onun sözlərinə görə, ümummilli informasiya sistemləri üçün təsnifatların hazırlanması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrup tərəfindən müxtəlif sahələr üzrə hazırlanmış 7 ümummilli təsnifat layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması proseduru həyata keçirilir: "Standartlar üzrənformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitədə AZS İSOEC 15408 standartı baxılaraq qəbul edilib. x.509 standartı 31 mart 2009-cu ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qaydada qeydiyyata alınıb. Texniki Komitənin cari il üçün iş planına uyğun olaraq İKT sahəsində mövcud beynəlxalq standartların əsasında 11 milli standartın hazırlanması istiqamətində də işlər davam etdirilir. Onu da bildirim ki, Azərbaycanda internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində qiymətlərdə 2 dəfədən çox ucuzlaşma müşahidə olunub. Fevral ayının 1-dən etibarən dövlət provayderləri üzrə internet qiymətləri endirilib. Növbəti aylarda isə özəl provayderlər üzrə təklif olunan internet qiymətlərində də nəzərəçarpacaq endirimlər həyata keçirilib. Nazirliyimizin idarələrinin tabeliyində olan provayderlərin təqdimlədiyi internet xidmətlərinin keyfiyyətinin və çeşidlərinin artırılması üçün müvafiq avadanlıq və proqram təkmilləşdirilməsi məqsədilə RİTN-in müvafiq struktur bölmələrində lazımi avadanlıqların tipi müəyyənləşdirilib və sifariş edilib. Sifariş üzrə daxil olan avadanlıqların böyük bir hissəsi isə quraşdırılıb".

 

Elektron hökumət formalaşdırılacaq

 

Müsahibimiz onu da qeyd etdi ki, adıçəkilən nazirlik bir sıra hüquqi sənədlərin hazırlanması üzrə fəaliyyətini davam etdirib. Onun sözlərinə görə, "Azərbaycanda ölkə kodlu domen adların qeydiyyatı istifadəsi qaydası" "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında əsasnamə" layihələri hazırlanaraq baxılması üçün Ədliyyə Nazirliyinə təqdimlənib: "Rabitə informasiya texnologiyaları sahəsi üzrə elektron məlumat kitabçası"nın hazırlanması istiqamətində işlərimizi davam etdiririk. Bu məqsədlə İKT sahəsində fəaliyyət göstərən təşkilatlar haqqında məlumatların toplanması üçün məlumat bazasının proqramı tərtiblənib təşkilatlar tərəfindən "online" rejimində doldurulması üçün sorğu anketini nazirliyimizin portalında yerləşdirmişik. Bundan başqa, "Rabitə informasiya texnologiyaları üzrə layihə sənədlərinin dövlət ekspertizasının təşkili qaydaları"nın layihəsi hazırlanıb. "Azərbaycanda elektron hökumətin formalaşdırılması üzrə fəaliyyət proqramı"nın layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdimlənib".

 

Regional kompüter mərkəzi yaradılacaq

 

Sonra İ.Məmmədov diqqətimizə çatdırdı ki, 17 may - Ümumdünya Telekommunikasiya İnformasiya Cəmiyyəti günü münasibətilə "Ali məktəb komandaları arasında informatika üzrə Olimpiada"nın keçirilməsi üçün müvafiq tədbirlər görülür: "Heydər Əliyev Fondu ilə birlikdə RİTN tərəfindən "Kor görmə qabiliyyəti zəif olan insanlar üçün İKT" layihəsinin həyata keçirilməsi üçün işçi qrup yaradılıb. Sözügedən layihə çərçivəsində Gəncə şəhərində ixtisaslaşdırılmış regional kompüter mərkəzinin yaradılması üzrə işlər davam etdirilir".

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 9-12 may.- S. 5.