Məktəblilərin Heydər Əliyev
sevgisi
Şagird təxəyyülünün
ümummilli liderə səmimi ürək sözləri çatdırılıb
Dünən "Gülüstan"
sarayında Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə
respbulikanın orta ümumtəhsil məktəblərinin
VII - XI sinif şagirdləri
arasında keçirilən
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." adlı inşa-yazı müsabiqəsinin
nəticələrinə həsr olunan konfrans keçirildi.
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası
(YAP), Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və Həmkarlar İttifaqları
Konfederasiyası ilə
birgə həyata keçirilən tədbirdə
təhsil naziri Misir Mərdanov, YAP-ın icra katibi
Əli Əhmədov,
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AHİK sədri Səttar Mehbalıyev və digər hökumət və dövlət nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Misir Mərdanov 3 mərhələdə
keçirilən müsabiqədə
700 mindən artıq şagirdin iştirak etdiyini, son mərhələdə
isə onlardan 86 nəfərin qaldığını
dedi. Nazirin sözlərinə
görə, müsabiqədə
şagird, uşaq təxəyyülünün Heydər
Əliyevə səmimi
ürək sözləri
çatdırılıb: "Bu tədbiri keçirməklə biz bir tərəfdən Heydər Əliyevin xatirəsini kütləvi
şəkildə yad edirik, digər tərəfdən onun çox sevdiyi və Azərbaycanın gələcəyi adlandırdığı
gənclərdə ona
məhəbbət və
hörmət hissini aşılayırıq. Tədbirlər
davamlı olaraq bundan sonra da
uzun illər keçiriləcək".
Müsabiqə ilə bağlı 2 qeyri-adi halı qeyd edən nazir bildirdi ki, ulu
öndərin 86-cı ildönümü
ərəfəsində keçirilən
tədbirdə 86 qalib
seçilib. Bundan əlavə, bildiyimiz kimi, 8 may
Heydər Əliyevin hakimiyyəti dövründə
Azərbaycanın çox
böyük templə
inkişaf etdiyini, iqtisadi inkişaf tempinə görə dünyada birincilər siyahısında olduğunu
deyən nazir siyasi sabitliyə görə də ölkəmizin dünyada öz yerini tutduğunu söylədi:
"Hazırda ölkəmiz
iqtisadi və təhsil potensialı ilə yanaşı, siyasi potensialını da inkişaf etdirməkdədir. İşğal olunan torpaqlarımız Heydər Əliyevin layiqli davamçısı
İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacaq və ölkəmiz bundan sonra daha
da inkişaf edəcək".
Qalibləri təbrik edən
Ə.Əhmədov onu da vurğuladı ki, YAP-ın qəbul etdiyi qərara əsasən, bu müsabiqənin qaliblərinin hər biri ali
məktəbə daxil
olduqdan sonra onlara aylıq 50 manat məbləğində
müavinət ayrılacaq.
Tədbirin sonunda qaliblərin mükafatlandırılması
keçirildi. Şagirdlərə
mükafatları ölkənin
tanınmış ziyalıları,
ali məktəb rektorları, millət vəkilləri və digər tanınmış
xadimlər təqdimlədilər.
Əvvəlki illərdən
fərqli olaraq bu il müsabiqə
iştirakçılarına məhz inşa müsabiqəsi
üçün xüsusi
tərtibatla hazırlanmış
dəftər, qələm
və üzərində
Heydər Əliyevin şəkli olan döş nişanı təqdim edildi.
Müsabiqənin yekun mərhələsinin nəticəsinə
görə, 5 nəfər
I, 5 nəfər II, 10 nəfər
III yerə layiq görülüb, 56 nəfər
isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. I, II, III yerin
qalibləri isə noutbuklarla təltif edilib. Bundan əlavə, RİTN tərəfindən
I yerə 300 manat, II və III yerə isə 200 manat, HİK-dən isə hər yerin qaliblərinə 300 manat məbləğində pul
vəsaiti ayrılıb.
Qeyd edək ki, qaliblərin inşa yazıları
"Heydər Əliyev
məktəblilərin gözü
ilə" adlı topluda dərc edilib.
Naibə
Həftə içi.- 2009.- 9-12 may.- S. 5.