Yalçın Adıgözəlovun yeni
iş yeri
Dünyanın ən məşhur
simfonik orkestrləri ilə birgə çıxışlarından daha çox tanınan dirijor Yalçın Adıgözəlov
Ş.Qurbanov adına Musiqili Komediya Teatrına dəvət alıb.
Teatrın mətbuat xidmətindən aldığımız
məlumata görə,
direktor Əliqismət
Lalayevin imzaladığı
müvafiq əmrlə
Y.Adıgözəlov məşqlərinə
yenicə başlanmış
İmre Kalmanın
"İddialı qaraçı"
operettasının tamaşasının
dirijoru vəzifəsinə
təyin edilib. Tamaşanın əsas məziyyəti ondadır ki, "Muskomediya"nın tarixində ilk dəfə olaraq klassik Avropa operettası azəri türkcəsində
səhnəyə gətiriləcək.
Librettonun tərcüməçiləri
S.Məmmədzadə və
F.Zöhrabovdur. F.Zöhrabov
eyni zamanda tamaşanın quruluşçu
rejissorudur.
Ə.Lalayev: "Əsər
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə hazırlanır. Bizim kollektivə hörmət
və məhəbbət
bəsləyən hər
bir istedadlı sənət adamı üçün teatrımızın
qapıları hər
zaman açıqdır.
Bu gün Musiqili Komediya Teatrına Sumqayıt teatrından Valeh Kərimov, Gənc Tamaşaçılar
Teatrından Naibə Allahverdiyeva, eləcə də digər teatr və başqa
yaradıcı kollektivlərdən
Anar Şuşalı,
rejissorlar Oruc Qurbanov, Elvin Mirzəyev, Mikayıl Mikayılov, Nicat Kazımov dəvət olunublar. Gənc rəssam Nüşabə
Hüseynova quruluşçu
rəssam kimi ilk müstəqil işini artıq tamaşaçılara təqdim
edib. "İddialı
qaraçı" tamaşasında
isə daha bir gənc rəssam
- Əli Cəfər yaradıcı heyətə
daxil edilib".
Ə.Lalayev onu da qeyd
edib ki, son 20 ilə yaxın müddətdə Yalçın
Adıgözəlov ilk dirijordur
ki teatra dəvət edilir. Direktorun fikrincə, Azərbaycandan kənarda yetərincə tanınan dirijorla çalışmaq
"Muskomediya"nın
orkestri üçün
də çox maraqlı olacaq. Xatırladaq ki, teatrın baş dirijoru Nazim Hacıəlibəyovdur.
Samirə
Həftə içi.- 2009.- 19 may.- S. 7.