Bəstəkarın yubileyi

 

Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı bəstəkar Arif Mirzəyevin 65 illik yubileyi qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yubiley tədbiri Almaniya azərbaycanlılarının əlaqələndirmə mərkəzi tərəfindən təşkil edilib. Onlara bu işdə kömək edən Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin "Almaniya - Azərbaycan mədəni körpüləri" layihəsi çərçivəsində keçirilməsinə nail olub. Yubiley mərasimində çıxış edən Almaniya azərbaycanlılarının əlaqələndirmə mərkəzinin icraçı direktoru Samirə Paser-İsmayılova Almaniyada yaşayıb-yaradan bəstəkarın yaradıcılığından bəhs edib. O, Almaniya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafının zəruriliyini vurğulayıb. Yurgen Şmitin quruluşunda Arif Mirzəyevin həyat yaradıcılığından bəhs edən film böyük maraqla izlənilib. Filmin nümayişindən sonra A.Mirzəyevin "Nyu-York passionu" əsərinin videoyazısı nümayişlənib.

  

 

Samirə

 

Həftə içi.- 2009.- 19 may.- S. 7.