Qafqaz Universiteti Naxçıvan Dövlət Universiteti ilə birgə "Arşın mal alan"ı təqdim    edib

 

Mayın 17-də Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Qafqaz Universiteti Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" dördpərdəli operettasını təqdim edib.

Səhnə əsərinin quruluşçu rejissoru NDU-nun müəllimi, Naxçıvanın əməkdar artisti Mübariz Əsgərovdur. Operettaya sözügedən ali təhsil müəssisəsinin müəllimi Vahid Məmmədov dirijorluq edib. Əsərin rəssamı NDU-nun birinci kurs tələbəsi Cəlal Rzayevdir. Səhnə əsərində əsas rolları Naxçıvanın əməkdar artistləri Mübariz Əsgərov (Əsgər) Gülyanaq Fərzəliyeva (Gülçöhrə) ifa ediblər. Soltan bəyi Tellini isə NDU-nun müəllimləri Sərdar Qurbanovla Leyla Abbasova canlandırıblar. Universitetin müəllimləri ilə yanaşı, sözügedən hər iki təhsil ocağının tələbələri operettada rol alıblar. Tələbələrdən Zeynəb Yusifova (Cahan), Şəhriyar Zeynalov (Süleyman), Əfsanə Mirzəyeva (Asya) Ramin İmamquliyevin (Vəli) operettadakı ifaları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşanı NDU-nun orkestri müşayiət edib.

Təqdim olunan səhnə əsərinə Qafqaz Universitetinin rəhbəri professor Ahmed Sanic, NDU-nun rektoru akademik İsa Həbibbəyli, fakültə dekanı İsmayıl Mürsəlov, təsərrüfat işləri üzrə prorektor Araz Zalovla yanaşı, teatrsevərlər ictimaiyyət nümayəndələri tamaşa ediblər.Xatırladaq ki, Ü.Hacıbəyovun Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı vaxt - 1913-cü ildə yazdığı "Arşın mal alan" operettası indiyədək 67 xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb, dörd dəfə ekran həyatı yaşayıb. Bu əsər ABŞ-ın 13 ştatında, Polşanın 16, Çinin 3 şəhərində, Türkiyədə, İranda, Yunanıstanda, Fransada onlarca başqa ölkədə tamaşaya qoyulub.

  

 

Bəhruz

 

Həftə içi.- 2009.- 19 may.- S. 7.