17 il Laçınsız
İşğal zamanı 264 nəfər
şəhid, 103 nəfər
əlil olub, 65 nəfər girov götürülüb
17 il öncə - 1992-ci il mayın 18-də Ermənistanın işğalçı
ordusu Şuşanın
Turşsu kəndi və ölkənin Gorus rayonu istiqamətindən
hücuma keçərək
Laçını işğal
edib.
Şimaldan Kəlbəcər
rayonu, şərqdən
Şuşa, cənubdan
Qubadlı, qərbdən
isə Ermənistanla həmsərhəd olan, ərazisi 1,84 min kvadratkilometr,
əhalisi işğala
qədər 64 min nəfər
olan Laçın rayonunun işğal nəticəsində 1 şəhər,
1 qəsəbə və
120 kəndi düşmən
əlinə keçib.
İşğal zamanı 264
nəfər şəhid,
103 nəfər əlil
olub, 65 nəfər girov götürülüb.
Rayon üzrə 1 yaşdan 16 yaşadək
24.374 uşaqdan 18-i şəhid,
225 nəfəri əlil
olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.
Rayon ərazisində
133 iri və orta müəssisə, 20 tibb müəssisəsi,
217 mədəniyyət ocağı,
40-dək mədəni
və tarixi abidə, onlarca təhsil müəssisəsi
hazırda işğal
altındadır. Rayonun
işğalını reallaşdıran
düşmən qüvvələrinin
böyük hissəsi
Laçın dəhlizi
vasitəsilə daxil olub. Həmin dövrdə Laçından
və ətraf rayonlardan çıxarılan
silahlı qüvvələrin
əksəriyyəti Bakıda
baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki
mövqelərimizi nəzarətsiz
qoymuşdu. Nəticədə
ardıcıl işğal
olunan rayonlarımızın
sırasına Laçın
da qoşulmuşdu. Geostrateji mövqeyə malik olan Laçının
işğalı Azərbaycan
iqtisadiyyatına ciddi ziyan vurub.
Onu da bildirək
ki, Laçının
işğalının növbəti
ildönümü ilə
bağlı Şəhidlər
xiyabanında rayon rəhbərliyinin,
Şuşa İcra Hakimiyyətinin, Qarabağ
Azadlıq Təşkilatı,
Dağlıq Qarabağın
azərbaycanlı icması
İctimai Birliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı
ilə anım mərasimi keçirilib. Mərasimdə şəhidlərin
məzarı ziyarət
olunub, "Əbədi
məşəl kompleksinin
önünə əklil
qoyulub. Laçın rayon İcra
Hakimiyyətinin başçısı
Ramiz Cəbrayılov deyib ki, rayon
həmin illərdə
respublikaya rəhbərlik
edən şəxslərin
səriştəsizliyi, bəzi
siyasətçilərin ordudan
şəxsi məqsədləri
üçün istifadə
etmələri səbəbindən
baş verib.
R.Cəbrayılov həmçinin qeyd
edib ki, Laçın torpağından
heç kimə dəhliz verilə bilməz. O bildirib ki, Ermənistan tərəfinin
Dağlıq Qarabağda
erməni icmasının
təhlükəsizliyi üçün
Laçın dəhlizinin
onlara verilməsi ilə bağlı səslənən bəyanatlar
əsassızdır: "Ermənilərin
bu kimi bəyanatlarına
reaksiya verməyi düzgün hesab etmirəm. Biz əminik ki, öz torpağımıza
qayıdıb quruculuq
işləri ilə məşğul olacağıq.
Yaxın günlərdə
Laçının 85 illik
yubileyini keçirməyimiz
ermənilərə dolayı
yolla mesaj idi. Ermənilər həmin əraziyə başqa yerlərdən əhali köçürə
bilərlər, amma bu, sonu olmayan
bir işdir". Sonra icra başçısı
bildirib ki, onları Laçından
17 il ayırsa da, işğal günü gözləri önündən kino lenti kimi keçir.
İcra hakimiyyətinin
başçısı Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı aparılan danışıqların uğurla
yekunlaşacağına inandıqlarını
da söyləyib.
Yerli rayon sakinləri isə deyirlər ki, Laçın işğal
olunmazdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin əksəriyyəti
cəbhə bölgəsini
tərk edib. Laçınlı Vəliş
Həsənov o günləri belə xatırlayır: "Mayın
17-də qoşun təmiz çıxmışdı.
Rayonda 5-6 nəfər
vardı. Biz rayondan çıxan maşının qarşısını
kəsdik ki, getməyin. Amma bütün cəhdlərimiz
boşa çıxdı".
Azərbaycanın dilbər
guşəsi olan Laçın rayonunun işğalının üstündən
17 il keçir.
Təbii sərvətlərlə
zəngin olan Laçın rayonunda
"Turşsu", "Qaladərəsi",
"Xırmanlar", "Təqiq",
"Turə-təqiq", "Nurəddin", "Nağdalı",
"Hacıxanlı" kimi
müalicəvi əhəmiyyətli
bulaqlar mövcuddur.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən verilən
məlumata əsasən,
rayonun ümumi ehtiyatları 1124 ton olan 3 civə ("Narzanlı",
"Çilgizçay", "Sarıbulaq"), eləcə
də ehtiyatları
4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı var:
"Həmçinin Laçın
ərazisində ehtiyatları
2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoğaz mərmərləşmiş
əhəngdaşı, ümumi
ehtiyatları 5125 min kubmetr
olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları
998 min kubmetr olan və kərpic-kirəmit istehsalına yararlı Novruzlu gil, ehtiyatları
2144 min kubmetr olan Quşçu-remza, ehtiyatları
15.794 min kubmetr olan Yuxarı Həkəriçay
qum-çınqıl qarışığı,
ehtiyatları 10 ton əqiq
və 0,9 ton yod olan 2 əlvan bəzik daşı, ümumi ehtiyatları
10.449 min ton olan 3 vulkan,
istismar ehtiyatları
430 min kubmetr/gün olan
Minkənd mineral su yataqları da mövcuddur. Laçın rayonundakı Qaragil Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı
da hazırda işğal altındadır.
Ümumi sahəsi 240 hektar olan qoruqda
68 növdən və
27 ailədən ibarət
bitki örtüyü
var.
1961-ci ilin noyabr ayında
heyvan və quşları qoruyub-saxlamaq
və artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının
ərazisində cüyür,
qaya keçisi, çöldonuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb.
1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110
baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvan,
qırqovul 200, kəklik
1500 sayda və s. quşlar qeydə alınıb. Yasaqlığın
ərazisindəki Hacıhamlı
meşəsində dünyada
ən qiymətli növ olan qırmızı
palıd (qızıl
palıd) var. Həmin ağacın materialından qiymətli mebel və xüsusən
konyak spirti saxlamaq üçün çəlləklərin düzəldilməsində
istifadə edilirdi. Bu ağac Azərbaycanda
yalnız həmin yasaqlıqda yayılıb.
Laçın rayonu üzrə 33.285 hektar meşə fondu torpaqları var ki, bunun da
meşə ilə örtülü sahəsi
26.647 hektardır. Meşələrdə
şam, palıd, vələş, ağcaqayın,
qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük
təşkil edirdi. Rayonda Həkəri çayının
sağ sahilində və Zabux kəndində
400 yaşlı 2 ədəd
Şərq çinarı,
meşə təsərrüfatının
dövlət meşə
fondunda 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları
mühafizə edilirdi".
Elnur
Həftə içi.- 2009.- 19 may.- S. 1-2.