İşığın kölgəsində

 

Söz işin kölgəsidir

 

Demokrit

 

Ömrün başlanğıcından yol adlı ip kələfinin ucundan tutub getməkdəyik. İşığa bələnən yolun damarını qırıb getmək daha asan, daha rahat.

Görən gözlər üçündür Qaranlıq. Görməyənlər - dünyanı boz görürlər”, - deyən misraları da əlləri təki şəfalı şairin sehrli barmaqları arasından süzülən işığı ömründə ilk dəfə görənlər , o əlləri möcüzə sananlar da var.

 

   Əllərimin hakimiyyəti bərqərar olur

   Əməliyyat vaxtı.

   Qaranlıqla işığın radar tutmayan

    sərhəddinə uçur əllərim

   Ürəyim kimidi,

   Mən yatanda da

   oyaq olur əllərim.

 

Bir şair tanıyıram. Qəlbinin nuru biləklərindən sızan, sözü tilsimli, əfsanəvi, sehrkar. Oxuduqca öz içindən keçən yolun hər iki ucunu görürsən. Azadlıq kimi dadlı, qafiyə kimi şirinsevgilərin vəsfinə qələm çalan, ayrılığın rəsmini mürəkkəblə naxışlayan bir şair - Paşa Qəlbinur. Əlləri könlündən gələn şəfqətə yardımçı olan bir Allah adamı. Ruhunun çox incə çox güclü duyumu ilə bir deviz yaratdı sevənlərinə, onu oxumaq istəyənlərə: “Məni şair doğub anam, sonra həkim olmuşam”. Könlü könüllərdən zəngin, dili dillərdən usta - həqiqətin acısından rişələnmiş Paşa Qəlbinur. Adın harda çəkilsə, nurun, ziyan, bunların fövqündə dayanan ziyalılığın xatırlanar. Azərbaycan ictimaiyyəti səni belə tanıyıb. Misraların o qədər musiqiylə yoğrulub ki, mahnılara dönərək süzülüb ürəklərimizə. Bəzən Qarabağ uğrunda cihada çağırıb bizi, qeyrət, qeyrət deyə səmərəsiz bağırmaqdansa, qeyrətlə ölməyə səsləyib, bəzənsə ən zəif nöqtəmizi tutmağı bacarıb- “Ürəyim südlü döş kimi göynəyir sənsiz”, - deyə. Bu misraları su kimi içəndən çox sonralar, ana olmaq xoşbəxtliyinə nail olduğumdan, bəlkə, min dəfə ürəyimdən keçirdim: Allah, sənin ömrünü uzun eləsin, Paşa Qəlbinur, necə həssaslıqla hiss etmisən südlü döşün göynərtisini? Bir hal ki, sənin daxilində baş verməyib, bəs cür duymusan onun əziyyətini, ağrısını? Göz yaşlarımızın rəngini görməyi bacardın. Sən demə, qəlbimizdəki nisgil bəzən qaraya, bəzənsə qırmızıya çalırmış, gah ölüm mələkləri tək bəyaza, gah da qüruba gedən günəşin sarısına bələnirmiş.

Araz həsrətindən yazdın, sızlayan ayrılığımızın üstünə su ələdin. Hisslərinin ilıqlığındandır ki, heç bir dərdə soyuq yanaşa bilmədin.

Nədənsə, həmişə həkimləri soyuqqanlı zənn edirəm. Öz işləri ilə o qədər arxayın, ifadəsiz şəkildə məşğul olurlar ki, elə bilirsən xəstənin nələr çəkdiyindən bixəbərdilər. Amma əslində elə deyil. Sənsə həssaslığı içində boğulan təbiblərdən olmadın, bəlkə , mülayimliyin Tanrı yazısıydı deyə ola bilmədin. Misraların sehriylə sərhəd çəkdin şəfqətə. Elə oxşatmalarla bəzədin ki, şeirlərini, oxuduqca bir loxma əppək təki düyünləndi boğazımızda: ay Allah, bu şairin hardan ağlına gəlib belə bənzətmələrİki şiş kababdı durna qatarı yaGül, sənə bənzəyən şeirim olaydı”, bir başqasındaQışda sərçələrdən çiçəklər çinar”...uzatdıqca uzana bilən saysız fikir mükəmməlliyi, düşüncə inqilabı. Sıradan olan şairə bənzərlərin bir ömür boyunca tapa bilmədikləri primitiv qafiyələrə ironiya.

Paşa Qəlbinur poeziyasını tədqiq təhlil etmək, bəlkə , mənim yaşıma mənsəbimə uyğun deyil. Amma bunu bir şəxsi məqsədilə, nəyinsə xatirinə edənlərdən qat-qat artıq bilirəm bu şairin qiymətini, sözünün çəkisini. Onun müxtəlif illərdə nəşr olunan şeir kitabları stolüstü kitablarımın cərgəsindədir. Paşa Qəlbinurun bir bənzərsizliyi var. Həm bu bənzərsizlik o qədər təbiidir ki, onun qanunauyğunluğunu qəbul etməyə bilmirsən. Bu bənzərsizlik sənin daxilindəki poetik tələbatla tam üst-üstə düşür, həmahəngləşir. Nostalji dünyanda lirik, duyğusal varsa, lap elə dərində köz bağlamış yaraları belə tərpədir.

Paşa Qəlbinur hökmlü, cəsarətli bir poeziyanın yaradıcısıdır. Onun poetik baxışları qeyri-adiliyi, təfəkkürünün orijinallığı ilə seçilir. Şairin düşüncələri lirik olduğu qədər ciddi kəskindir. Zahiri effektlərdən uzaq, bər-bəzəksiz, qafiyədən çox, mahiyyətə söykənən, detallarla zəngin təsvir edilmiş peyzajlı Paşa Qəlbinur yaradıcılığı. Adilik, sadəlik, genişlik, bədii dəqiqlik, istinad nöqtəsinə yetişə bilmə, ən başlıcası isə işıqlılıq - Qəlbinur poeziyasının rəsmidir. Mən Paşa Qəlbinurun yüksək səviyyəli, aydın zəkalı dünya miqyaslı bir həkim olduğundan danışa bilmərəm, bunu bilməyən varmı? Tanrıdan ona pay düşən ikili istedadı bir arada tutmağı, hər ikisini xalqına sərf etməyi isbata yetmiş həqiqətdir. Mən onun xalatını qara ləkələrdən necə qorumasını da vurğulamıram. Təbabətin ən incə tərəfi ilə məşğul olan bir həkimin (əlbəttə ki, hamısının yox) təbii ki, qəlbində heç bir kobud nüansa yer qala bilməz. Onu da hələ demirəm ki, dünya işığından məhrum olan onlarla insanın əməliyyatdan sonra gördükləri ilk sima Paşa həkimin özü olub. Mən bircə onu bilirəm ki, Paşa Qəlbinur təkrar-təkrar oxunası şairdir. Onun kəlmələrindən axan işığın səsi-sədası bu gün mənəvi dünyamızı sarmış qaranlıqları oyatmaq gücündədir, ödənməyən bir çox daxili ehtiyaclarımızın, sarsıntılarımızın məlhəmidir, şəfasıdır. Bu işığın kölgəsində dayanıb saflaşmaq mümkündür.

 

 

Samirə Səma

 

Həftə içi.- 2009.- 20 may.- S. 13.