Ağdamın qəsəbə və kəndləri
telefonlaşdırılır
Vahid Cəfərov: "Artıq ərazimizdə 5 ATS fəaliyyət
göstərir"
Ağdam telekommunikasiya qovşağı 2 ilə
yaxındır sərbəst fəaliyyət göstərir.
Bu müddətə
qədər rayonun ancaq Quzanlı qəsəbəsində bir
neçə ailədə telefon olub. Rayon Telekommunikasiya Qovşağının rəisi Vahid Cəfərov
bildirdi ki, artıq dairələri genişlənib, abonentlərin
sayı 1000 nəfərə çatıb: "Nəzərdə
tutmuşuq ki, cari ilin sonuna qədər 1800 nəfərdən
çox sakinin evinə telefon çəkilsin. Artıq ərazimizdə
5 ATS fəaliyyət göstərir. Hazırda Qaradağlı,
Quzanlı, Dörd yol-1, Xındırıstan, Əfətli,
Mahrızlı kənd və qəsəbələrinə
telefon xətləri çəkilir. Mahrızlı kəndində
ATS-in tikintisi başa çatıb, bu yaxınlarda istifadəyə
verəcəyik".
V.Cəfərov həmçinin vurğuladı ki, bu sahədə "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədovun xidmətləri böyükdür: "O, bir rəhbər kimi bizimlə sıx əlaqə
saxlayır. ATS-ləri müasir tipli
avadanlıqlarla təchiz edir. Çalışır ki,
Ağdamın kəndlərində ATS-lər tikilib fəaliyyət
göstərsin".
V.Cəfərov rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevin də onlara dəstək olduğunu bildirdi: "Həsən müəllim bir başçı kimi çalışır ki, rayonun bütün kəndləri abadlaşsın. O, əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində
çox işlər görüb. Artıq Quzanlı tikinti
meydanına çevrilib, qəsəbədən çox şəhərə
bənzəyir. Onun diqqəti və qayğısı nəticəsində
rayonun bütün qəsəbə və kəndlərində
müasirləşmə gedir, əhalinin sosial təminatı
ödənilir. Təşkilatlardan danışıq
pullarını yığılmasında və digər sahələrdə
bizə yaxından köməklik göstərir. Bir sözlə,
hər gün bizim problemlərimizlə maraqlanır və ona
yardımçı olmağa çalışır".
Qələndər Xaçınçaylı
Həftə içi.- 2009.- 20 may.- S. 6.