"Azərsun-holdinq" qanvermə aksiyası keçirdi

 

Dünən "Azərsun-holdinq" şirkətlər qrupu ənənəvi olaraq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirdi.

 

Məlumdur ki, tibb elmi qədər inkişaf etsə həkimlər qədər təcrübəli olsa da, donor qanı olmadan xəstəni xilas etmək mümkün deyil. Belə ki, qan əvəzedilməz müalicə vasitəsidir qana tələbat hər zaman vardır. Bu tələbat xüsusi olaraq təbii fəlakətlər müharibələr zamanı daha da artır. Bundan başqa, qana tələbat irsi xəstəliklər zamanı da yaranır.

Xeyirxah kampaniyaya "Azərsun-holdinq"in tərkibində fəaliyyət göstərən bütün müəssisələrin 630-dan çox əməkdaşı qatılıb. Aksiyaya "Azərsun-holdinq"in prezidenti cənab Abdolbari Goozal qoşulub. Əvvəlcə o, aksiyanın əhəmiyyətindən danışdı qeyd etdi ki, "Azərsun" ailəsi Azərbaycana canı qanı ilə xidmət edir: "Həyata keçirilən aksiya ehtiyacı olan insanlar üçün həyat qədər önəmlidir. Belə aksiyaları mən hər zaman dəstəkləyəcəyəm".

Eləcə A.Goozal qeyd etdi ki, artıq üçüncü ildir bu aksiyanı keçirirlər. Burdan yığılan bütün donor qanı Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilir. Növbəti illərdə belə aksiyalar keçirməyi holdinq nəzərdə tutur.

Qanvermədən əvvəl sonra qanverən şəxslərə yüksək səviyyədə tibbi yardım göstərildi. Səhər saat 09:30 radələrində başlayan aksiya saat 19:00 radələrində bitdi. Aksiyada qan verən donorlar öz təəssüratlarını bizimlə bölüşdülər. Qeyd etdilər ki, belə qanvermə aksiyaları hər yanda olsa, talassemiyadan əziyyət çəkənlərin sayı azalar. Lakin onu da qeyd etmək lazımdır ki, talassemiya xəstəliyinə tutulmuş uşaqlar əgər düzgün vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç ilə seçilməyəcəklər. Sadəcə, bizim onlara diqqətimiz qayğımız lazımdır.

  

 

Aysel Hüseynqızı

 

Həftə içi.- 2009.- 20 may.- S. 5.