Aysel Araş Heydər Əliyev Fondunda olublar

 

Dünən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Eurovision- 2009" mahnı müsabiqəsində Azərbaycanı ləyaqətlə təmsil edərək üçüncü yeri tutmuş ifaçılar Aysel Teymurzadə Araşla görüşüb. Ölkənin birinci xanımı onlarla xatirə şəkli çəkdirib. Heydər Əliyev Fondunda A.Teymurzadəni Araşı görməyinə şad olduğunu deyən M.Əliyeva "Eurovision" mahnı müsabiqəsində qazandıqları böyük uğur münasibətilə ifaçıları təbrik edib. Aysellə Araşın uğurunu xüsusilə vurğulayan Mehriban xanım qeyd edib ki, "Eurovision" müasir musiqi sahəsində dünyanın ən böyük müsabiqəsidir. Ölkəmizdə bu yarışmanın böyük həyəcanla izlənildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, Aysel Araş qitəmiqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər. Artıq Azərbaycan bu sahədə nailiyyət əldə edib. Bu nailiyyət münasibətilə ifaçıları bir daha təbrik edən M.Əliyeva qarşıda onları yeni-yeni uğurlar gözlədiyini deyib. A.Teymurzadə Araş yüksək diqqət, qayğı dayağa görə Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

  

 

Samirə

 

Həftə içi.- 2009.- 21 may.- S. 2.