Ən yaxşılar BƏM- seçildi

 

Dünən Bakı Əyləncə Mərkəzində (BƏM) futbol üzrə 17-ci Azərbaycan çempionatının qaliblərinin təltifetmə mərasimi keçirildi.

 

Yüksək səviyyədə təşkil olunan mərasimdə giriş sözü ilə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev görülən işlərdən danışdı. Assosiasiyanın rəhbəri prezident seçildikdən sonra ölkə futbolunda baş verən dəyişikliklər barəsində geniş bəhs etdi: "AFFA prezidenti vəzifəsinə seçkilər zamanı proqramda yer alan məsələlərdən biri çempionatın yüksək səviyyədə təşkili idi. Bu məqsədlə Peşəkar Futbol Liqası yaradıldı qurum öz işinin öhdəsindən layiqincə gəldi. Arxada qalan mövsüm təşkilati işlərin yüksək səviyyədə olduğunu üzə çıxardı. Bundan başqa, hakimliyin daha yaxşı olması üçün federasiya rəhbərliyi əlindən gələni əsirgəmədi. Sevindirici haldır ki, bütün mövsüm böyük gərgin mübarizə qeydə alındı çempion sonuncu turda bəlli oldu. Bütün rəqiblərini qabaqlayan "Bakı" qələbə münasibətilə təbrik edirəm".

AFFA rəhbəri bu mövsüm premyerliqada çıxış edən klubların nəzdində əvəzedici komandalar və 17 yaşlı futbolçular arasında çempionatın keçirilməsini xüsusilə qeyd etdi.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında qələbə münasibətilə "Bakı" futbol klubunu təbrik etdi. Natiq parlamentdə idman idmançılar haqqında qanunun müzakirə olunduğunu önə çəkərək gələcəkdə ölkədə idmançılara daha böyük diqqət göstəriləcəyini vurğuladı. Deputat klublarımıza beynəlxalq yarışlarda uğurlar arzuladı.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qurumun gördüyü işlərdən danışdı. Ramin müəllim hakimlik sahəsində atılan addımları xüsusilə vurğuladı. O, federasiya rəhbərliyinin dəstəyi sayəsində ədalət təmsilçilərin yükək səviyyədə hazırlıq keçdiklərini nəticələrə təsir edə biləcək səhvlər buraxmadıqlarını dedi.

Azərbaycan Gənclər İdman naziri Azad Rəhimov son illərdə ölkə idmanında baş verən tərəqqinin futoldan da yan keçmədiyini bildirdi. A.Rəhimov qalibləri tərik edərək onlara Avropa kuboklarında nailiyyətlər arzuladı.

Bundan sonra müxtəlif nominasiyalar üzrə premyerliqanın fərqlənən futbolçularına mükafatlar verildi. "Bakı" futbol klubu 4 nominasiyada mükafata layiq görüldü. "Xəzər-Lənkəran"ın bolqarıstanlı hücumçusu İvan Tsvetkov isə birdən-birə 2 mükafata sahib çıxdı. Yekunda "Simurq"a bürünc, "İnter"ə gümüş, "Bakı"ya isə qızıl medallar təqdim olundu. Qalib komandalar AFFA PFL rəhbərliyi ilə xatirə şəkilləri çəkdirdi.

   

   Mövsümün komandası - "Bakı" futbol klubu.

   Mövsümün məşqçisi - Roman Pokora ("Simurq").

   Mövsümün bombardiri - Valter Quqleemone ("İnter").

   Mövsümün qapıçısı - Xalidu Sissoko ("Bakı").

   Mövsümün müdafiəçisi - Samir Abbasov ("İnter").

   Mövsümün yarımmüdafiəçisi - Amiran Muciri ("Bakı").

   Mövsümün hücumçusu - İvan Tsvetkov ("Xəzər-Lənkəran").

   Mövsümün futbolçusu - İvan Tsvetkov ("Xəzər-Lənkəran").

   Mövsümün ən yaxşı qolu - Fernando Peres ("Neftçi" - "Bakı" matçı).

   Premyerliqanı işıqlardıran ən yaxşı KİV - "AzTV".

 

  

  Həftə içi.- 2009.- 22 may.- S. 8.