"Yurdum, yuvam, məskənimsən, Azərbaycanım"
rəsm müsabiqəsi
keçirilib
YUNESKO-nun XXXIV Assambleyasının
qərarı ilə
2009-cu il Səttar Bəhlulzadə ili elan olunub.
Bu münasibətlə Media və Təhsil İnnovasiyaları Mərkəzi
(MTİM) İctimai Birliyi
məktəblilər arasında
"Yurdum, yuvam, məskənimsən, Azərbaycanım"
rəsm müsabiqəsi
elan edib. Qısa müddət
ərzində şagirdlər
tərəfindən hazırlanan
100-dən çox rəsm əsərinin sərgisi Azərbaycan Milli Konservatoriyasının
tərkibindəki Respublika
İncəsənət Gimnaziyasında
təşkil olunub. Tədbirin keçirilməsində
İncəsənət Gimnaziyası,
Mədəniyyət və
Turizm Nazirliyi, Köçərli adına
Uşaq Kitabxanası da iştirak edib.
Müxtəlif janrlarda çox
rəngarəng rəsmlər
çəkildiyindən qalibləri
müəyyənləşdirmək heç də asan olmadı. MTİM sədri
Səidə Hüseynova
30 nəfər müsabiqə
qaliblərinə diplom
və hədiyyələr
təqdim edib. O həmçinin çıxışında
qeyd edib ki, vətənə məhəbbət mücərrəd
anlayış deyil, o, təşkilatçılıq,
inkişaf və mədəniyyət tələb
edən real mənəvi qüvvədir.
Daha sonra S.Hüseynova təhsilin, mədəniyyət
və incəsənətin
inkişafına xidmət
göstərən İncəsənət
Gimnaziyasının direktoru
Mahizər Şabanbəyovaya,
incəsənət işləri
üzrə direktor müavini Kəmalə Kərimovaya MTİM İB təsis
etdiyi diplomları təqdim etdi.
Tədbirdə S.Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edildi, tələbəsi Əlisəttar
müəllim xatirələri
ilə bölüşdü.
Ölməz sənətkarın
portret büstünü
hazırlayan Nəriman
müəllim mükafatlandırıldı.
Bildirildi ki, İncəsənət Gimnaziyasının
sənətkarın xatirəsinə
həsr etdiyi ilk tədbir Bakının İslam mədəniyyətinin paytaxtı
elan edilən mərasimdə Azərbaycan
haqqında çəkilən film də yer almışdı.
İncəsənət Gimnaziyasının
rəqs ansamblı və skripkaçılar qrupu sənətkarın xatirəsinə həsr edilmiş sərgini daha dolğun və yaddaqalan etdi.
Səma
Həftə içi.- 2009.- 22 may.- S. 7.