"Vəfa"
balacalara sevinc bəxş edib
"Vəfa" Ziyalı
Qadınlar İctimai Birliyinin növbəti xeyriyyə tədbiri "Ümid" uşaq evində 1-10 yaş həddində olan uşaqlara kiçik toy məclisi keçirməsi olub.
Toy məclisini "Xəzər" TV də lentə alaraq yayımlayıb. Onu da bildirək
ki, tədbirə ölkənin tanınmış
ziyalıları, mədəniyyət
və incəsənət
xadimləri qatılıblar.
"Vəfa" Ziyalı Qadınlar Birliyinin sədri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin qiymətləndirmə
və monitorinq bölməsinin müdiri Əsmayə Cavadova bildirib ki, QHT Forumunun prezidenti Rauf Zeyni, xalq
artistləri Xuraman və Fidan Qasımovalar,
qarmon ifaçısı
Gülbahar Şükürlü
və bir çox ziyalılar keçirdiymiz tədbirlərdə fəal iştirak etdiklərinə
görə təsis etdiyimiz diplomlarla təltif olunublar: "Məclisin şən keçməsində Qafqaz
Universitetinin tələbələri
fəallıq göstəriblər.
Həm tədbir iştirakçılarını, həm də tədbirin əsas "qəhrəmanlar"ını
şənləndiriblər. "Hippokrat" Cəmiyyətinin
sədri iki həkimlə xeyirxah iş gördülər, müsəlman adət-ənənəsini həyata
keçirməkdə bizə
yardımçı oldular.
12 balacanın bəziləri
qaçqın və imkansız ailənin övladları idi". Ə.Cavadova onu da
qeyd edib ki, "Ümid" uşaq evində həmin günün əsl bayram əhval-ruhiyyəsində
olmasını şərtləndirən
məqamlardan biri də "bəylik" paltarlarının geyindirilməsi
idi. Ə.Cavadova vurğulayıb ki, paltarlar xüsusi olaraq alınıb: "Süfrənin bəzədilməsi,
müxtəlif cür
yeməklər də uşaqların istəyi ilə hazırlanıb. Belə ki, bir
gün öncə
"Ümid" uşaq
evində olmuşdum və balacalardan ürəklərindən hansı
yemək-içmək
keçdiklərini öyrəndim.
Toy günü də arzuları çin oldu. Uşaqların sevincinin həddi-hüdudu yox idi və
biz də bu sevinci onlarla
birgə bölüşdük.
Balacalarla 4 saata yaxın
təmasda olduq. 80 nəfərin qaynayıb-qarışması, bayram əhval-ruhiyyəsi, uşaqların özlərini
kimsəsiz hiss etməməsi, sanki üstümüzdən bir
yük götürdü".
İctimai Birliyin rəhbəri onu da qeyd edib
ki, 2009-cu il "Uşaq ili" elan olunduğundan onlar bu kimi xeyirxah aksiyalarını
davam etdirəcəklər.
Birlik tərəfindən
bu istiqamətdə bir sıra layihələr
planlaşdırılıb: "Pis tərbiyə olunmuş insanı yenidən tərbiyə etməkdən çətin
heç nə yoxdur. Bütün imkanlarımızı tərbiyə,
xeyriyyə tədbirlərinin
həyata keçirilməsinə
səfərbər etmişik.
Sıralarımız mətinləşib,
üzvlərimizin sayı
çoxalıb və
hər bir kəs bu xeyirxah
və vacib olan missiyanın həyata keçməsində
böyük əzmlə
çalışır".
Səma
Həftə içi.- 2009.- 22 may.- S. 6.