Kitabxana -qiraətxana - 115

 

Bakıda ilk kitabxana-qiraətxananın yaradılmasının 115 illiyi tamam olur. İlk qiraətxananın rəsmi açılışı 1894-cü ildə olub. Qiraətxana əvvəllər indiki Fəvvarələr bağının yanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşib. Mədəniyyət Turizm Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, qiraətxanada qəzet jurnallar yazılıb, kitablar toplanıb. Məlumatda bildirilir ki, qiraətxana-kitabxananın fəaliyyəti hələ ilk günlərindən durmadan genişlənib ictimaiyyətin diqqətini özünə cəlb edib. Qiraətxana-kitabxananın yanında Qiraətxana Şurası təşkil olunub. Şuranın heyətinə qabaqcıl ziyalılar - Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev digər şəxsiyyətlər daxil olublar.

 

 

Samirə

 

Həftə içi.- 2009.- 23-25 may.- S. 7.