Alimimizin kitabı
Moskvada nəşr edilib
Moskvanın "Flint"
nəşriyyatında tarix
elmləri doktoru, millət vəkili Cəmil Həsənlinin
"Xruşşov dövrünün
"mülayimləşmə" dövrü və Azərbaycanda milli məsələ (1954-1959)" kitabı
işıq üzü
görüb. Uzun illərin elmi araşdırmalarının nəticəsi
olaraq ərsəyə
gələn kitabda keçmiş SSRİ respublikalarından
biri olan Azərbaycanın nümunəsində
mərkəzlə əyalətin
münasibətləri göstərilib.
Müəllif vurğulayır
ki, münasibətlərin
bu həddə çatması Stalinin ölümündən sonra
qabarıq şəkil
aldı. Belə münasibətlər bütün
SSRİ respublikaları üçün
səciyyəvi idi. Kitabın əsas leytmotivi Stalinin ölümü və stalinizm böhranının başa
çatması ilə
müttəfiq respublikaların
əhalisinin məhdud
səviyyədə olsa
da, milli "mən"lik, öz məmləkətlərinə
sahiblik hissi ilə yaşamağa başlaması üzərində
qurulub. Bütün
SSRİ boyunca sosial-siyasi
kataklizmlərə qəsdən
meydan verən mərkəzi orqanlar Azərbaycanda baş verən hadisələri millətçilik kimi qiymətləndirirdilər. Cəmil
Həsənlinin kitabının
elmi redaktoru Rusiya Humanitar İnstitutunun direktoru A.Bezborodov, resenziya müəllifi isə Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü
A.Daşdəmirovdur.
Samirə
Həftə içi.- 2009.- 23-25 may.- S. 7.