Filmimiz tacik
efirində
Tofiq Tağızadənin
"Dədə Qorqud"
filmi tacik dilinə dublyaj olunaraq ölkənin "Safina" telekanalında nümayişlənib. Film
tacik dilinə jurnalist Nərgiz Rəhmətşoyeva və
Düşənbədə fəaliyyət göstərən
"Dostluq" Azərbaycan
Mədəniyyəti Mərkəzinin
rəhbəri Müslüm
Həmidov tərəfindən
tərcümə edilib.
Buna qədər onlar tacik dilinə
"Nəsimi" və
"Babək" ekran
əsərlərini tərcümə
ediblər. "Nəsimi"
filmi Tacikistanda ilk dəfə "Şabakai avval" telekanalında, daha sonra müxtəlif vaxtlarda "Safina" və "Paytaxt" kanallarının efirində
nümayişlənib. "Babək" filmi isə dublyaj edildikdən sonra "Şabakai avval" kanalında göstərilib.
Xatırladaq ki, "Dədə Qorqud" filmində Həsən Məmmədov, Rasim Balayev, Şəfiqə Məmmədova, Leyla Şıxlinskaya və digər gözəl aktyorlarımız maraqlı obrazlar canlandırıblar.
Samirə
Həftə içi.- 2009.- 23-25 may.- S. 7.