"Siyasətçi qadının dəqiq məqsədi olmalıdır"

 

Mehriban Əliyeva: "Başa düşmək vacibdir ki, sən ölkəni təmsil edirsən"

 

"Ölkənin birinci xanımı olmaq asan deyil. Tədricən kameralara, sənə zillənən baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə prezidentinin həyat yoldaşı olmaq elə onun özü qədər məsuliyyətli işdir.

 

Bunu başa düşmək vacibdir ki, sən yalnız özünü ailəni yox, həm haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ uşaqlıqdan öz valideynlərimə, ailəmə layiq övlad olmağa çalışmışam. Bu gün belə bir məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür mən fəxr edirəm ki, onlar şərəflə bu cür asan olmayan bir işin öhdəsindən gəlirlər" - bu sözləri Rusiyada çap olunan "Baku" jurnalına müsahibə verən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib.

"Sizin baxışlarınız həmişə həyat yoldaşınızın mövqeyi ilə üst-üstə düşür, yoxsa mübahisələriniz olur" sualını cavablandıran M.Əliyeva deyib: "Ailə həyatındakı çoxillik təcrübəm mənə göstərib ki, İlham hər hansı problemi düzgün qiymətləndirə nəticəni əvvəlcədən görə bilir. Mən onun məsləhətlərini dinləyirəm, amma öz intuisiyama da güvənirəm. Əlbəttə, elə hallar olur ki, baxışlarımız tutuşmur. Amma bu, mübahisə üçün səbəb ola bilməz. Biz artıq çoxdan bir-birimizə hörmət etməyə öyrəşmişik".

Ölkənin birinci xanımı onu da deyib ki, o, həyat yoldaşı İlham Əliyevlə fəxr edir. Onun sözlərinə görə, sonsuz vətənpərvərlik, öz işinə sadiqlik, şərtsiz milli maraqları müdafiə etmək əsl dövlət xadiminə xas xüsusiyyətlərdir. M.Əliyeva onu da vurğulayıb ki, siyasətçi qadının dəqiq məqsədi olmalıdır. O bunun xətrinə siyasətə gəlir. Qoyulmuş məqsədlərə çatmaq üçün güc mənlik kifayətdir.

M.Əliyeva oğlu balaca Heydər barədə danışıb. Bildirib ki, son 10 ildə onu ən çox heyrətləndirən oğludur. Deyib ki, oğlu öz qeyri-adi düşüncəsi, uşaqlara məxsus olmayan müdrikliyi, dünya haqqında fəlsəfi fikirləri ilə onu heyran edir: "Adama bəzən elə gəlir ki, 11 yaşlı bu balaca oğlanın çiyinlərində böyük bir həyat təcrübəsi var. Məqsədyönlülük daxilən özünü idarəetməsi ilə babası Heydər Əliyevə bənzəyir. O həm təmkinlik səmimiliyi ilə babasını xatırladır. Ümid edirəm o, gələcəkdə öz babası kimi böyük iradəyə güclü ruha malik olacaq". Fəlsəfə elmləri namizədi olan M.Əliyeva dissertasiya mövzusu olan evtanaziya haqqında da danışıb. Deyib ki, o, humanizm tərəfdarıdır insan həyatı onun üçün hər şeydən üstündür.

  

  

Elnur

 

Həftə içi.- 2009.- 26 may.- S. 2.