Bakı Baş Gömrük İdarəsinin yeni binası açıldı

 

Dünən Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iştirak edib. A.Əliyev gömrük əməkdaşlarının fəaliyyəti vətəndaşlar üçün yaradılmış şəraitlə tanış olub.

   Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq binada "bir pəncərə" sisteminin tətbiqi üçün müvafiq şərait yaradılıb. V.Novruzovun sözlərinə görə, əvvəllər vətəndaşların sənədlərinin rəsmiləşdirilməsi üçün bir neçə saat vaxt lazım olduğu halda, indi bu məsələ 20-25 dəqiqəyə çözüləcək. İdarə rəisi qeyd etdi ki, vətəndaşlar sənədlərini rəsmiləşdirmək üçün hətta bura gəlmədən sənədləri elektron formada da təqdim edə bilərlər. Binada ödənişlərin aparılması üçün POS-terminallar da quraşdırılıb: "Yeni bina tam avtomatlaşdırılıb Azərbaycanın bütün gömrük nəzarət-buraxılış məntəqələri ilə vahid daxili şəbəkəsi var. Bu, rezidentlərə yerində qeydiyyatdan keçməyə imkan verir. İdarədə "vahid pəncərə" sisteminin tətbiqi nəticəsində rezidentlər gömrük bəyannamələrini 20-30 dəqiqə ərzində qeydiyyatdan keçirir bununla yanaşı, prosedurun başa çatmasını bir otaqda gözləyirlər. Əvvəllər isə onlar mərhələli şəkildə idarənin bütün şöbələrindən keçməyə məcbur olurdular". V.Novruzov onu da əlavə edib ki, inzibati bina artıq dörd gündür fəaliyyət göstərir ilk günündə 400 gömrük bəyannaməsi qeydiyyata alınıb.   

   Qeyd edək ki, ölkə başçısı ötən ilin noyabrında 2009-cu il yanvarın 1-dən dövlət sərhədlərinin nəzarət-buraxılış məntəqələrində mal nəqliyyat vasitələrinə baxış zamanı "vahid pəncərə" prinsipinin tətbiqi haqqında fərman verib. "İpək yolu" "Şimal - Cənub" nəqliyyat dəhlizinin Azərbaycanın vacib bir hissəsi olduğunu nəzərə alaraq dövlət sərhədlərinin buraxılış gücünün artırılması son dərəcə mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının fərmanına əsasən, bu sistemin tətbiqinin əsas məqsədi mal nəqliyyat vasitələrinə baxış zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün zəruri şəraitin yaradılmasından sair ibarətdir.

 

 

Sevil

 

Həftə içi.- 2009.- 30 yanvar.- S. 3.