Türkiyə səfiri Sosial Müdafiə Fondunda olub

 

Hulusi Kılıç pensiya sistemindəki islahatlarla maraqlanıb

 

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub. Səfir Hulusi Kılıç, səfirliyin sosial müdafiə məsələləri üzrə müşaviri Mustafa Gür ticarət müşaviri Qazi Bilginin daxil olduğu nümayəndə heyəti fondun fəaliyyəti şəraiti ilə tanış olub.   

   Qonaqlar DSMF sədri Səlim Müslümovla görüşüblər. Fondun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, S.Müslümov diplomatları qurumun mərkəzləşdirilmiş idarəetmə, fərdi uotun avtomatlaşdırılması sistemləri, tədris otağı, sosial-sığorta şəhadətnamələrinin çapı mərkəzi ilə yaxından tanış edib.  

   DSMF sədri qonaqlara izahatında bildirib ki, müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün 6 il ərzində fondun maddi-texniki bazası tamamilə yenidən qurulub. Həmçinin 60-dan çox yerli şöbənin yeni inzibati binası istifadəyə verilib hər bir şöbə üçün lokal şəbəkə qurulub, avtomatlaşdırılmış yerləri yaradılıb. Fond rəhbəri onu da əlavə edib ki, burada hər bir işçi kompüterlə təmin olunub. Onun sözlərinə görə, bu sahədə aparılan islahatlar nəticəsində Azərbaycanda aztəminatlı əhalinin sosial müdafiəsi yeni sistemdə formalaşıb.   

   2003 - 2005-ci illərdə əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışan S.Müslümov bildirib ki, artıq pilot hazırlıq tədbirləri başa çatıb: "2006-cı ildən isə sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemləri bir-birindən ayrılıb bu sistem beynəlxalq standartlar əsasında fəaliyyət göstərir. Köhnə pensiya sistemi ilə əhatələnmiş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış onların yeni sistemin iştirakçısına çevrilməsi təmin olunmuş, əvvəlki pensiya işləri mərkəzləşdirilmiş qaydada arxivləşdirilərək elektron uçot qurulub. Həmçinin 2004-cü ildən pensiya müavinətlərin ödənişinin avtomatlaşdırılması işinə başlanılıb".  

   Fond sədri onu da qeyd edib ki, hazırda ödənişdə olan pensiyaların 93 faizi, yəni 1 milyon 30 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. O, yaxın vaxtlarda pensiya təyinatının ödənişlərin avtomatlaşdırılmasının başa çatdırılacağını da qonaqların diqqətinə çatdırıb: "Qeydiyyatda olan bütün pensiyaçı sığortaolunanların özlərinə aid istənilən məlumatın dərhal əldə olunması üçün 3 milyon şəxsi əhatə edəcək ümumi məlumat bazası yaradılacaq. "2009 - 2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı" isə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutur".  

   Türkiyənin ölkəmizdəki səfiri H.Kılıç isə Azərbaycanın sığorta-pensiya sistemindəki islahatları yüksək qiymətləndirib. Səfir bu islahatların bir çox inkişaf etmiş ölkələr üçün örnək ola biləcəyini vurğulayıb. Xatırladaq ki, Azərbaycan Türkiyə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan saziş mövcuddur.

 

 

Naibə

 

Həftə içi.- 2009.- 30 yanvar.- S. 5.