Gömrükçülər ötən ili uğurla başa vurublar
Dövlət Gömrük Komitəsində kollegiya
iclası keçirildi
Ötən gün
Dövlət Gömrük Komitəsində (DGK) bu qurumun
2008-ci ildəki fəaliyyətinin yekunlarına həsr
olunmuş kollegiya iclası keçirildi. Tədbirdən əvvəl
DGK sədri, gömrük xidməti general-leytenantı
Aydın Əliyev başda olmaqla, gömrük əməkdaşları
Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət etdilər.
Qeyd edək ki, dünən həm
də Azərbaycan Gömrük Xidmətinin yaradılmasının
17 illiyi tamam oldu.
Mərasim DKG inzibati binasında davam etdirildi. Tədbirdə çıxış edən
A.Əliyev 2008-ci ilin
DGK üçün uğurlu
olduğunu və qurumun bir sıra
nailiyyətlər əldə
etdiyini bildirdi. Komitə sədri dedi ki, ötən
illərdə olduğu
kimi, 2008-cı ildə
də bu sahədə görülmüş
işlər davam etdirilib, kompleks tədbirlər həyata keçirilib: "Gömrük
orqanlarının mühüm
vəzifələrindən biri fiskal funksiyanın
- gömrük vergi və rüsumları üzrə proqnozun yerinə yetirilməsidir.
2008-cı ilin yekunlarına
əsasən, Dövlət
Gömrük Komitəsi
üzrə nəzərdə
tutulmuş 1 110,00 milyon
manat gömrük vergi və rüsumu
əvəzinə büdcəyə
1 110,36 milyon manat vəsait köçürülüb,
proqnoz artıqlaması
ilə təmin edilib. Büdcə daxilolmalarında, yəni vergi növlərində və strukturda dəyişikliklər aparılmadan
- maliyyə intizamı
və qaçaqmalçılığa
qarşı mübarizənin
gücləndirilməsi, ümumiyyətlə,
gömrük nəzarətinin
daha effektiv təşkili və digər sahələrdə
görülən tədbirlər
nəticəsində Dövlət
Gömrük Komitəsi
hər il olduğu kimi, ötən ildə də proqnozu artıqlaması ilə yerinə yetirib".
DKG sədrinin I müavini
Səfər Mehdiyev bildirdi ki, respublikanın
iqtisadi qüdrətinin
artırılmasında, onun
dünya iqtisadiyyatına
sürətli inteqrasiyasında
gömrük siyasətinin
özünəməxsus rolu
var. S.Mehdiyevin sözlərinə
görə, ötən
il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə
ilə aparılmış
ticarət əməliyyatlarının
həcmi 54.919,70 milyon
dollar olub. Bu müdət
ərzində 47.756,23 milyon
dollar dəyərində 2127 adda mal ixrac, 7.163,47 milyon dollar dəyərində
5893 adda mal isə idxal olunub, ixrac-idxal
əməliyyatları üzrə
müsbət saldo
40.592,76 milyon dollar təşkil
edib. Hesabat dövründə dövlət
büdcəsinə köçürülmüş
gömrük öənişlərinin
strukturu əlavə dəyər vergisi üzrə 775,23 milyon manat, gömrük rüsumları üzrə
238,65 milyon manat, aksiz vergisi üzrə
91,15 milyon manat və ya yol
vergisi üzrə 5,35
milyon manat təşkil edib. Bu da 2007-ci illə müqayisədə cəmi
338,36 milyon manat artıqdır: "Aparılan
hesablamalar zamanı məlum olub ki, gömrük vergi və rüsumlarının
həcminin ilbəil artımı əsasən
vergitutma bazası olan idxalın artımı hesabına deyil, eyni zamanda
rüsum dərəcələrinin
dəyişməz qaldığı
halda hesabat ilində gömrük nəzarətinin təkmilləşdirilməsi,
qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı
mübarizənin gücləndirilməsi,
habelə maliyyə inzitamının daha da möhkəmləndirilməsi
istiqamətində həyata
keçirilən kompleks
tədbirlər nəticəsində
əldə edilib".
O, ötən il
gömrük qanunvericiliyinin
beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində görülən
işlərdən də
söz açdı. S.Mehdiyevin dediyinə görə, Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin yeni
layihəsi müvafiq dövlət orqanlarının
rəy və təklifləri nəzərə
alınmaqla işlənib-hazırlanaraq,
sənədin yekun variantı dövlətdaxili
prosedurların keçirilməsi
üçün Nazirlər
Kabinetinə təqdim
edilib. "Gömrük
tarifi haqqında" qanuna əlavə və dəyişikliklər
edilməsinə dair qanun layihəsi də işlənib-hazırlanıb.
Qərar layihəsi Milli Məclisin ötən ilin dekabr ayındakı iclasında ilkin müzakirədən keçib:
"Ötən il ərzində "Azərbaycan
Respublikası gömrük
sisteminin 2007-2011-ci illərdə
inkişafına dair dövlət proqramının
icrası ilə bağlı "Gömrük
xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın
əsasları haqqında"
əsasnamə, "Azərbaycan
Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
"bir pəncərə"
prinsipinin tətbiqi haqqında" fərmana uyğun olaraq müvafiq dövlət qurumları ilə birgə mövcud qanunvericilik və digər normativ-hüquqi aktların yeni layihələri işlənib-hazırlanaraq
baxılması üçün
Nazirlər Kabinetinə
təqdim ediblib".
Hesabat ilində gömrük orqanlarının
hüquq-mühafizə fəaliyyəti
haqqında məlumat verən S.Mehdiyev bildirdi ki, həyata
keçirilən kompleks
tədbirlər nəticəsində
ötən il 4208 hüquqpozma faktı aşkarlanıb ki, onların da 175-i cinayət xarakterli fakt olmaqla təqsirli
bilənən 172 nəfər
barəsində müvafiq
tədbirlər görülüb.
Gömrük qaydaları
əleyhinə inzibati
xəta faktları üzrə 1468 hüquqi və 2567 fiziki şəxs inzibati məsuliyyətə cəlb
edilib. Ötən il gömrük orqanları tərəfindən
qeydə alınan 64 fakt üzrə 356,3 kiloqram nkarkotik vasitələr və 4204 ədəd müxtəlif
növ psixotrop maddə tutulub, 22,5 ton yabanı çətənə
kolu aşkar olunaraq məhv edilib. 2008-ci ildə ümumilikdə komitə üzrə 94 cinayət işinin istintaqı aparılıb, 64 nəfər
təqsirkar şəxs
haqqında 52 cinayət
işi məhkəmə
orqanlarına göndərilib,
38 nəfər barəsində
həbs qətimkan tədbiri seçilib.
2009-cu ildə görüləcək
tədbirlərdən danışan
S.Mehdiyev qeyd etdi ki, DGK mərkəzi
aparatının, habelə
yerli gömrük orqanlarının bütün
imkanları dövlət
büdcəsinə gəlirlər
hissəsində gömrük
vergi və rüsumları üzrə
ötən ilə nisbətən 190 milyon manat və yaxud
17,1 faiz artımla nəzərdə tutulmuş
1,3 milyard manat məbləğində proqnozun
əvvəlki illərdə
olduğu kimi, artıqlaması ilə yerinə yetirilməsinə
yönəldilib.
Sevil
Həftə içi.- 2009.- 31 yanvar-2 fevral.- S. 3.