Azərbaycan Ordusu istənilən

vəzifəni icra etməyə qadirdir

 

Azərbaycan Ordusunun yaranmasından 100 il ötür. Daim inkişafda olan ordumuzun bu gün  dünyanın ən güclü orduları sırasında olması həm ölkə daxilində, həm dünya miqyasında göz qabağındadır. Keçirilən irimiqyaslı təlimlər, beynəlxalq ordu yarışlarında hərbçilərimizin qazandığı nailiyyətlər 2016-cı ilin aprelin əvvəllərində düşmən qüvvələri üzərində inamlı qələbəmiz bunun sübutudur.

 Bu gün ordumuz güclü maddi-texniki bazaya, müasir silah texnikaya malikdir. Lakin ordumuzun güc mənbəyi mübarizləşən, dövlətçiliyinə bağlı olan, ürəyi Vətən sevgisi ilə döyünən şəxsi heyətindədir. Ordu sıralarında xidmət edən hər bir zabit, gizir əsgər Vətəni qorumağı özünə şərəf borcu bilir, torpaqlarımızın keşiyində inamla dayanırlar. Onların hər biri yaxşı dərk edir ki, Vətəni qorumaqla müqəddəs vəzifə yerinə yetirir. Vəzifələrinin öhdəsindən uğurla gəlmək üçün var qüvvələri ilə çalışır, Vətəninə bağlı olmağa and içirlər. İstənilən şəraitdə iqlimdə çətinlik bilmədən torpaqlarımızı göz bəbəyi kimi qoruyurlar. Onların bir amalı var - nümunəvi xidmət etmək, Ali Baş Komandanın göstərdiyi etimadı doğrultmaq, hər an döyüş əmrinə hazır olmaq.

Vətənin keşiyində inamla dayanan belə mərd oğullarla "N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində görüşürük. Bölmədə xidmətin düzgün  təşkili ilk andan hiss olunurdu. Onlarla keçirdiyimiz vaxtda şahidi olduq ki, şəxsi heyətin hərbi bilikləri, nizam-intizamları, döyüş mənəvi-psixoloji hazırlıqları yüksəkdir.

Bölmədə qarşılıqlı münasibətlər nizamnamələr çərçivəsində tənzimlənir. İstər komandir-əsgər, istərsə əsgər-əsgər arasında sağlam ünsiyyət mühiti formalaşıb. Onlara tapşırılan postu inamla qorumaq, düşmənə keçilməz sipər olmaq üçün yumruq kimi birləşib, uğurlu xidmət edirlər. Döyüş hazırlığı ilə yanaşı, öncül vəzifələrimizdən biri şəxsi heyət arasında sağlam mühit formalaşdırmaqdır", - leytenant Elvin Tağıyev deyir. Əslən Tovuz rayonundan olan zabit 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Zabit doğulub böyüdüyü kəndin bu peşə seçiminə təsiri olduğunu bildirir:

- Yaşadığımız kənd düşmənlə təmas xəttində yerləşir. Xain qonşularımızın atəşkəsi pozması nəticəsində atılan mərmilər dəfələrlə evlərimizə tuş gəlirdi. Düşmənin ordumuz qarşısında acizliyinin nəticəsidir ki, həmişə evləri nişan alırdılar. Elə o vaxtlardan mən qərar vermişdim ki, hərbçi olacam. Dinc əhalimizə mərmi yağdıran düşmən qarşısında dayanıb, onları susdurmaq idi məqsədim. Hal-hazırda arzuma çatmışam, burada xidmətimi uğurla davam etdirirəm. Komandir kimi şəxsi heyətə nümunə olmağa çalışıram ki, əsgərlərim nümunəvi xidmət etsinlər. Tələbkarlıqla yanaşı, onlara doğma münasibət bəsləyir, qayğıları ilə yaxından maraqlanıram. Əminliklə deyə bilərəm ki, şəxsi heyətin həm döyüş ruhu, həm mənəvi-psixoloji hazırlığı yüksəkdir. Hər biri xidmətinə sevgi ilə yanaşır, verilən tapşırıqların öhdəsindən məsuliyyətlə gəlirlər. Döyüş növbətçiliyində diqqətli olur, düşmənin bütün fəaliyyətinə nəzarət edirlər. Onların xidmətlərinə belə bağlılıqları, sevgiləri, vətənpərvərlikləri mənə ruh yüksəkliyi aşılayır. Seçdiyim peşə ilə belə mərd oğullarla bir arada torpaqlarımızı qorumaqdan qürurlanıram.

Söhbət zamanı zabit 100 yaşını qeyd edən şanlı ordumuzun gücünü qüdrətini bir daha vurğuladı. Xidmətim boyunca şahidi oluram ki, ordumuzun istənilən bölməsində Vətəninə, dövlətçiliyinə bağlı oğullar xidmət edirlər. Belə oğulları gördükcə əmin olursan ki, Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə ərazi bütövlüyümüzə qovuşacağıq...”

Döyüş növbəsindən qayıdan əsgər Rahil Quliyevlə salamlaşdım. Əsgər bildirdi ki, hərbi xidmətə Tərtər rayonundan çağırılıb. Arzu edirəm ki, torpaqlarımızın geri qalan hissəsini işğaldan azad edib, Böyük Qələbə münasibəti ilə bir-birimizi təbrik edək. Xalqımız əmin olsun ki,  biz buna hər an hazırıq qadirik", - əsgər R.Quliyev dedi.

Hərbi xidmətə Qax rayonundan çağırılan əsgər Eşqin Seyidli düşməndən qat-qat güclü olduğumuzu bildirdi:

- Həm aprel döyüşləri, həm Günnüt zəfəri ilə sübut etdik ki, yağılardan güclüyük. Döyüş meydanında bizə məğlub oldular. Bu qələbələrimiz Qarabağımıza gedən yolda mayak oldu. 100 illik yubileyimizdə keçirilən möhtəşəm paradda iştirak etməsək , televizordan izlədik. Bir gənc kimi, Azərbaycan Ordusunun əsgəri olmağımla fərəhləndim. Bizə sonsuz güvənc, sevgi ehtiram nümayiş etdirən xalqımız ruh yüksəkliyimizi daha da artırdı. Hər kəs əmin olsun ki, Qarabağımızda da belə bayramları qeyd edəcəyik. Bu zəfəri yaşatmağa mən bütün əsgər yoldaşlarım daim hazırıq. Döyüş əmri olarsa, xalqımızın güvəncinə arxalanıb,  düşməni doğma yurd-yuvamızdan qovacağıq.

Əsgərlərin söylədikləri fikirlər ordu-cəmiyyət münasibətlərinin döyüş hazırlığının artırılmasında önəmini bir daha nümayiş etdirdi göstərdi ki, ölkəmizdə istər dövlət, istərsə özəl müəssisələr tərəfindən orduya daim diqqət rəğbət bəslənilir. Bunların hamısı ölkə başçısının orduya diqqət qayğısının sübutudur...

Əsgər Sərxan Məhərrəmov hərbi xidmətə Cəlilabad rayonundan çağırılıb. Onun iki qardaşı da ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir.

- Komandirin tapşırığına əsasən müşahidə postunda olarkən düşmən mövqelərindən bir an da olsa gözümü ayırmıram. Vəzifəmin vacibliyini yaxşı başa düşür, maksimum diqqətli olmağa çalışıram. Təhlükəli istiqamətləri xüsusi nəzarətdə saxlayıram. Komandanlıq tərəfindən bizə yüksək diqqət qayğı göstərilir.  Heç nədən korluq çəkmirik. Valideynlərimiz bizdən nigaran qalmasınlar, burada ailə mühitində xidmət edirik. Bir gənc üçün səngərdə dayanmaq, Vətənini yağılardan qorumaq ən şərəfli xidmətdir. Fəxr etsinlər ki, oğulları səngərdə dayanıb, Vətən keşikçisidir.

Belə vətənpərvər, mərd oğullarla necə fəxr etməyəsən. Vətənini anası bilən, onu göz bəbəyi kimi qoruyan, bu yolda düşünmədən canlarını qurban verməyə hər an hazır olan bu igidlər hər birimizin qürur mənbəyidir. Halal olsun, sizi böyüdən, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edən valideynlərə.

Əsgərlər - Səlim Məmmədov, Kamran Abdullayev söhbətləşdiyim digərləri əmin edirlər ki, cəbhəboyu mövqelərimizi inamla qoruyur istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazırdırlar. "İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazırıq. Silahlardan istifadə etməyi, döyüş taktikasını yaxşı öyrənmişik. Keçirilən təlimlərdə təcrübəmizi daha da artırırıq. Bizim bacarıqlı əsgərlər kimi formalaşmağımızda komandirlərimizin böyük zəhməti var. Hər birimiz var qüvvəmizlə çalışırıq ki, onların hərbi biliklərindən, təcrübələrindən bəhrələnək, döyüş hazırlığımızı artıraq. Torpaqlarımızın keşiyində möhkəm inamla dayanıb, Ali Baş Komandanın, Müdafiə nazirinin bizlərə olan etimadını doğruldaq".

Vətən sevgisindən güc alan bu igidlərin hər biri tarix yazmaq üçün Ali Baş Komandanın əmrini gözləyirlər. 2016-cı ilin aprelindəki qələbəmiz, bu ilin may ayındakı Günnüt zəfəri düşmənə bir daha sübut etdi ki, Azərbaycan Ordusu yenilməzdir. Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm paradda Ali Baş Komandan İlham Əliyevin  "Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir buna hazırdır" sözləri bir daha sübutdur ki, tezliklə əsgərlərimiz Böyük Qələbənin əsgərləri olacaqlar.

 

Mahmud MÖHBALIYEV

 

Hərbi And.- 2018.- 17 avqust.- S.16.