Alman generalını əsir alan azərbaycanlı

 

 

İkinci Dünya müharibəsi bəşəriyyət tarixinin ən dəhşətli, ən dağıdıcı müharibəsi hesab edilir. Bu müharibənin tərkib hissəsi olan Böyük Vətən müharibəsinin başlanmasından (1941-ci il, 22 iyun) 77 il ötür. Dünya ağalığı niyyətinə düşən, insan qanına susayan Hitler faşizminin darmadağın edilməsi ilə nəticələnən müharibədə xalqımızın da Böyük Qələbəyə verdiyi töhfələrin miqyası olduqca genişdir.

 

...1942-ci ilin yazında faşist işğalçıları Moskva yaxınlığında ağır məğlubiyyətə uğradıqdan sonra bütün qüvvələrini Stalinqradı ələ keçirmək üçün səfərbərliyə alır. Alman komandanlığı Stalinqrad cəbhəsinə ən seçmə ordularını - 6-cı ordunu 4-cü tank qoşunları ordusunu göndərir. Sonra Stalinqrada 3-cü rumın 8-ci İtaliya orduları da gətirilir. Adolf Hitler Stalinqrad cəbhəsində 50-dən artıq diviziyasının yerləşdirilməsi haqqında xüsusi göstəriş verir. Sentyabr ayında Donu keçən işğalçılar oktyabrda Volqaya yaxınlaşırlar. Stalinqradın başı üstünü təhlükə alır...

 

Sovet komandanlığı düşməni Stalinqradda darmadağın etmək üçün ciddi tədbirlər planı hazırlayır ən güclü müdafiə qüvvələrini orada cəmləşdirir. Qızıl ordunun qoşun hissələri müxtəlif cinahlardan şiddətli atəş yağdıraraq şəhərin şimal, qərb cənub rayonlarında yerləşən faşist işğalçılarının 330 minlik ordusunu məhv edir.

 

Stalinqrad döyüşü müharibələr tarixində görünməmiş genişmiqyaslı döyüş idi. Faşizmin bel sütunu məhz Stalinqrad cəbhəsində qırıldı. Düşmən aldığı sarsıdıcı zərbələrdən bir daha özünə gələ bilmədi.

 

Bu döyüşdə xalqımızın igid oğullarının da qəhrəmanlıq salnaməsi yazıldı.

...Qvardiya komandiri əmr edir:

 

- Alman diviziyası qərargahını mühasirəyə alıb, oradakı hitlerçiləri əsir tutmalı!

 

Hitlerçilərin yerləşdiyi qərargah təcili surətdə ləğv edilməli orada gizlənən general-leytenant İohan Fon Rodenburq əsir alınmalı idi. Səngərə artilleriya batareyasının komandiri baş leytenant Həmzə Sadıqovun rəhbərliyi ilə bir dəstə döyüşçü göndərilir səngərin üstündə bayraq qaldırılır.

 

Stalinqrad uğrunda gedən vuruşmalarda, xüsusilə faşistlərin darmadağın edilməsində Həmzə Sadıqovun göstərdiyi fədakarlıqlar barədə oğlu Firdovsi müəllim bizə belə nəql edir:

 

"1942-ci ilin qışında general-leytenant Fon Rodenburqun 76-cı piyada diviziyasının qərargahını Sovet döyüşçüləri mühasirəyə alırlar. Bu zaman düşmən asanlıqla təslim olmaq istəmir. Sovet diviziyasının komandanlığı alman diviziyasına təslim olmaq haqqında ultimatum verir. Lakin faşistlər müqavimət göstərməkdə davam edirlər. Atam cəbhə xatirələrindən danışarkən deyərdi ki, qvardiya qərargahının rəisi telefonla ona əmr edir ki, artilleriya batareyası səhərə qədər ara vermədən faşistlərin yerləşdiyi qərargaha atəş açsın. O da bütün gecəni düşmən qərargahına səngərinə alov yağdırır. Vahiməyə düşmüş faşistlər çıxış yolunu yalnız təslim olmaqda görürlər. Öz nümayəndələrini Sovet komandanlığı ilə görüşə göndərən faşistlər bildirirlər ki, alman generalı Fon Rodenburq yalnız Sovet generalına təslim olmaq istəyir. Diviziyanın komandanlığı ən cəsarətli komandirlərdən sayılan atamı yanına çağırır şəraiti ona izah edir. Atama general obrazına girmək tapşırılır".

 

Baş leytenant Həmzə Sadıqov ona həvalə edilən tapşırığın öhdəsindən layiqincə gəlir.

 

Sonralar diviziyada hamı baş leytenantı "general Həmzə Sadıqov", - deyə çağırırdı. Sadə qəlbli qəhrəmansa bu sözlərdən qətiyyən inciməz, əksinə, fərəhlənərdi.

 

Bəs Fon Rodenburq kimdir? O, Stalinqrad ətrafında əsir düşən 24 alman generalından biri idi. Birinci Dünya müharibəsində yefreytor rütbəsində iştirak edən Adolf Hitlerin cəbhə yoldaşı, ən yaxın silahdaşı olan bu faşist canisi xüsusi qəddarlığı ilə fərqlənirdi. Fon Rodenburq Hitlerin "bioloji bomba"sının atası adlandırılırdı. İnsan libaslı bir vəhşi olan alman generalı həmin silahı yəhudi uşaqları üzərində sınaqdan keçirirdi. Tarixçilər bir faktı təsdiqləyirlər ki, Hitler Fon Rodenburqun əsir alınması xəbərindən sarsıntı keçirir ölkədə 3 günlük matəm elan edir. Hitlerin 8 kəşfiyyat generalının sırasında bu faşist canisinin xüsusi yeri olub. Təcrübəli alman generalını "Sadıqaşvili" ləqəbli gənc azərbaycanlı kəşfiyyatçı zabit Həmzə Cümşüd oğlu Sadıqov əsir tutub.

 

Həmzə Sadıqov alman generalının dindirilmə prosesində şəxsən özü iştirak edir. Bu prosesdəki maraqlı məqamlardan söhbət açmaq istəyirəm.

 

Fon Rodenburq Stalinqrad cəbhəsində faşist işğalçılarının məğlub edilməsinin birinci səbəbini Bakı şəhərinin alınmaması benzinin çatışmaması ilə əlaqələndirir. Tarixdən məlumdur ki, Adolf Hitlerin Bakının işğal planı 1942-ci ilin sentyabrın 25-də başa çatdırılmalı idi. Əgər bu əməliyyat uğurla həyata keçsəydi, İohan Fon Rodenburq Bakının komendantı təyin olunacaqdı. Lakin Hitlerin böyük arzusunu qafqazlı balası, azərbaycanlı Həmzə ürəyində qoyur.

 

Qəhrəman həmyerlimizin şücaətindən 51-ci qvardiya diviziyasının komandiri olmuş general Nikolay Tavortgeladzenin "Belə günlər olmuşdur" adlı xatirə kitabında da geniş bəhs edilir. "Kommunist" qəzetinin 19 sentyabr 1943-cü il tarixli sayının birinci səhifəsində "Faşist generalını əsir tutan igid" adlı məqalədə Həmzənin cəsarətindən, qorxmazlığından danışılır.

 

Həmzə Sadıqovun doğulduğu yer, cəbhəyə getdiyi hərbi komissarlıq, ailəsi haqqında məlumatlar "Bakinskiy raboçiy" qəzetinin 1977-ci il 9 may sayında "Volqa döyüşlərinin sədası" başlığı altında yazıda geniş dərc olunur. Məqalədə göstərilir ki, müharibədə aldığı ağır yaralar Ağdam rayon Dövlət Sığorta İdarəsinin rəisi vəzifəsində işləyən Həmzə Cümşüd oğlu Sadıqovun vaxtsız vəfatına səbəb olub.

 

Qəhrəmanın oğlu Firdovsi müəllim söhbətinə əlavə olaraq onu da qeyd edir ki, o atasının sənədlərini səliqə ilə saxlayır, həm onun haqqında çoxlu arxiv sənədləri toplayıb. Sənədlərin bir hissəsini Volqoqrad dövlət müdafiə muzeyinə təqdim edib. Onların surəti ilə biz tanış oluruq.

 

Həmzə 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olub. İlk təhsilini Ağdamda alıb. O, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir 1938-ci il mayın 10-da ordu sıralarına çağırılır. 1940-cı ildə Birinci Kiyev artilleriya məktəbini bitirərək leytenant rütbəsi alır 364-cü alayın batareya komandiri təyin olunur. O, müharibənin ilk günlərindən səngərdə dayanır, düşmənə sarsıdıcı zərbələr vurur. 1941-ci ildən Həmzə Sadıqov Cənub-Qərb, Don Birinci Ukrayna cəbhələrində vuruşur burada yaralanır. Bir müddət hərbi hospitalda müalicə alır. 1942-ci il mayın 20-də 76-cı diviziyada 122-ci qvardiya topçu alayının divizion komandiri təyin olunur. İgid həmyerlimizin döyüş şöhrəti məhz bundan sonra başlayır.

 

Keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış 10 fevral 1978-ci il tarixli sənəddən xalqımızın qorxmaz oğlu Həmzə Sadıqovun döyüş rəşadətləri haqqındakı qeydləri oxuyuruq: "Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxarmışdır".

 

Həmzə Sadıqovun Stalinqrad cəbhəsindən sonra uzun çətin cəbhə yolu başlayır. O, Praqanın, Budapeştin Drezdenin azad olunması uğrunda gedən döyüşlərdə xüsusi fədakarlığı ilə fərqlənir. Onun döyüşdə göstərdiyi igidliklər dövlət tərəfindən qiymətləndirilir. Həmzə Sadıqov çoxlu orden medallarla təltif olunur.

 

Sadə azərbaycanlı balasının, Qafqaz qartalının Volqadan Berlinə qədər uzanan döyüş yolunu izlədikcə gözlərimiz önündə mətin, cəsur gənc bir zabitin, alovlu vətənpərvərin mənalı həyatı canlanır.

 

Həmzə Sadıqovun ağır sınaq illərində keçdiyi şərəfli döyüş yolu hər zaman Azərbaycan gəncliyinə örnəkdir...

 

 

Lalə Hüseynova

Hərbi And.- 2018.- 27 iyul.- S.13.