Tariximizin unudulmayan şərəfli səhifəsi

 

Bakının azad edilməsindən 100 il keçir

Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən paytaxtımız Bakının tarixində ən unudulmaz şərəfli səhifə kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşmaların böyük qismi 1918-ci ilin avqust sentyabr aylarında baş verib. Gəncədən başlanan hücum Bakıda böyük qələbə ilə başa çatıb. 1918-ci il mayın 28-də, olduqca mürəkkəb bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq  Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi.

Həmin keşməkeşli günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri ətraf rayonlar erməni-daşnak qüvvələrinin işğalı altında idi. Buna görə Gəncə müvəqqəti paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq milli-demokratik qüvvələrin qarşısında dayanan ən çətin şərəfli vəzifələrindən biri idi. Yeni qurulmağa başlayan dövlətin qarşısında çox mühüm işlər dayanmışdı.

Erməni-daşnak qüvvələri 1918-ci il martın son 3 günü ərzində  xalqımıza qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər. Erməni-daşnak qüvvələri necə olursa-olsun Bakını əldə saxlamaq, onun yerüstü yeraltı sərvətlərinə sahib çıxmaq istəyirdilər. Amma Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək mümkün deyildi. Çünki Göyçənin, Zəngəzurun, Qarabağın başqa bölgələrin azadlığına doğru gedən yollar Bakıdan - ölkənin paytaxtından keçirdi. Belə çətin bir şəraitdə özünün ağır durumda olmasına baxmayaraq, Osmanlı dövləti Azərbaycanla 1918-ci ilin iyununda bağladığı "Dostluq əməkdaşlıq" müqaviləsinə əsasən, ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrini Nuru paşanın rəhbərliyi altında ölkəmizə göndərdi. Bu hərbi qüvvələr həmin günlərdə hünərləri ilə tarix yazdılar. Ən başlıcası Azərbaycan xalqının müstəqillik arzularının həyata keçməsinə yol açdılar.

1918-ci ilin avqust-sentyabr aylarında Bakının erməni-daşnak qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başlanır. Göyçaydakı ilk döyüşdə erməni-daşnak qüvvələri elə birinci zərbələrdən məğlub olub geri çəkilir. Bakıya - ölkənin paytaxtına gedən yollardakı qatı duman yavaş-yavaş seyrəlir. Avqustun ilk günlərində şəhər uğrunda qanlı döyüşlər başlanır. O günlərdə Azərbaycanın paytaxtı daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən işğal edilmişdi. Erməni-daşnak qüvvələri ciddi müqavimət göstərir, bütün güclərini müdafiəyə yönəldərək şəhəri əldə saxlamağa çalışırdılar.

Artıq qanlı döyüşlər Bakı şəhərinin iki addımlığında - Xırdalan Biləcəri istiqamətində gedirdi. Yavaş-yavaş düşmən qüvvələrinin müdafiə mövqeləri zəifləyirdi. Buna baxmayaraq Qafqaz İslam Ordusunun komandanlığı şəhəri qan tökmədən almaq istəyirdi. Bu məqsədlə  Mürsəl paşa avqustun 3-də Bakıda olan  Erməni Milli Şurası İdarəsinə göndərdiyi teleqramda yazırdı: "Bakıdakı Erməni Şurasının rəhbəri. Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaqdır. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı adamlarınızdan göndərin."

Erməni Şurası Daşnak partiyası bu məktuba cavab vermək əvəzinə, müdafiə mövqelərini daha da gücləndirmək məqsədi ilə şəhərdə səfərbərlik elan edir. Şəhərdə vəziyyətin gərgin olduğunu görən S.Şaumyan gəmi ilə Bakıdan qaçmağa cəhd göstərir. Amma Sentrokaspi hökumətininin tabeliyində olan donanma üzvləri tərəfindən gəmi nəzarətə götürülərək geri qaytarılır. Beləcə, əli millətimizin qanına batmış daşnakın qaçıb aradan çıxmaq cəhdinin qarşısı alınır.

Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu cavab gəlmədiyini görüb şəhər istiqamətində hücumlarını davam etdirir. Gərgin keçən döyüşlərdən sonra sentyabrın 15-də Azərbaycan Milli Korpusu çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-daşnak qüvvələrindən təmizləyirlər. Bakının azad edilməsi Azərbaycan tarixinin ən parlaq şərəfli səhifələrindən biridir. Məşhur milyonçu tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu münasibətlə ordunun şərəfinə böyük ziyafət verir. Xalqın müstəqilliyə olan inamı daha da möhkəmlənir.

Bu gün xalqımızın yaddaşında Nuru paşa ilə bağlı xoş xatirələr yaşayır. Bir çox tarixi mənbələrdə göstərilir ki, Nuru paşa bir hərbçi kimi uğurunu Azərbaycanda əldə edib. Qardaş ölkədə qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixində ümumən Türkiyə-Azərbaycan tarixində fəxr ediləsi qürur duyulası silinməz izlər qoyub.

Aradan 100 il keçməsinə baxmayaraq, xalqımız Bakının erməni-daşnak qüvvələrindən azad edilməsində iştirak etmiş böyük qəhrəmanlıqlar göstərmiş hər bir döyüşçünün xatirəsini hörmətlə yad edir. Qəhrəmanlıq, hünər igidlik göstərənlər heç vaxt unudulmur, onlar tarixin səhifəsində həmişə yaşayaraq ölməzlik qazanırlar.

                                                            

Vahid MƏHƏRRƏMOV

Hərbi And.- 2018.- 14 sentyabr.- S.5.