Qarabağ Abidələri
silsiləsindən - Yeddi qapı məbədi
Yeddi qapı məbədi Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin Hadrud regionu ərazisində
füsünkar Yuxusen dağının ətəyində
Susanlıq (Möhrənis) kəndindən piyada yolu ilə 1,2
avtomobillə 3,5 kilometr məsafədə, Qtçvəng məbədinin
yaxınlığında inşa edilib. Abidə qeyri-adi memarlıq
üslubuna malikdir. İnşa tarixi tam dəqiqləşdirilməyib,
amma bir çox tarixçilərin
tədqiqat əsərlərində məbədin V-VI əsrlərə
aid olduğu göstərilir. Lakin bu abidənin texniki quruluşu və tikinti üslubu,
abidənin V-VI əsr abidələrindən kəskin şəkildə
fərqləndirir. Bu da əsas verir deyək ki, bu məbədin
inşa tarixi daha qədimdir. Yeddi qapı məbədi
xüsusi memarlıq quruluşuna malik yeganə abidədir ki,
onun oxşarına Azərbaycanın digər ərazilərində
rast gəlinmir.Elmi ədəbiyyatda Yeddiqapı məbədi
haqqında hər hansı bir məlumat
yoxdur. Bir çox hallarda bu məbəd haqqında erməni
yazarlarının heç bir fakta əsaslanmayan məlumatlarına
rast gəlmək olur ki, bu da daha çox ermənilərin Azərbaycana
qarşı əsassız ərazi iddialarına xidmət edir.
Məbəd haqqında yalnız bir əfsanə
var. Lakin bu əfsanənində abidə haqqında məlumatın
həqiqət olduğunu təsdiqləyən hansısa bir
yazılı mənbənin olduğuna işarə edilmir. Bütün bunlara baxmayaraq həmin dövrlərdə
baş vermiş tarixi hadisələr
əfsanədə təsvir edilən hadisələrin
gerçək olması ehtimalını yaradır.Əfsanəyə
görə məbəd torpaqlarının azadlığı
uğrunda döyüşərək vəfat etmiş
yeddi qardaşın tək
bacısı tərəfindən yeddi qardaşın
xatirəsinə inşa edilib. Bu yeddi qaardaşın şərəfinə
tikilmiş xatirə abidəsi, zaman – zaman insanların ziyərətgahına
çevrilib. Bacının məzarı da məbədin həyətində
olması bu fədakar qızın məzarı da ziyarətgahı
kimi tanınır.Məbədin etimologiyasındakı yeddi rəqəmi
Azərbaycan bir çox nağıl və əfsanələrinin
ruhunu, bəzəyini təşkil edir. Məsələn,
“...yeddi gün yeddi gecə yol getmək”, “yeddi gün yeddi gecə
toy etmək”, “yeddi gecəlik ay”, eləcədə həftənin
yeddi günü, yeddi rəng çalarının olması,
yeddi qapı məbədi ətrafında daha dərindən
düşünməyə vadar edir.Məbədin adının
etimologiyasına yeddi
qardaşın, yeddi sayına
uyğun olaraq, yeddi qapını xatırladan, müxtəlif
ölçülü, yeddi apsid tikilibr. Məbəd
quruluşuna görə dairəvi formada inşa edilmişdir.
Apsidlərin üzəri yarımdairəvi kümbəzlərlə
bağlanıb. Məbədin tarixi barədə
hətta Alban tarixçisi Moisey
Kalankatlının belə əsərlərində
yazılı məlumata rast gəlinmir.Moisey
Kalankatlının o dövr üçün verdiyi məlumat
və eləcə də həmin dövr mənbələrin
təsdiq etdiyi digər informasiyalardan bəllidr ki, IV-V əsrlərdə Qafqaz Albaniyası ərazisinə Şimaldan
köçəri türk tayfalarının kütləvi
köçü və məskunlaşması baş verir.
İnsanların bu cür dalğavari gəlişi və
gedişi özlərinə uyğun daha rahat həyat şəraitinin
axtarılması bütün millətlərə xas olan həyat
tərzidir və burada qeyri-adi heç nə yoxdur.
Dünya ölkələrinin tarixində bu hal bütün
dövrlərdə tez-tez baş verir.
Başqa bir fakt da məlumdur ki,
Qafqaz Albaniyasında məskunlaşan türk tayfaları əsasən
xristian əhalinin deyil, xristianlıqdan əvvəlki dini
etiqadlarını qoruyan əhalinin tərəfini
saxlayırdı. Bu epizodda bir nüans diqqət çəkir,
“xristianlıqdan əvvəlki dini etiqadlarını qoruyan əhali”
bu məlumatdan məlum olur ki, hətta xristianlıq
dövrü Qafqaz Albaniyasında heç bir dini qəbul etməyən
əhali qrupu mövcud olub. Bu da belə deməyə əsas
verir ki, hər hansı tayfa və ya etnik qrup təbii ki,
özlərinin inanc və etiqadlarına görə xeyir-şər
mərasimlərini icra ediblər.
Bu ehtimal yeddi qapı məbədinin
tikinti quruluşuna daha çox uyğun gəlir,
çünki abidənin nə memarlıq quruluşunda, nə tikinti üslubunda və nə də
ornamental görüntülərində məbədin dini ibadət və etiqad
üçün inşa edildiyini təsdiq edən heç bir
əlamət yoxdur. Abidənin III əsrin
sonu IV əsrin əvvəllərində tikilməsi
gümanı daha çox inandırıcıdır.Erməni
tarixçiləri Azərbaycanın işğal altında
saxladıqları ərazilərdəki istər
xristianlığaqədərki və istərsə də
xristianlıq dövrü (məbəd, sovmə, bazilika,
türbə. monastr, kilsə və digər
qəbirüstü abidələr) memarlığının
bütün tipinə aid olan abidələrn
hamısını birmənalı şəkildə monastr və ya kilsə kimi təqdim
edir və bu torpaqların əzəli erməni torpaqları
olması barədə əsassız iddialar irəli sürərək
beynəlxalq ictimai rəyi yanlış istiqamətə
yönəltməyə çalışırlar.
Yeddi qapı məbədi Azərbaycanın mədəni
irsidir. Mədəni irs xalqın milli mədəni və tarixi
sərvətidir. Bir xalqın mədəni irsin digər xalq,
millət və ya xalqlar və ya millətlər tərəfindən
dağıdılması, məhv edilməsi və ya vandalizmə
uğradılması yolverilməzdir.
Belə hərəkətlər beynəlxalq qanunlar və
konvensiyalarda yoverilməz hesab edilir.
Erməni fotobloger
Albert Voskanyan
Erməni tarixçisi Şahen Mkrtçyanın
1988-ci ildə
İrəvanın Hayastan nəşriyyatında çap etdirdiyi “Dağlıq Qarabağın tarix və memarlıq abidələri”
kitabına istinad edərək Yeddiqapı məbədini kilsə bir çox hallarda monastr kimi təqdim edirlər. Yeddi qapı məbədinin kilsə və ya monastr kimi təqdim
edilməsi kökündən yanlış fikirdir.Bəzi Azərbaycanlı
tədqiqatçılar da başqa mənbə əldə edə
bilmədiklərindən, yeddi qapı məbədi haqqında
erməni tarixçisi Şahen Mkrtçyanın
“Dağlıq Qarabağın tarix və memarlıq abidələri”
kitabına istinad edir, kitabdan misallar gətirir və
dolayısı ilə erməni yalanlarına haqq
qazandırırlar.
https://az.wikipedia.org/wiki/Yeddi_qapı_monastırı
Yeddi qapı məbədi niyə kilsə
adlandırıla bilməz?
Kilsə
xristianlığın tələb və qaydalarını özündə
əks etdirən,
xristianların ibadət və dini ayinləri icra etmək
üçün toplaşdıqları yer, dini mərkəzdir.
Kilsə memarlığında bir qayda olaraq
xristian dininin tələblərini təzahür etdirən bir
çox nümunələri bu və ya digər formada tətbiq
edilir. Dini məlumatları və görüntülərin
memarlıqda tətbiq edilməsi, kilsə
memarlığını digər tikintilərdən fərqləndirən
yeganə cəhətdir. Kilsənin günbəzinin
mərkəzi hissəsində adətən zəng qülləsi
quraşdırılır.
Günün müxtəlif vaxtlarında
kilsə zənginin səsləndirilməsi dinə
inancları olanları ibadətə
çağırış kimi başa düşülür. Bu kilsə
memarlığının tipik xüsusiyyətlərindən
biri sayılsada bəzən zəng qülləsi olmayan kilsələrə
də rast gəlmək olur.
Kilsələr adətən inzibati yaşayış məntəqələrinin,
əhalinin sıx yaşadıqları yerlərdə və ya
müqəddəslərin zühr etdikləri ərazilərdə
inşa edilir.
İnzibati yaşayış yerlərində
yaşayan əhalinin sayından asılı olaraq kilsələr
1; 2; 3 və bəzən də 4 nefli və daha böyük
olurlar. Kilsələrin
daxili quruluşu əsas etibarı ilə, rahibin moizə etməsi
üçün
hündür yer, guşə, əhalinin ibadəti
üçün zal və rahiblərin günün müəyyən
vaxtlarında əyləşmək, məşvərət etmək
üçün bir ya iki otaqdan ibarət olur. Kilsələrin
daxili tərtibatını isə dinin ehkamlarını təzahürlərini
əks etdirən müxtəlif rəsm əsərləri,
ayinlər və digər dini simvolların şəkilləri
bəzəyir.
Yeddi qapı məbədi isə quruluşuna görə
dairəvi formada yerli kobud pud daşlarla inşa edilmişdir. Daşların
yonulmadan sındırılaraq kobud şəkildə
düzülüşü abidənin inşaasının
xristianlıqdan əvvəlki daha qədim dövrlərə və
ya erkən orta əsrlər dövrünə aid etmək olar.
Məbədin divarlarında heç bir dini
simvolikaya və dini ayələrə rast gəlinmir. Apsidlərin hamısının kümbəzə
birləşən hissəsində hər sütunda cəmi
bir sadə yonulmuş daşdan istifadə edilib.Dördüncü
apsidin sağ, beşinci apsidin isə sol hissəsinin kümbəzə
birləşən hissəsində yonulmuş daşın
üzərində iki üfiqi xətt və kiçicik
kürəciklər oyulmuşdur. Bu iki
daş, abidənin yeganə daxili bəzəyidir.
Apsidlərin üzəri yarımdairəvi kümbəzlərlə
bağlanıb. Yeddi qardaşın xatirəsinə tikilən,
yeddi apsidin əhatə etdikləri zal (ölçüsü
təqribi hesablamalara görə 10-15 kvm-dir), 15 nəfərin
sığışa bilməyəcəyi qədər
kiçikdir. Yəni bu zala ibadət
üçün toplaşmaq sadəcə mümkün deyil.
Məbədin daxili quruluşu özündə
kilsə memarlığının heç bir elementini əks
etdirmir.Birmənalı şəkildə demək olar ki, bu məbəd
dini xarakterli tikinti deyil, sadəcə xalq tərəfindən
sevilən və ziyərətgaha çevrilən xatirə
abidəsidir. Xatirə abidələrinin
tikintisi dövrümüzə qədər gəlib
çıxmışdır və onlardan bir çoxu insanlar
tərəfindən ziyarət edilir. Lakin
bu o demək deyildir ki bu türbə və ya hansısa bir qəbirüstü
abidə ziyarət edildiyinə görə məscid və ya
kilsə adlandırılsın.
Yeddi qapı məbədi niyə monastr adlandırıla
bilməz?
Monastrlar
xristian dini etiqadlarının təbliği, tədrisi və
ibadəti üçün daha geniş formada inşa edilən dini
komplekslərdirlər. Kilsələrdən fərqli olaraq Monastrlar
daha böyük əraziyə malik olurlar. Monastr kompleksinin mərkəzində
kilsə, kilsəsinin
ətrafı isə yardımçı binalarla əhatələnir
və mühafizə divarları ilə tamamlanır. Monastr
kompleksi əsasən rahib və rahibələrin
yaşamaları üçün (gecələmələri),
istirahət etmələri üçün otaqlardan, eləcədə
dini tədirs etmək üçün tədris otaqlardan və
monastr kilsəsindən ibarət olur.Monastrların inşaasından yeganə məqsəd,
xristianlığın təblig etmək, inanclıların
ibadətlərini həyata keçirilməsinə yardım
etməkdir. Yeddi qapı məbədinin isə tikinti
quruluşu memarlığın monastr tipinə də uyğun gəlmir. Beləki məbədin
ətrafı digər yardımçı binalarla əhatələnmir.
Məbədin yerləşdiyi ərazinin
yaxınlığında səpələnmiş vəziyyətdə
bir neçə yaşayış yerinin qalıqları var.
Belə parakəndə vəziyyətdə yerləşən
abidələri memarlığın monastr tipinə aid etməyə
əsas vermir.
Məbədin
tikinti quruluşu
Məbədin
tikinti quruluşu barədə ən dolğun məumat erməni
tarixçisi Şahen Mkrtçyanın “Dağlıq
Qarabağın tarix və memarlıq abidələri” adlı
kitabında verilir. Ş.Mkrtçyan öz erməni
xislətinə sadiq qalaraq abidəni monastr adlandırır.
Hətta sübut üçün məbədin
həyətinə iki ədəd xaçdaşıda gətirib
atıb. Onlardan biri giriş
qapısının üstünə ikincisi isə məbədin
içərisindədirYeddi qapı məbədinin yeganə
giriş qapısı (ölçüsü 1.06 m) siklop
memarlığına bənzəyir. Beləki
iki divar arasındakı keçidin üstü bir uzun sal daşla
bağlanıb, girişin yan divarları isə
palçıqsız daşlarla hörülüb. Divarlar kifayət qədər böyük
ölçüyə malikdir, onlarln qalınlığı
1.05 – 1.35 m-ə bərabərdir. Abidənin
giriş qapısı üzərinə işğal
dövrü ermənilər tərəfindən bir
xaçdaşı gətirilib quraşdırılıb.
Xaçdaşının başqa ərazidən
gətirildiyi adi gözlə belə açıq-aydın
sezilir, bunu sübut etmək üçün heç mütəxəsis
olağada ehtiyac yoxdur. Burada;Birincisi,
xaçdaşının qoyulduğu yer divarlarla uyğunluq təşkil
etmir;
İkincisi,
məbədin tikintisində boz qonur, cod qəlpəli
daşlarla tikilmiş, xaç daşı isə tünd qonur
yumşaq daşddan hazırlanmışdır. Məbədin
yerləşdiyi ərazidə isə tünd qonur yumşaq
daş yoxdur.
Xaç
daşının aşağı tərəfində
müasir erməni dilində “Allahımız, İsa Məsih.
Aşotu bağışla və xilas et”
sözləri dəmir alətlə
çızılmışdır. İkinci daşın
üzərində isə “Erməni təqviminin
493-cü ili (miladi 1044). Ey müqəddəs xaç! Məsih
qarşısında qardaş Kandaliyanı müdafiə et.” Sözləri yazılmışdir.
Azərbaycana
qarşı ərazi iddiasında olan erməni siyasətçiləri
tərəfindən, Alban tarixindən götürülən
birinci cümləyə “Aşot” sözünün əlavə
edilməsi, ikinci cümlənin əvvəlində isə
“Alban” sözü “Erməni” sözü ilə əvəzlənməsi,
ermənilərin bu ərazilərin qədim tayfalarından
olması təsuratı yaratmaq
düşüncəsi ilə edilib. Azərbaycanlı tədqiqatçıları
isə bilərəkdən ya bilməyərəkdən bu ifadələrdən öz əsərlərində
sitat gətirmələri, dolayısı ilə erməni
yalanlarına dəstək verirlər. Bir daha qeyd edirəm, nə bu
xaçdaşlarının nə də xaçdaşları
üzərində cızılmış yazıların Yeddi
qapı məbədinin tikildiyi dövrə, nə də məbədin
özünə
heç bir aidiyyatı yoxdur. Bu Ermənistanın
işğal altında saxladığı ərazilərimizdəki
mədəni dəyərlərimizə qarşı törədilən
növbəti erməni saxtakarlığıdır.Yeddi
qapı məbədi işğal dövrü ermənilər
tərəfindən ciddi dağıntılara məruz
qalıb. Məbəd quruluşuna görə dairəvi
formada olub, yerli kobud pud daşlar və əhəng məhlulu ilə inşa
edilib. Daşların yonulmadan
sındırılaraq kobud şəkildə
düzülüşü abidənin inşaasının
xristianlıqdan əvvəlki daha qədim dövrlərə
aid olmasından xəbər verir. Məbədin
divarlarında heç bir dini simvolikaya və dini ayələrə
rast gəlinmir. Apsidlərin
hamısının kümbəzə birləşən hissəsində
hər sütunda cəmi bir sadə yonulmuş daşdan istifadə
edilib. Məbədin mərkəzi hissəsində
mərkəzi gümbəz mövcud olmayıb. Çünki nə apsidlərdən nə də
yarımdairəvi gümbəzlərdən mərkəzə
doğru çıxışlar yoxdur. Dördüncü,
apsidin sağ, beşinci apsidin isə sol hissəsinin kümbəzə
birləşən hissəsində yonulmuş daşın
üzərində iki üfiqi xətt və kiçicik
kürəciklər oyulmuşdur. Bu iki
daş, abidənin yeganə daxili bəzəyidir.
Məbəd biri giriş olmaqla dörd böyük və
eyni formalı dörd kiçik yarımdairə nalvari
formalı hissədən ibarətdir. Böyük
apsidaların hər biri 2 metr enə və təxminən elə
o qədər də dərinliyə malikdirlər. Diaqonal nişlərin isə
ölçüləri isə təqribən 0,80
X 0,80 metrdir.Apsidlərin üzəri yarımdairəvi kümbəzlərlə
bağlanmışdır. Yeddi qardaşın xatirəsinə
tikilən, yeddi apsidin əhatə etdikləri zal (əgər
buna zal demək mümkünsə), 15 nəfərin
sığışa bilməyəcəyi qədər
kiçikdir. Yəni bu zala ibadət üçün
toplaşmaq sadəcə mümkün deyil.
Məbədin daxili quruluşu özündə
kilsə memarlığının heç bir elementini əks
etdirmir.Birmənalı şəkildə demək olar ki, bu məbəd
dini xarakterli tikinti deyil, sadəcə xalq tərəfindən
sevilən və ziyərətgaha çevrilən xatirə
abidəsidir.
Faiq
İsmayılov
Hərbi
and.- 2018.- 14 sentyabr.- S.6.