Birinci dünya
müharibəsi illərində Osmanlı ərazisində
soyqırıma məruz qalan ermənilər
yox, türk-müsəlman əhalisi olmuşdur
Ermənilərin yerli əhaliyə
qarşı həyata
keçirdiyi bu qırğınlar Osmanlı
dövlətini müəyyən
müdafiə tədbirləri
görməyə məcbur
etdi. Belə ki, 1915-ci il
mayın ortalarında
Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş
meydanından uzaqlaşdırıldı.
Bununla da türklərin rus və ingilislərə
qarşı döyüşlərində
ermənilərin neytrallığı
təmin edildi. Eyni zamanda, Osmanlı
dövlətinin hərbi
rəhbərliyi türklərə
və digər müsəlmanlara ermənilərə
qarşı hər hansı zorakılıq törətməyi qadağan
edən göstəriş
verdi. 1919-cu il
yanvarın 30-da Londonda
çıxan "Tayms"
qəzeti yazırdı:"Köçürülən erməni
əhalisinin gələcəkdə
öz evlərinə qayıtması və əmlakına sahib durması
üçün Osmanlı
hökuməti tərəfindən
xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni
əhalisinin siyahıya
alınmasından ibarət
idi. Komissiyanın
sənədlərində dönə-dönə
qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır" .
Antantanın təbliğat maşını
və erməni millətçiləri sübut
etmək istəyirlər
ki, birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin
2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin
rəsmi məlumatına
görə müharibəyə
qədər bu ərazidə 1,3 milyon erməni yaşayırdı.
Göstərilən əhalinin yalnız
yarısı döyüş
əməliyyatları gedən
ərazidə yaşayırdı.
Müharibə dövründə
yarım milyon erməni Türkiyədən
Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmişdi və ehtimal etmək olar ki, ölən
əhalinin sayı 200
min nəfər olmuşdur.
Təbii
ki, bu rəqəmin
içində təkcə
köçürmə nəticəsində
ölənlər yox,
aclıqdan, soyuqddan ölənlər və itkin düşənlər
də vardır.
"Tayms" qəzeti
yazır: "Bu bir danılmaz həqiqətdir
ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur" .
-Ermənilərin iddiaları
ilə bağlı hər hansı tarixi sənəd varmı?
-Erməni ideoloqları dünyanı inandırmaq
istəyir ki, guya 1915-ci il
aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində
qırılmasına dair
yazılı göstəriş
vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə
ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur.
1920-ci ildə Qərb
dövlətlərinin Osmanlı
dövlətini parçalamaq
planı təbliğ
olunan dövrdə
Aram Andonyanın "Ermənilərin
kütləvi şəkildə
öldürülməsi haqqında
rəsmi sənədlər"
adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. Aram Andonyan
hamını inandırmaq
istəyirdi ki, ingilis qoşunlarının
Hələbə hücumu
dövründə o, Osmanlı
çinovniki Naim bəylə görüşmüş
və daxili işlər naziri Tələt paşanın
ermənilərin kütləvi
şəkildə öldürülməsi
haqqında şifrəli
əmrini ondan almışdır. İngilis dilində
nəşr olunmuş
kitabda 48 "rəsmi
Osmanlı sənədi"
verilmişdir. Halbuki, fransız
nəşrində bu rəsmi sənədlərin
məzmununda, həm də çapında fərq vardır. Andonyanın
"rəsmi sənədləri"
içərisində 14 şəkil
verilmişdir. Müəllifdən şəkillərin əsli
tələb olunduqda,
o bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin
saxta olduğu heç kimə sirr deyil. Çünki müəllif bu
saxta sənədləri
tərtib edərkən
müsəlman dövlətləri
üçün məcburi
etiket qaydasını belə yaddan çıxarmış, "Allahın
adı ilə başlanan ifadələri"
unutmuşdur. İkincisi,
Andonyan saxta sənədlərə tarix
qoyarkən müsəlman
təqvimi əvəzinə
rum təqvimindən istifadə
etmişdir. Bir sözlə, Andonyanın
bu saxtakarlığı
hamıya məlumdur.
Lakin bu saxta "sənədlər" bir
çox qərb dövlətlərinin maraqlarını
təmin etdiyinə görə siyasi dairələrin diqqət mərkəzindədir.
1919-cu il Paris sülh
konfransı dövründə
Osmanlı rəhbərlərinin
gizli yazışmaları
diqqətlə yoxlanıldıqdan
sonra ermənilərin
kütləvi surətdə
öldürülməsi haqqında
heç bir sənəd və əmr tapılmadı. Əksinə,
Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən
erməni əhalisinin
təhlükəsizliyini təmin
etmək üçün
Osmanlı dövləti
tərəfindən onlarla
əmr və göstəriş verilmişdir.
Amerika tarixçisi Stenford Corc Şou yazırdı:
"Osmanlı ərazisində
müsəlman əhalisinə
qarşı ilk qırğınlar
1915-ci il mayın 14-də Van şəhərində
rus ordusunun iştirakı ilə erməni dəstələri
tərəfindən törədildi.
İki gün ərzində şəhərin müsəlman
əhalisi qılıncdan
keçirilərək onlara
olmazın işgəncələr
verildi. Osmanlı
ərazisində rus ordusunun himayəsi altında "Erməni
Van dövləti" yaradıldı . Van soyqırımından sonra erməni və rus birləşmələrinin
Bitlis vilayətinə
hücumları başladı.
Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı
altına düşdü.
1915-ci il iyulun ortalarına qədər Van ərazisinə
250 min erməni köçürüldü.
Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı .
1915-ci il iyulun
ortalarından etibarən
ermənilərin bu ərazilərdə törətdikləri
cinayətlərin sayı-hesabı
yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks hücumu nəticəsində geri çəkilən rus-erməni
ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşaiyəti
ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu.
Birinci dünya müharibəsi illərində erməni-Osmanlı
münasibətlərinə dair həm obyektivlik
baxımdan, həm də sənədlərin
əksəriyyəti qeyri-müsəlman
müəlliflərinə məxsus
olduğuna görə
ABŞ konqresi kitabxanasında
saxlanılan "Bristolun
sənədləri" diqqəti
cəlb edir . Bu külliyyatda
qeyd olunur ki, "dəqiq statistik mənbələrdən
məlumdur ki,
1912-1922-ci illər ərzində
600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa
bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü
və itkin düşməsi adi bir haldır"
. Bristolun sənədlərində
göstərilir ki, qeyd olunan dövrdə
isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur.
Türklərin ölümü və
öldürülməsi ermənilərdən
daha faciəli olmuşdur.
Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək
olar ki, I dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma
məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi
olmuşdur. Osmanlı ərazisində öz
mənfur planlarını
həyata keçirə
bilməyən erməni
silahlı dəstələri
geri çəkilərək
Azərbaycanın cənubunda,
qərbində və şimalında türk-müsəlman
əhalisinə qarşı
kütləvi qırğınlara
başladılar.
-Anar müəllim, bu gün dünyanın
bəzi dövlətləri
uydurma “erməni soyqırımını” tanıyıb.
Ermənistan bu prosesi davam etdirməyə çalışır. Bu barədə nə deyə bilərsiniz?
-Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə
saxlamaq cəhdləri
siyasi məqsədlər
üçündür. Bilirsiniz ki,
illər öncə Türkiyə Ermənistana
hər iki tərəfdən arxiv sənədlərinin açılmasını
və tarixçilərin
bu məsələni araşdırıb ortaq qərara gəlməsini təklif etmişdi. Amma erməni tərəfi bu təklifi qəbul etmədi. Çünki tarixdə belə
bir “soyqırımı”
olmayıb və tarixçilərdən ibarət
birgə komissiya yaradılıb bu məsələ araşdırılsaydı,
erməni yalanları ifşa olunardı. Bununla da, məsələ birdəfəlik qapanardı.
Bu məsələni gündəmdə saxlamaq istəyən dövlətlərə gəlincə, onlar bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Yəni, ermənilər həmin dövlətlərin əlində alətdir. Dünyada müəyyən qüvvələr, dövlətlər var ki, Türkiyəni güclü görmək istəmir. Eləcə də Azərbaycanı. Əgər belə olmasaydı, müasir dövrümüzdə , 20-ci əsrin sonunda ermənilər Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər. Həmin dövlətlər ədalətlidirsə, ilk növbədə Xocalı qətliamını soyqırımı kimi tanısınlar. Amma təəssüf ki, onların məqsədi başqadır.
Türkiyə və Azərbaycan erməni
saxtakarlığına qarşı həmişə
mübarizə aparıb və bu gün də aparırlar. Bu
istiqamətdə tarixçilərimiz də elmi-tarixi
əsərlər yazıb dünyaya təqdim
edir.
Anar İsgəndərov
Hərbi And.- 2019.- 11 may.- S.8.