Yaşarıdı, bəşəridi
əsgər dostluğu
Səngərdə eşidilən salam-əleykə milli-xəlqi ruhun ruhlara xeyir-duası deyərdim...
Səngərdə əvvəlcə baxışlar danışır, sonra baxışların dedikləri ürəkləri dilləndirir, sonra kəlmələr eşidilir. Səngərlərdə əsgərlərlə səmimi söhbətlər mənə həmişə könül xoşluğu verib. Əsgərlərin döyüş əzmində, qələbə ruhunda Doğu-Batı arası "Mən azərbaycanlıyam!" deyənlərin istəyini görmüşəm, bir daha dönməzliklə inanmışam ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Ona da əmin olmuşam ki, işğal son nəfəs ərəfəsindədi.
Səngərlərdə əsgərlərimizlə Vətəndən danışırıq, Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad ediləcəyindən, Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasından, əsgər dostluğundan danışırıq, düşüncələrim əsgərlərimizin düşüncələriylə o qədər incəliklə, o qədər doğmalıqla qoşalaşır ki!..
Mayın əvvəllərində Lələtəpədə ezamiyyətdəydim. Asudə vaxtda əsgərlərdən birinin əlində o qədər də iri olmayan bir dəstə çiçək görmüşdüm. Gözəlim çiçəklər gözlərimi çəkmişdi. Əsgər davamlı baxışlarımın çiçəklərdən üzülmədiyini duyunca gülümsəmişdi, doğmalıqla demişdi:
- Atamla qonşumuz Həsən əmi əsgərlik yoldaşı olub. SSRİ dağılmamış rus ordusunda xidmət ediblər. 20 Yanvar faciəsindən sonra hərbi xidmətdən yarımçıq gəliblər, xidmətlərini Azərbaycan Ordusunda davam etdiriblər. Atəşkəsə qadər döyüşənlərin sırasında olublar. Döyüşlərdə ikisi də yaralanıb. Atamın son nəfəsinə kimi Həsən əmiylə dostluğu davam etdi. Onların dostluğunu oğul sədaqətiylə Rafiqlə mən davam etdirirəm. Rafiq dörd il əvvəl Cocuq Mərcanlıda xidmət edib. Tərxis olunandan sonra da fikri-xəyalı xidmət etdiyi yerlərdən üzülmürdü. Həmişə deyirdi ki, Cocuq Mərcanlıdan Lələtəpəyə həsrətlə baxırdıq. Rafiqin xatirələri hərbi xidmətimin ilk aylarında bələdçim oldu. Yaxın vaxtlarda mən də tərxis olunacam. O vaxta kimi Ali Baş Komandanın döyüş əmri olarsa, Cıdır düzündən dərəcəyim çiçəkləri, mən tərxis edilənəcən döyüş əmri olmazsa, bu çiçəkləri dostum Rafiqə - atamın əsgərlik dostunun oğluna aparacam. Cıdır düzünün həsrətini hamımız çəkmişik. Dərəcəyim çiçəklər, dərdiyim bu çiçəklər Rafiqə Cıdır düzünün, Lələtəpənin xiffətini unutduracaq....
Bu kəlmələri ata adına oğul sədaqəti bilmişdim. Bu sədaqətin təkcə oğulun ataya sevgisi kimi deyil, həm də əsgərin zaman anlamında dünənin əsgərinə ehtiramı kimi yaşadılmasını arzulamışdım. Onda əsgər bayaqki qürurdan bəstə olmayan qürurla demişdi ki, Azərbaycan əsgəri belə bir sədaqətlə xidmət edir. Onlardan biri də mənəm...
Sağ əlim sağ çiyninə enən əsgərə bu boyda mətləbə minnətdarlığı ifadə edəsi söz tapa bilmədim...
İllər əsgər dostluğunun üstündən yel əsdirə bilməz. Əsgər dostluğunun kövrək duyğularla yaşadılması görənə könül xoşluğu verir. Bu dostluğun yaşarılığına, bəşəriliyinə həsəd aparılır; aqillərin "qardaş da dost olsa yaxşıdı" kəlamı həmişə fəzilətə çağırış olub...
Vaqif qəbul imtahanlarından o qədər də yüksək bal toplaya bilmədiyindən ödənişli təhsil ala bilərdi. Buna ailənin gücü çatmayacaqdı - atası şəhid olmuşdu, anasının maaşı dolanışıqlarına ancaq çatırdı. Restoranda ofisiant işləməyi qərara almışdı.
Restoranın sahibi - hamı ona Gəray bəy deyirdi - Vaqiflə söhbətləşəndə kimliyiylə də maraqlanmışdı.
- Atam şəhid olub, anam kitabxanada
işləyir. Özümdən 2 yaş kiçik bacım var.
Vaqif nə qədər toxtaqlı danışmağa çalışsa
da, səsində qəhər sezilirdi.
Restoranın sahibi hövsələsizliklə
soruşmuşdu ki, atan harada döyüşüb,
harada şəhid olub.
- Ağdərədə şəhid
olub. Hamı ona Batya deyərmiş. Batyanın
oğlu təhsil haqqına görə oxuya bilməyəcək,
- Vaqif üzünü
sahibkardan gizlətməyə
çalışmışdı...
Nə Vaqif, nə də anası bilmədi ki, təhsil haqqını döyüşçü yoldaşlarının
Batya çağırdığı
dostu Gəray Səlimov - restoranın müdiri ödəyib; əsgər dostunun oğlunun ömür yoluna işıq salmağı o dostluğun
mənəvi tələbi
olub...
Neçə belə, buna bənzər xeyirxahlıq
eşitmişəm... Əmin olmuşam
ki, əsgər dostluğu zamanından, məkanından asılı
olmayaraq həmişə
müqəddəslik mərtəbəsində
saxlanılıb. Bu kimi
faktlar təsdiqləyir
ki, əsgər dostluğu yaşarıdı,
bəşəridi...
Əsgər dostluğu cəmiyyətə
yaz yağışından
sonra göy üzünə yayılan
qövsi-qüzeh misallıdı,
dan yeri sökülüncə çiçəklərin
ləçəklərində alışan jalə, şəbnəm - şeh kimidi...
Müdafiə nazirinin əmriylə ordumuzda keçirilən
"Açıq qapı"
günündə Vətən
sevgisinin işığında
ata sevgisi də gördüm, qardaş mehri-ülfəti
də gördüm, oğul duyumu, əsgər dəyanəti,
təmkini gördüm. "Açıq qapı" günündə əsgər
dostluğunun necə qürurla, həm də kövrəkliklə
necə yaşadıldığını
da gördüm.
Həmin
gün hərbi hissənin nəzarət-buraxılış
məntəqəsinin qarşısında
narahatlıqla var-gəl
edənlər də vardı, bir tərəfə çəkilib
xəyallarıyla baş-başa
qalanlar da, təzə tanışıyla
könül söhbəti
edənlər də.
Hamının bir azdan başlayacaq tədbirin sonluğunu arzuladığını sezmək
çətin deyildi...
Qoşa qolları bir-birinin kürəyində çarpazlaşan
orta yaşlı iki kişinin görüşü bəlkə
də hamının diqqətini çəkmişdi. Bu bənzərsiz görüşdə
mənim də ömrümün böyük
bir hissəsi olmuş hərbi xidmətin əlamətlərini
görürdüm. Kövrələn də vardı, təəssüflə köks
ötürən də.
Seyidi, Mahiri, İlqarı, Nağını,
Etibarı, Şəmistanı,
Qurbanı, Bəhramı,
Firudini, Pənahı,
Fəğanı, Nizamini...
xatırladım...
Əllər əllərdəydi, üz-üzə
dayanmışdılar. Nizamsız-mizansız süküt içində
baxışlar kəlmələşirdi.
Sövq-təbii onlara yaxınlaşdım.
Həmid Qasımov Qazaxdan, Əli Əhmədov Masallıdan
gəlibmiş. 1994-1996-cı
illərdə eyni hərbi hissədə xidmət ediblər. İndi oğulları bu hərbi hissədə xidmət edirlər. 23 ildən sonra
ilk dəfə görüşürlər.
- Təsadüfə minnətdaram
ki, oğullarımız
eyni hərbi hissədə xidmət edir, Müdafiə nazirinə minnətdaram ki, "Açıq qapı" günü keçirilir, taleyimə minnətdaram ki, bu gün sağlamlığım
imkan verdi
bura gələ bildim, - Həmid kişi belə dedi.
- Mən də sən fikirdəyəm, qardaş. 23 il
əvvəl də beləydik, - Əli kişi belə dedi... "Ataların yolu oğulların yoludu" - deyənlər
nə qədər haqlıymış", - dedim.
Gülümsündülər. "Tədbirdən
sonra oğullarımızı
tanış edəcəyik"
- dedilər. Müdafiə
nazirinin təsdiq etdiyi plana əsasən
keçirilən "Acıq
qapı" günü
ataların dostluğunun
davamı kimi yeni bir dostluğun
- əsgər dostluğunun
başlanğıcı olacaq...
... Əsgər dostluğu təsadüflə
başlayır, sonralar
ömrə, yaşantılara
yazılacaq illərin
urvatı olur. Dostluğu (həm də daha böyük
həssaslıqla əsgər
dostluğu!) yaşatmaq
mənəvi dəyərlərdir...
Rəşid Faxarlı
Hərbi And 2019.- 25 oktyabr.- S.8.