Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
Milli Məclisin
İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, YAP
Siyasi Şurasının üzv
Aydın Hüseynov
- Aydın müəllim,
2019-cu ilin ötən 9 ayının sosial-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?
- 2019-cu ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də qeyd olunduğu kimi cari ilin 9 ayı ölkəmiz üçün uğurlu olub. Bu uğurların əldə olunmasında son bir ildə başlanmış yeni islahatların mühüm təsiri olubdur. Cənab Prezidentin də vurğuladığı kimi əldə edilmiş sosial və iqtisadi nəticələr müsbətdir, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrdə əldə edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü, sistemli və düşünülmüş islahatların məntiqi nəticəsidir.
2019-cu ilin 9 ayı ərzində iqtisadi artım təmin edilib. Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edib. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox yüksəlib. Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər əldə olunub, 15 faizdən çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Son illərdə kənd təsərrüfatına böyük investisiyaların qoyulması və bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri sayəsində aqrar sektorda 7 faizdən çox artm əldə edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, 2019-cu ildə çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siaysət sayəsində inflyasiyanın sabit qalması təmin edildi.
- İqtisadi
artımın əldə olunmasında aparılan islahatlar hansı dərəcədə rol oyanmaqdadır?
- Məlum olduğu kimi 2019-cu ilin əvvəllərindən
başlayaraq iqtisadiyyatda
yeni islahatların başlanması
“kölgə iqtisadiyyatı”nın azalmasına və şəffaflığın
təmin edilməsində mühüm rol oynamaqdadır. Aparılan islahatlar iqtisadi idarəetmədə
yeniliklərin tətbiq olunması ilə müşayiət
edilməkdədir, bu islahatlar
bütün sahələrdə
hesabatlılığın, maliyyə intizamının və
şəffaflığın təmin edilməsini möhkəmləndirir.
Şəffaf iqtisadiyyat iqtisadi
imkanların daha da
artmasını təmin edir. Məhz
şəffaflıq və yeni yanaşma nəticəsində birinci
rübdə böyük məbləğdə
əlavə vəsait əldə edilib, iqtisadi potensialımız, maliyyə
imkanlarımız da güclənib. Cənab
Prezident bunu
müşavirədə xüsusilə vurğuladı və bildirdi ki, aparılan yeni islahatlar, vergi və gömrük
sahələrində təmin edilən şəffaflıq öz səmərəsini verməkdədir. Gömrük və vergi
orqanları doqquz ayda
büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait ödəyibdir. Bu, şəffaflıq, dürüstlük
sayəsində, sahibkarların uçotunun
düzgün qurulması nəticəsində
mümkün olubdur.
- Beynəlxalq maliyyə institutlarının son hesabatlarında da
ölkəmizdə aparılan islahatlar təqdir
olunmaqdadır. Həmin hesabatlarlı necə şərh edərdiniz?
- Azərbaycanda davam etdirilən iqtisadi islahatları Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları da yüksək qiymətləndirməkdədirlər. Bu günlərdə Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb.
Hesabatı təhlil etdikdə görərik ki, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir. Yaxud, Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında iqtisadi islahatlar aparan ən yaxşı 20 ölkə sırasında yer alıbdır. Bu hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşması birbaşa son illərdə dərinləşən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan hökumətinin apardığı islahatlar mütəmadi olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst səviyyəyə qalxmasına imkan veribdir. Bu uğurlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Azərbaycan hökuməti növbəti dövrlərdə də islahatları davam etdirəcək və beynəlxalq aləmdə mövqeyimiz daha da yaxşılaşacaq, ölkəmiz yenə də liderliyini qoruyub saxlayacaq.
- Dövlətimizin
başçısı islahatlara kölgə
salan, hələ də köhnə təfəkkürlə
işləyən dövlət məmurlarının
olmasına da diqqət çəkdi, bu istiqamətdə kadr
islahatlarının aparılacağının anonsunu
da verdi...
- Tamamilə doğru
qeyd edirsiniz, Prezident İlham Əliyev çox açıq mesajlar
verdi və bildirdi ki, ötən il
keçirilən prezident seçkilərindən
sonra andiçmə mərasimindəki
çıxışımda Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətlər
üzrə hədəfləri elan etdim. İslahatların əsas hədəflərindən
biri də dövlət qurumlarının
fəaliyyətinin yeni dövrə,
çağırışlara uyğun
qurulmasıdır. Yeni
çağırışlar nədir? Yeni
hədəflər bürokratik idarəetmədən
uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan
əl çəkməkdir, vətəndaşa xidmət etməkdir,
yeniliyə uyğunlaşmaqdır. Təəssüf ki, dövlət orqanlarında olan
bəzi vəzifəli şəxslər iqtisadi
və sosail sahədə bir
sıra xoşagəlməz halların baş
verməsinə səbəb olurlar, islahatlara qarşı çıxış
edirlər. Bu islahatlar
onların şəxsi maraqlarına toxunur.
Onlar hər vəchlə hökumətin
işinə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə
malik kadrları qaralayırlar. Ona görə də, köhnə təfəkkürə
malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər
addımlamaq mümkün deyil,
artıq yeni komandada onlarla davam edilə bilməz.
Dövlər başçısı da konkret və qəti xəbərdarlıq
etdi, bütün
dövlət məmurları artıq dərinləşdirilən
bu islahatların ruhuna
uyğun işləməlidirlər.
Əgər bacarmırlarsa, belə adamlarla
bir yolun yolçusu ola bilmərik.
- Dövlət başçısı 2020-ci ilin dövlət büdcəsi layihəsinin
hazırlandığını və büdcə ilə əlaqədar
hökumət üzvlərinə tapşırıqlar verildiyini də bildirdi. Gələn
ilin büdcə layihəsini necə dəyərləndirərdiniz?
- Cənab Prezidentin də bəyan
etdiyi kimi hökumət
üzvləri artıq neçə vaxtdır ki,
yeni büdcə paketi
üzərində işləyirlər. Məlum olduğu kimi Maliyyə Nazirliyi tərəfindən
hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal
büdcələrinin ilkin göstəricilərinə
dair açıqlama” ötən ay hökumətə təqdim edilib.
Həmin sənədin göstəricilərinə
əsasən qeyd etmək mümkündür
ki, 2020-ci iıin dövlət büdcəsi
layihəsi kifayət qədər praqmatik,
nikbin və təmkinli ssenarilər əsasında
hazırlanır. 2020-ci ildə icmal
büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən
çox olmamaqla xərclənə
bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır. 2019-cu
ildə olduğu kimi,
2020-ci il və orta
müddətli dövrdə də icmal
büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq
müəyyən ediləcəkdir. 2020-ci ilin
dövlət büdcəsinin gəlirləri isə 24, 484 mln. manat məbləğində
proqnozlaşdırılır ki, bu da 2019-cu ilin
təsdiq edilmiş göstəricisi ilə
müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur.
Büdcədə artımın əsas mənbəyi qeyri-neft gəlirləridir. Qeyri-neft gəlirlərinin
artım tempi 11,3 fazidir,
yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində
qeyri-neft gəlirləri 10 milyard
536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış
olacaq. 2020-ci ildə dövlət büdcəsinin
xərcləri isə 25 milyard
618,2 mln. manat məbləğində
proqnozlaşdırılır ki, bu da 2019-cu ilin
təsdiq edilmiş göstəricisi ilə
müqayisədə 428,2 mln. manat çoxdur.
Ümumilikdə, 2020-ci ilin büdcəsi
həm sosialyönümlü, həm də
investisiyayönümlü olacaqdır.
- Ölkəmizin qarşıdakı dövrdə
sosial-iqtisadi inkişafını necə
proqnozlaşdırardınız?
- Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın llərdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan verəcəkdir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Qarşıdakı illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi də Cənab İlham Əliyevin hədəflədiyi sahələrdir
Hərbi And 2019.-
25 oktyabr.- S.6.