Tarixə yazılan epoxa,
tarixə çevrilən şəxsiyyət...
Azərbaycanın ən yeni tarixinin
bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti,
siyasət və dövlət xadiminə xas olan böyük
istedadı ilə fərqlənən, xarizmatik
lider olan Heydər Əliyev hələ sağlığında
canlı əfsanəyə
çevrilmişdi.
. Gələcəyin nədən asılı
olacağı bəşəriyyəti
daim maraqlandıran suallardan biri olub. Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişinə təsir
etmək mümkündürmü?
XX əsrin sonu–XXI əsrin əvvəlində
Azərbaycanda baş verən hadisələr bu sualları müsbət cavablandırmaq
imkanı verdi.
Bəli,
bu şəxsiyyət
qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri
özündə cəmləşdirməlidir.
Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər,
ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara
biliblər.
Biz XX əsrin sonu–XXI
əsrin əvvəllərində
tarixin keşməkeşli
dövrlərini yaşadıq. Bu, çətin dövr idi – ictimai quruluşun
dəyişdiyi bir dövr. Azərbaycanın siyasi və
ictimai həyatında
qlobal hadisələr baş verən dövrdə biz ümumi böhranın şahidi olduq. Bu gün
isə Azərbaycan Respublikası sabitlik dövründə yaşayır,
xarici investorlar öz sərmayələrini
ölkəmizə yatırır,
kənd təsərrüfatında
müsbət dəyişikliklər
baş verir.
Bu nəticələrin əldə olunmasında dahi siyasətçi Heydər Əliyevin apardığı siyasətin
rolu misilsizdir. Hakimiyyətdə struktur dəyişikliklərinin
aparılması, icra intizamının yüksəldilməsi,
iqtisadiyyatın tənzimlənməsi,
beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyinin durmadan möhkəmlənməsi bu
uzaqgörən siyasətin
nəticəsi oldu.
Azərbaycan vətəndaşlarının
vətənpərvərlik ruhunun yüksəldilməsi,
gələcəyə inamın
formalaşması, milli
ruhun yüksəldilməsi
Ulu Öndərin yorulmaz əməyinin bəhrəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın çoxəsrlik dövlətçilik
tarixində Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın
hər bir mərhələsi müasir
tariximizin bütöv
bir salnaməsini təşkil edir ki, onun da
hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri
ilə yazılıb.
Bu illər ərzində
xalqın ictimai-siyasi,
iqtisadi və mədəni həyatının
bütün sahələrində
dirçəliş məhz
onun adı ilə əlaqədardır.
Ulu öndər
Heydər Əliyevin mənalı həyatı,
böyük xidmətləri
və zəngin irsi gələcək nəsillərimizə milli
düşüncə məktəbi
olub. Heydər Əliyev mənalı
ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət xadimi kimi xalqın
tale yükünü çiyinlərində
daşıyıb, onun
müstəqilliyə, azadlığa
və xoşbəxtliyə
qovuşması uğrunda
mübarizə aparıb.
Ulu Öndərin ölkə daxilində və xaricdə inamla, qətiyyətlə, məqsədyönlü
və ardıcıl şəkildə həyata
keçirdiyi qlobal, genişmiqyaslı siyasət
inkişaf etmiş ölkələrlə sıx
əməkdaşlığın qarantı olub.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr
ərzində daim tərəqqisi üçün
çalışdığı, zəngin mədəniyyəti,
böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin
taleyi üçün
düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Məhz bu
dahi insanın səyləri nəticəsində
Azərbaycan dönməz
müstəqilliyə, inkişafa,
tərəqqiyə qədəm
qoydu. O, bütün
həyatını doğma
xalqına sərf edən, milli dövlətçiliyin əsasını
qoyan dahi lider idi. O, böyük
siyasi və dövlət xadimi, xalqın əvəzsiz lideri olaraq hələ
sağlığında canlı
əfsanəyə çevrilmiş,
buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri
cəlb etmiş, dünya azərbaycanlılarının
bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə
coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə
də dünya mətbuatında geniş işıqlandırılmışdır.
Heydər Əliyev zəmanənin görkəmli siyasətçisi,
bənzərsiz şəxsiyyətdir. Ulu öndər
deyəndə qarşımızda
güclü insan, öz fikirlərini səlis formada çatdıran lider durur. Ən çətin sualları
səlis, qısa, konkret cavablandırmaq, hadisələri dəqiqliklə
qiymətləndirmək məhz
Ulu Öndərin xüsusiyyəti idi.
Onun sözlərinin arxasında
konkret işlər durur, onun ifadələrindən
sitatlar gətirilir.
Bu əfsanəvi şəxsiyyət dünyanın
siyasi liderləri üçün örnəkdir.
Bütün bu nəticələr Ümummilli Liderin şəxsi xüsusiyyətlərinin
və gərgin əməyinin nəticəsidir. Tarixi hadisələrə
və zamanın axarına təsir göstərmək, ölkəyə
ustalıqla rəhbərlik
etmək, prinsipial beynəlxalq siyasət aparmaq üçün həqiqətən güclü,
görkəmli siyasətçi,
nəhəng insan olmaq lazımdır. Məhz Heydər Əliyevin şəxsi xüsusiyyətlərinə
görə təkcə
ona hörmət edənlər deyil, onun rəqibləri belə bu nəhəng
siyasətçiyə hörmətlə
yanaşır, onun fikirləri ilə hesablaşırlar. Ulu Öndərin
bacarığı, dəqiqliyi,
cəsarəti, uzaqgörənliyi
hamını valeh edib.
Heydər Əliyev siyasətlə məşğul olan insan, daha dəqiqliklə
desək, peşəkar
siyasətçi olub. Onun hakimiyyətə gəlməsində
qanunauyğunluq var: şəxsi xüsusiyyətləri,
bənzərsiz xarizması,
liderlik bacarığı.
Məhz bu səbəbdən Azərbaycan xalqı ona inanaraq öz
taleyini ona etibar etdi. O, müdrik siyasəti ilə ölkəni bütün çətinliklərdən
qurtardı, dünyada
Azərbaycanın siyasi
mövqeyini müəyyən
etdi.
Görkəmli qırğız yazıçısı,
dünya şöhrətli
Çingiz Aytmatov Heydər Əliyev haqqında belə deyib: “Heydər Əliyev doğrudan da tarixi, hətta
əfsanəvi şəxsiyyətdir.
Bu, sovet dövründə
də belə olub, bu indi
də, çox mürəkkəb olan müasir dünya şəraitində də
belədir. O, həmişə
xalqın xidmətində
olub”.
Bu sözləri dərindən
analiz edərkən düşünürəm ki,
Ulu Öndər bir çox siyasi liderlərə müasir dövrün ən çətin və aktual anlarına hazır olduğunu nümayiş etdirdi. Məhz onun zəngin
siyasi təcrübəsi,
geniş dünyagörüşü
nəticəsində bu
gün Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, milli-mədəni
dəyərlər qorunub
saxlanılıb. Bunlar Azərbaycan
dövlətinin müasir
inkişafını təmin
edən əsas amillərdir.
Heydər Əliyev XX əsrin ən böyük liderləri sırasındadır. O, müasir
demokratik Azərbaycanın
ən yeni tarixinin yaradıcısı
və müəllifidir.
Tarixi yaradan, onun gedişinə
müsbət təsir
göstərən, tarixdə
iz qoyan şəxsiyyətlər yüzilliklərboyu
yadda qalır. Şübhəsiz, bu şəxsiyyətlər
görkəmli, məqsədyönlü
şəxsiyyətlərdir. Heydər Əliyev natiqlik məktəbinin ustadı idi, o, böyük bir epoxanın (1969-2003) mərkəzində olan şəxsiyyət idi, millətin xilaskarı, sülhsevər insan idi. Onun şəxsiyyəti və ideologiyası fenomenaldır. Çox tədqiqatçılar
bunun üzərində
işləyərək, Heydər
Əliyev şəxsiyyətinin
fenomenini araşdıraraq
siyasi elmə töhfələr verəcəklər.
Bütün Azərbaycan xalqı Heydər Əliyevi ümummilli lider kimi qəbul edərək onun xatirəsini daim yad edir. Onun şəxsiyyəti
unudulmur, bütün şəhər və rayonlarda abidəsi ucaldılır. O, Azərbaycanı
vahid, bölünməz
bir varlığa çevirdi, hər bir region isə bu vəhdətin ayrılmaz bir hissəsi oldu. Müsbət cəhətləri
ilə Azərbaycanın
ən yeni tarixinə daxil olan Heydər Əliyev hamını heyran edib: enerjili,
cəsarətli siyasətçi,
eyni zamanda, sərt və çevik rəhbərlik metodların tərəfdarı.
O, ölkəni ən
qısa müddətdə
çətin vəziyyətdən
qurtardı.
Heydər Əliyev Azərbaycanın
və dünyanın ən görkəmli siyasətçilərindən biridir. Onun fəaliyyəti
təkcə siyasətlə
məhdudlaşmırdı. Hərtərəfli şəxsiyyət olan Heydər Əliyev həm tarixçi, həm memar, həm iqtisadçı idi.
O, mədəniyyəti və
mədəni dəyərləri
çox yüksək
qiymətləndirərək, milliliyə böyük önəm verərək adət-ənənələrin qorunub saxlanılmasında
əvəzsiz işlər
gördü.
Hər millətin
ümummilli lideri olmur. Bu baxımdan, Azərbaycan xalqı və Azərbaycan dövləti tarixinin səhifələrində özünəməxsus
yer tuta bildi.
Ulu Öndərin
hakimiyyətə ikinci
dəfə gəlməsi
çox mürəkkəb
və çətin dövrə təsadüf
etdi. Postsovet məkanında Azərbaycanda
xalqlar ciddi problemlərlə rastlaşaraq
işsizliyin, xaosun qarşısını ala bilmirdilər.
XX əsrin sonunda
yaşayan insanlar bunları yaxşı xatırlayırlar. Yalnız
Ulu Öndərin cəsarəti, onun şəxsiyyəti, idarəçilik
məharəti buna imkan verdi,
Azərbaycan bu problemlərdən qurtuldu.
İndi aforizmə
çevrilən “Bilik – XXI əsrin ən
qiymətli valyutasıdır” kəlamı hələ XX əsrin
70-ci illərində Heydər Əliyevin həyat kredosuna çevrilib. O,
ölkədə ardıcıl siyasət apararaq
iqtisadiyyata və sosial
prioritetlərə önəm verdi. Müasir dövrün
görkəmli siyasi xadimləri Heydər
Əliyevi görkəmli dövlət xadimi,
siyasi nəhəng, tarixi
və əfsanəvi şəxsiyyət adlandırırlar.
Vüqar Seyidov
Hərbi And.- 2019.- 25 yanvar.- S.9.