Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

 

Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olub. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi idi. Heydər Əliyev deyirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biriodur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətinin qaldırılması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin yaradılması əlamətdar hadisələr idi.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun dahiliyiböyüklüyü dünya miqyasında tanınıb. Azərbaycan XX əsrin sonunda dünyaya məhz Heydər Əliyev siyasəti nəticəsində tanındı. Onun parlaqdahi şəxsiyyəti, sərhəd bilməyən güclü intellekti Azərbaycandan çox kənara çıxdı. O, lider olaraq dünya miqyasında layiqli səviyyəyə yüksəldi, uzaqgörən, müdrik qətiyyəti, zəngin siyasi təcrübəsinə görə böyük dövlət xadimi oldu.

Müasir dövrün çağırışlarına Heydər Əliyev çox həssaslıqla yanaşaraq çevik reaksiya verirdi, onun ümumbəşəri ideya və dəyərlərə söykənməsi, planetimizdə sülh və tərəqqinin, dostluğun bərqərar olunması istiqamətində gördüyü işlər tarixə qızıl hərflərlə yazıldı. Azərbaycanda möhkəm sabitlik yaradan Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da ciddi addımlar atdı, atəşkəsə nail oldu. Bunlar çox çətin və məsuliyyətli işlər idi. Corc Buş, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və digər dövlət başçıları Heydər Əliyev liderliyinin danılmazlığını qeyd edərək, onun müdrik kəlamlarına daim diqqət yetirirdilər, onu siyasi nəhəng adlandırırdılar. Bil Klinton Qafqaz regionunda və Mərkəzi Asiyada sülhünsabitliyin bərqərar olunmasında Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edirdi. Həqiqətən, dünya bazarlarına Xəzərin zəngin resurslarının alternativ yollarla çıxarılması Heydər Əliyevin liderlik xüsusiyyətlərinin bariz nümunəsi oldu. Bu qeyri-adi şəxsiyyət qətiyyətliyi ilə yanaşı, müdrikliyi, cəsarəti, uzaqgörənliyi və siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, nüfuzu ilə xüsusi seçilirdi.

Nursultan Nazarbayevin sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinə gələcək nəsillər daha geniş qiymət verəcək. Bu, bir həqiqətdir. Onun aydın, ardıcıl siyasəti və mövqeyi bir çox siyasi xadimlər üçün böyük məktəb və nümunə olub. Heydər Əliyev fenomeninin Qafqazın və Azərbaycanın azadlığında rolu danılmazdır. O, bənzərsiz şəxsiyyət idi.

Həqiqətən, Azərbaycan Heydər Əliyev fenomeni, güclü şəxsiyyət amili olmadan bu uğurları qazana bilməzdi. Belə dahi insanlar yüzilliklər keçdikcə meydana gəlirlər. Parlaq, maraqlı, dünya miqyaslı liderlərdən biri olan Heydər Əliyev Azərbaycan xalqının fəxridir. Onda olan xüsusiyyətlər məhz böyük dövlət adamlarına xas olan xüsusiyyətlərdir. O, bir çox nəsillər üçün önəmli olan layihələrə imza atdı. Tarixi imkandanşansdan istifadə edərək Böyük İpək Yolunu bərpa etdi.

Ulu Öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inametibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının çalarları idi.

Azərbaycançılıq prinsipi - bu prinsip bütövlükdə Heydər Əliyev ideologiyasının ana xəttini təşkil edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda, Azərbaycanda yaşayan hər bir vətəndaşın dövlətə, xalqa bağlılığını zəruri edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər edir. Qanunçuluq prinsipi - qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir. Varislik prinsipi - burada söhbət siyasətin varisliyindən gedir. Belə ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən böyük siyasət davamlı olmalıdır. Konstruktiv əməkdaşlıq prinsipi - bu prinsip vətəndaş həmrəyliyini özündə əks etdirir. Vətəndaş həmrəyliyi dünən də lazım idi, bu gün də lazımdır, sabah da lazım olacaq. Çünki istənilən cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, buya digər məsələdə fikir ayrılığı ola bilər. Bu mübarizə konstruktiv şəkildə, qanun çərçivəsində getməlidir. Bu mübarizə, eyni zamanda, vətəndaş həmrəyliyində özünü büruzə verməlidir. Bir-birinə əks ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə ölkəmizin maraqları naminə birləşməli, vətəndaş sülhünü, həmrəyliyini qorumalıdırlar. Bu prinsip daim Heydər Əliyev tərəfindən qorunub.

Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan Ulu Öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kinoteatr sənəti dünya şöhrəti qazanıb. Bütün bunlar Heydər Əliyevi dünya şöhrətli lider, dünya miqyasında tanınmış siyasətçi, nadir dövlət xadimi kimi xarakterizə edir.

Ulu Öndəri gələcəyin yolunu işıqlandıran çevik insan adlandırmaq olar, onun təcrübəsi və idarəçilik məktəbi həmişə aktual olacaq. “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - sözləri bu böyük şəxsiyyətin və böyük insanın torpağına, Vətəninə və xalqına bağlılığını bir daha təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu siyasət bu gün uğurla davam etdirilir. Azərbaycanın nüfuzu artır. Böyük quruculuq işlərindən danışarkən Heydər Əliyev Fondununonun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu xüsusi qeyd olunmalıdır.

İnsanlar var ki, onlar tarix yaradırlar. Heydər Əliyev belə insanlardan idi. Heydər Əliyevin həyat fəaliyyəti çoxlarına məlumdur. Lakin onun həyat yolunun dərindən hərtərəfli öyrənilməsi bizim gələcək inkişafımızı müəyyən edir.

 

Vüqar Seyidov

 

Hərbi And.- 2019.- 31 yanvar.- S.9.