Ağrılarına sığınıb yaşayan yazıçı -Sabir Əhmədli

 

Nəhayət, yazıçının sağlığında çap olunan “Ömür urası” romanı. Bu məqama diqqət edək: son kitab “Axirət sevdası” (2003), son əsər isə “Ömür urası” (2000-2001)! “Ömür urası” Sabir Əhmədlinin həyat, ruhlar aləmi, iki dünya ilə bağlı narahat düşüncələrinin mətnləşdiyi son ünvandır. Bu həm də yazıçının özünün gəlib çatdığı, nəfəs dərdiyi son duracaqdır- ömür urasıdır. Necə ki, əsərin əvvəlində yazır:

 

Bağlar sovulanda yığılan bara el arasında “peşxudr” deyirlər. Biçilmiş zəmidən düşən tək-tük sünbülbaşaq” adlanır. Bostan, dirrikdən qalma son məhsulsa “ura”dır. Məsəl var: “Gedər bostan urası, qalar üzün qarası.”

 

İnsan ömrünün sovulan çağına daura” söyləmək olar. Oxuculara çatdırılan bu romansa yazıçı ömrünün son yetirməsi – “ura”dır. Bundan sonra yazsa, həmin ad altında gedəcək”.

 

Bu əsər Qarabağ mövzusuna həsr olunub. Yazıçı son günlərinə qədər itki ilə barışa bilmir: qardaş, oğul, dost, torpaq itkisinin hər biri yazıçının qəlbində izini qoyur. Yeddi il keçmişdi. Günə çevir bu yeddi ili, gör neçə gecə-gündüz eləyir. Onun hər anı ürəkağrısı, af-ufla doluydu”, - yazır əsərində. Burada da müharibənin insan psixologiyasına vurduğu zərbələr, yurdunun talanmasına biganələşən, doğma ocaqlarını qaytarmaq üçün tərpəniş göstərməyən insanlar, düşmən əməllərinin önündə unutqanlığımız əsas qınaq predmetnə çevrilir. Bəzi hallarda yazıçı qələmi daha dərin məqamlara işləyir, ziddiyyətlərə tuşlanır, oxucunu amansız gerçəklərlə üz-üzə qoyurdu. Məsələn, paytaxtda boş gördükləri şəhər evlərinə qanunsuz olaraq soxulan bununla erməni istilasını hansısa formada təkrarlayan qaçqınların əməllərini Sabir Əhmədli sərt üslub yalın dillə tənqid edirdi: “Yerli əhali illərdi Bakıda, Sumqayıtda ev növbəsinə dayanıb kooperativ mənzil tikintisini gözləyirdi: tikinti başa gəlsin, onlar mənzilsizlikdən qurtulub, rahat bir yaşayışa qovuşsunlar. Onların bu ümidini qaçqınlar büsbütün puç etmiş, zorla soxulmuşdular yarımçıq qalmış binalara, mənzillərə... Yurdu işğal edilmiş qaçqın, evsizlikdən əzab çəkəntavanasız yoxsulun göz dikdiyi mənzili zəbt etmişdi”.

 

Amma əsər büsbütün bu motivlər üzərində qurulmayıb. Ömür urasıSabir Əhmədlinin xəyallar aləminə virtual səyahətidir. Savaş bitmiş, Qarabağ azad olmuş, itirdiyimiz torpaqlar geri alınmış, qaçqınlar öz yurdlarına qayıtmışlar. Əsər Sabir Əhmədlinin həm xəyalının, həm gələcək arzularının təsviri, sabaha nikbin baxışı ilə qapanır.

 

Yazıçı Həmid Herisçinin fikrinə görə, “Bakı-Mincivan qatarı”nda Cəbrayıla gedib çıxan tənha müəllim obrazı Sabir Əhmədlinin özüdü”. Yolboyu trilogiyanın qəhrəmanı olan Kişi bir zaman müəllim işlədiyi yurdunun kənd-kənd, oba-oba sorağına çıxır. Ermənilərlə qonşuluqda yaşamalarını xatırlayır, işğala az qalmış tikdirdiyi evin izi ilə az qala hər dağın, daşın əvvəlki biçimini axtarır. Reallıqsa danılmazdır. Ermənilərin kənddə dağıtmadığı, viran qoymadığı heç qalmayıb. Evlər, muzeylər, tarixi abidələr, heykəllər, qəbirlər xarabazara çevrilib. Sabir Əhmədli sovet dövründə yanaşı, dinc şəraitdə birlikdə yaşadığımız erməni məsələsinə həssaslıqla yanaşır. Qeyd edək ki, yazıçı hələ 1984-cü ildə nəşr olunanGöy gümbəzkitabındakıQəribə səyyahlaradlı hekayəsindəQara limanı”, “Madğakimi sözlərlə Qarabağla bağlı müəyyən işarələr etmişdir. Bu artıq Sabir Əhmədli fəhminin gücü idi. İndi budur, illər ötmüş, “deyilənlər başa gəlmiş”dir. Yazıçı isə heç vəchlə olanlarla barışa bilmir: "Türk görəndə əsim-əsim əsən erməni gör bizi doğma yurddan qaçırtmış, yurd-yesir etmişdi: "Ara musurman! Yeddi ermənini bir dərədə tək görmüsən?” deyib ələ saldığımız, sarıdığımız erməni başımıza müsibətlər gətirdi! Qorxaq, quşürək sandığımız dığalar, haylar tarixboyu qədər uduzmuşdular, ki, hayıfları vardı bizdə, hamısını aldılar”...

 

Sabir Əhmədli qələminin həqiqətləri boyasız təqdim etmək səriştəsi burda da işə düşür. Yazıçı ittihamına tuş gələn yalnız erməni vəhşiliklərinin hüdudsuzluğu olmur, həm ermənilər gəlməmiş boşalmış yurdda, mahaldakı evlərin talan olması faktı mətnə gətirilir. Eyni zamanda, müharibə yaşanan bir dövrdə hökm sürən disharmoniya, ölkənin iki qütbündə ayrı atmosferin mövcudluğu, torpağı qorumaq əzmində birlik yarada bilməməyimiz, insanları düşmən önündə tərksilah, əliyalın buraxılması, üstəlik, müxtəlif dünya birliklərinin bu haqsızlığa göz yumması, erməni ilə olan birlikləri Kişinin düşüncələrindən keçən fikirlər qismində qərarlaşır: "Dünya ermənilərin mənafeyini güdür, bütün xaçpərəst aləmi, Avropa, Amerikada sakinləşmiş erməni diasporu onlara yardım edir, havadarlıq göstərirdi. Bizimkilərsə iqtidar-müxalifət cəbhəsinə bölünüb, bir-birilə çəkişir, öcəşir, bitib-tükənməz didişmədən qurtarıb, Qarabağın azadlığından ötrü görə bilmirdilər...”.

 

Bir əsərin bədii təsir gücü insan ağrısı həqiqətini meydana qoymaqdısaÖmür urasıromanında bu səviyyə yetərincə dolğun işlənib. Tehran Əlişanoğlu düz vurğulayır ki, “Sabir Əhmədli, tələb olunduğu tək, ədəbiyyatımızda ilk dəfə Qarabağ müharibəsi mövzusunu qlobal yanaşma müstəvisində çözməyə cəhd edir”. Tənqidçi əsaslandırır: “Romanda bir leytmotiv varİnsan! bu, təkcə əsas personajAzərbaycan Kişisinin simasında təcəssüm tapmaqla qalmır; yazıçı təfərrüatları, faktları, yaddaşdan bilavasitə lövhələri, epizodları, hadisələri danışdırmaqla geniş insan mənzərələri yaradır; eyni zamanda, antiinsani səhnələrə vurğu salır. S.Əhmədli insanlarımıza qarşı neçə-neçə erməni vəhşiliyinin konkret, faktiki təsvirini verərkən, sakit görünür; lakin bu, niyyəti duru bir qələmin toxdaqlığıdır, müharibəyə öz rəngində yanaşmaq gərəkdir: "Kişi öz həyətinə yaxınlaşmaqda özünə bununla təsəlli verirdi: erməni işğalçılarının törətdiyi bütün cinayətlər Nürinberqsayaq bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırdığı dinc əhali, körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası verilməliydi. Bağ-baxçalara amansızcasına divan tutmuş qəsbkarlardan məhv etdikləri bitkilərin qisası alınmalıdı”...

 

Romanda son səhnədə yurduna qayıtmış Kişi burada ilk xalçaçı qızlarla rastlaşır. Bu həm yurda bağlı olmağın təkrarsız milli çalarda ifadəsidir. Məhz xalça toxuyan qızların yurda ilk sahib çıxması! Amma onlar həm Kişinin şəhid olmuş oğlunun arzularının şahidləridir: “Kişi hal-əhval tutdu. Xalça Birliyinin başına gəldiyini soruşdu.

 

Qızın baxışları taxtapuşu sökülmüş alt-üst evin üst qatına dolandı. Pəncərələri çıxarılmış otağın önündə, eyvanın tavanına dikildi. O, köks ötürüb dedi:

 

- Sizin oğlunuzun başına gələni eşitdik... Murovda şəhid olub...

 

Qızı qəhər boğdu, kişi dilləndi:

 

- O, yayda buraya gəlir, evin işinə əl tuturdu.

 

Qız üst qatı, eyvanın tavanını göstərdi:

 

- Oranı rəngləyirdi. İşdən gedəndə görmüşdük. Anası çağırırdı: "Ehtiyatlı ol, yıxılarsan!” Bibisinin, sizin bacınızın toxumçuluq idarəsinə də baş çəkirdi... Bibisinə deyibmiş: "Mən xalçatoxuyan qız alacam!”

 

Kişi kəsik ağacların dibinə axan suya baxdı, dilləndi:

 

- Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər.

 

Xalçaçı qız üst qatdan gözünü yığıb, müəllimlə sağollaşıb, düzəldi yola”.

 

"Ömür urası” Avropa standartlı bir romandır, ... qaldırdığı yükün çəkisinə görə burda biz bəlkə bir onda çaşa bilərik ki, romanı Nobel mükafatçısı yox, Sabir Əhmədli yazmışdır. "Ömür urası”nda yazıçı lokal yozumları, yalançı pozaları qıraraq etnoqrafik, məişət, mənəviyyat, vətəndaşlıq, millət və ümumən insanlıq sırasından hadisələri və ziddiyyətləri ustalıqla bəşəri məzmuna yığa bilmiş; aya, olmadı elə oldu belə, kiminsə yanında gözüqıpıq görünməyimizdən qorxmamışdır. Romanın uğuru məhz ondadır ki, burda vətən hissi, vətənə, Vətən torpağına bağlılıq fərdi məzmununda qavranılır. Kişinin yurdla təması o qədər ibtidaieyni zamanda, düşüncəli, sivilizasiondur ki, istəsə də üçüncü bir kəsin bura girməyə yeri yoxdur...” (Tehran Əlişanoğlu).

 

Yazıçının ölümündən sonra işıq üzü görən, 80 illik yubileyinə həsr edilən "Yazılmayan yazı" müəllifin ən irihəcmli romanı kimi avtobioqrafik səciyyə daşıyır. Romanda müəllifin dünyaya göz açdığı Cəbrayıl rayonunun tarixi ilə bağlı faktlar, məktəb və tələbəlik illəri ilə bağlı xatirələri, Bakıya gəlişi, müəllim kimi rayonda çalışması, ədəbi mühitlə münasibətləri, Cənub mövzusu, çox sevdiyi Ziyarət dağı, “onun hər iki yanından Araza doğru uzanan qollar”, Qarabağ silsiləsi haqqında məlumat, nəsil şəcərəsi, ailə üzvləri, 20 yaşında müharibədə həlak olmuş qardaşı Cəmil Əhmədovun məzarını “Qardaşlıq qəbiristanlığı”ndan tapması və başqa bu kimi tərcümeyi-halının bir çox səhifələri əbədiləşib.

 

Tənqidçi Südabə Ağabalayevanın 1999-cu ildə yazdığı “Bu ömür deyilən bir kiçik möhnət” məqaləsində yazıçının ibrətli həyat yoluna aydın, dəqiq vurulmuş naxışlar yer alıb: “Yazıçı Sabir Əhmədli çox yollara yolçu olub, çox yerləri gəzib, amma onun ömründə getdiyi iki yol var ki.. Yolların biri Sabir Əhmədli qardaşı – Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun adına Polşa torpağına gedib. Şimali Qafqazdan Polşayadək vuruşub, Cəbrayıla heykəl olub “qayıdan” qardaşının qəbrini ziyarət edib.

 

On bir il əvvəl Sabir müəllim bir yola çıxdı. Məhəmmədi görməyə getdiyi yol labirint oldu, oğlunu soraqladığı yollar səmtini Bakıya yönəltdi... Yasamaldakı evin həyətində qurulmuş yas mağarında bitdi.. Burada Sabir müəllimin yolçuluğu başa çatdı. Bu yolun sonunda Sabir müəllimi Şəhid Atası adı gözləyirdi”.

 

Şəhid Atası! Azərbaycan nəsrinə qazandırdığı təkrarsız bədii örnəklərin müəllifi olmaqla bərabər Sabir Əhmədlinin ömrünün urasında qazandığı bu ad ona Tanrı tərəfindən verilmiş Seçilmişlik haqqının ən şərəflilərindəndir məncə.

 

Hərbi And.- 2020.- 7 avqust.- S.17.