Şuşanı
ailəsi ilə birlikdə gəzmək könüllü
döyüşlərə qatılan Elnurun ən böyük
arzusu idi
Şuşanı
ailəsi ilə birlikdə gəzmək 28 yaşlı şəhid
Elnur Həsənovun ən böyük arzusu idi. O, bunu görməsə
də, onun bu arzusu reallaşdı,
Şuşa düşmən
tapdağından azad oldu. İndi Şuşa mənzərəsini
seyr edib, onun havasını ciyərlərinə çəkən,
o torpaqlara ayaq basan hər kəs bunun şəhidlərimizin, qazilərimizin
qanı bahasına gerçəkləşdiyini anlayır.
Elnur Həsənov
Ağstafa şəhərində
doğulub boya-başa
çatıb. Yaxınları
onu təşkilatçı,
xeyirdən-şərdən qalmayan, istiqanlı və şirindil bir gənc kimi
xatırlayır. Tovuz
hadisələri başlayanda
o, adını könüllü
Səfərbərlik Xidmətinə
yazdırıb. Vətən
müharibəsinə isə
böyük ürəklə
qatılıb.
Atası deyir
ki, Elnur bir müddət döyüşlərə qatıldığını
gizli saxlayıb, onlara Gəncədə olduğunu deyib. Sonrada öyrəndik ki, əslində o döyüşlərdə iştirak
edirmiş. "Noyabrın
8-i günorta baş verən güclü atışmada Elnur başından və ayağından qəlpə
yarası alır və şəhid olur. Döyüş yoldaşları deyir ki, o, döyüşə
gülə-gülə gedirdi,
heç nədən qorxmurdu. Hədəfi isə çox gözəl nişan alırdı”.
Elnur son
nəfəsinə kimi
döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa
ətrafında döyüşlərdə
fəallıq göstərən
şəhidimiz düşmənə
sarsıdıcı zərbə
endirən əsgərlərimizdən
biri olub. Yaralı olduğu halda döyüşü davam etdirib.
Anası Nazilə
Həsənova Elnurla fəxr etdiyini deyir: "Bu gün hər bir şəhid, qazi anası övladı ilə fəxr edir. Ona görə ki, şəhidlərimizin,
qazilərimizin qanı
bahasına 30 ilə yaxın bir müddətdə işğal
altında olan vətən torpağını
düşməndən geri
aldıq. Təsəllimiz
odur ki, şəhidlərimizin qanı
yerdə qalmadı. Noyabrın 10-da gecə saat 3-də bildim ki, müharibə dayanıb. Sevincimdən bütün gecəni yatmadım. Heç bilmirdim ki, mənim
oğlum şəhid olub...”
Bacısı Gülnar da qardaşı ilə fəxr etdiyini söyləyib. Deyir ki, Elnuru işğalda
olan torpaqlarımız
həmişə narahat
edib. "Qardaşımla
fəxr edirəm, onunla qürur duyuram. Mənə çox gözəl qardaş olub. Mənim dayağım olub. Ən böyük
arzusu Şuşanın
azad edilməsi idi. Deyirdi Şuşa
azad olunsun, gedib orda istirahət
edərik, gəzərik...”
Elnur Həsənov 44 günlük
müharibədə sonadək
döyüşdü. "Dəmir yumruq” əməliyyatının iştirakçısı
oldu və qələbə günü
şəhidlik zirvəsinə
yüksəldi. İndi
onun xatirəsi doğmalarının deyil,
ümumilikdə xalqımızın
qəlbində əbədi
yaşayır.
Hərbi and.- 2020.- 25 dekabr -.S 18.