Super Güclərin yeni qlobal
silahlanma yarışı
Son onilliklərdə internetdən istifadənin
artması, xüsusilə də son zamanlarda smartfonlar və
sosial şəbəkələr, bəzi şirkət istifadəçiləri
üçün insan fəaliyyətinin və kommersiya xidmətlərinin
artan müxtəlifliyi haqqında məlumat toplamaq
üçün böyük platformalara çevrilib. Bu, eyni zamanda “spam
e-poçtu”ndan fotoşəkillərə, trafik nümunələrinə,
tanışlıqlara, alış-verişlərə və
seçici davranışlarına qədər hər şeyin
bir çox real dünyaya aid nümunələrini
özündə cəmləşdirən “big data”nın
kütləvi artımını nəzərdə tutur ki,
hazırda asanlıqla neyron şəbəkələrini
öyrətmək üçün istifadə edilə bilər.
İqtisadi səmərəliliyin
artırılması üçün bu məlumatlardan istifadənin
potensial imkanları böyükdür və bir çox tərəflər
bunun üçün kapital qoymağın yeni yollarını
- iqtisadi, siyasi və ya digər şəkildə tapmaqda
maraqlıdırlar.
Süni Zəka və “Dərin öyrənmə”
faydalı nümunələri axtaran məlumat
bazalarını öyrənmək üçün
ixtisaslı statistiklərin və analitiklərin əməyini
tələb etməkdən fərqli olaraq, bunu
avtomatlaşdırılmış və ölçülə
bilən bir şəkildə etməyin vasitələrini təklif
edir. “Dərin öyrənmə”, xüsusən insan
mühəndislərinin müəyyən bir problem sahəsinin
detallı quruluşunu həqiqətən müəyyənləşdirməsini
tələb etmədiyi müddətdə xüsusilə cəlbedicidir,
mühəndislər kifayət qədər dərin neyron
şəbəkəsinə və kifayət qədər
geniş məlumat bazasına sahib olduqları müddətdə
bəzi yaxşı nəticələr əldə edəcəklər.
Beləliklə, Süni Zəka ətrafındakı
hazırkı təbliğatın, səs-küyün əksəriyyəti
həqiqətən gizli nümunələri aşkar etmək,
səmərəliliyi optimallaşdırılmaq və bununla
da mənfəəti maksimuma çatdırmaq
üçün hər şeyə və hər şeyə
“Dərin öyrənmə” nin tətbiqi
ilə bağlıdır.
Səslə
tanınan şəxsi köməkçilər, pilotsuz
uçuş aparatları, avtonom maşınlar və hətta
özəl kosmik uçuş kimi ictimai təsəvvürü
özündə cəmləşdirən digər yeni
texnologiyalar, həmçinin hesablama, miniatürləşmə,
elektron komponentlərdə miqyas iqtisadiyyatı və əlbəttə
ki, maşın öyrənmə texnikalarındakı son
inkişaflara da diqqət çəkir.
Bunlar
kifayət qədər uğurlu olsa da, hələ də
ictimai həyatda qatar, telefon, işıq
lampası, təyyarə, televizor və ya internet istiqamətində
inqilab etməyiblər. Buna baxmayaraq, Süni Zəkaya
dəstək verən bu texnologiyalar gələcək Süni
Zəka tətbiqlərinin vəd edilən gücünün mədəni
simvolu olaraq qalır. İnformasiya iqtisadiyyatının
hazırkı vəziyyətini nəzərə alaraq “Dərin
öyrənmə”, görünür, böyük gəlirlər
vəd edir və milli dövlətlər sahə və
sektorların geniş diapazonunda əldə olunan mənfəətə,
həmçinin dünya bazarlarında iqtisadi rəqabət
gücü üzərindəki potensial təsirlərə
diqqət göstərməkdə haqlıdırlar. Silahlanma yarışının və Süni Zəkanın
bu müxtəlif anlayışlarını nəzərə
alaraq, biz indi “Süni Zəka ilə bağlı silahlanma
yarışı” üçün ən yaxşı namizədlərin
bir neçəsinə müraciət edəcəyik. Yenə də fikrimizcə, bu fikirlərin hər biri
doğru və ya yanlış olaraq, Süni Zəka ilə
bağlı silahlanma yarışının nə demək
olduğunu ictimaiyyətə qismən çatdırır.
Onların təfsirindən sonra onların
bir-biri ilə münasibətlərinə və onlarla səmərəli
şəkildə nə edilə biləcəyini nəzərdən
keçirəcəyik.
Sünə
Zəka ilə bağlı silah yarışı, əslində,
iqtisadi bir yarışdır
Ən bacarıqlı Süni Zəkanı inkişaf
etdirməklə bazarları, istifadəçiləri, məlumatları
və müştəriləri ələ keçirib, bunu
iqtisadi dominantlığa çevirmək fikri, yəqin ki, ifadənin
ən açıq təfsiridir. Həqiqətən də, “Amazon”,
“Microsoft” ilə birlikdə “Google”, “Apple” və “Facebook” kimi
Silikon Vadisi şirkətləri arasındakı mövcud
iqtisadi rəqabət, Süni Zəka texnologiyalarını
inkişaf etdirmək və Süni Zəka imkanlarını
yalnız “silah yarışı” olaraq dəyərləndirmək
üçün nəzərdən keçirilə bilər. Təbii ki, bu, rəqiblərin həqiqətən
silah yaratmadığı və ya silahlı qarşıdurmaya
girmədyi müddətcə, bu, obrazlı və ya məcazi
bir “silahlanma yarışı” mənasındadır.
Rəqabət satış bazarları və mənfəət
üçün aparılır, rəqiblər isə əsasən
bir ölkədə yerləşən şirkətlərdir. Bu şirkətlər
müəyyən bir və ya bir neçə texnologiyanı
inkişaf etdirmək və tətbiq etmək qabiliyyətini
biznesin müvəffəqiyyəti üçün kritik dərəcədə
əhəmiyyətli hesab edirlər, bununla da texnoloji
yarış davam edir.
Buna müxtəlif ölkələrin texnoloji şirkətləri
arasında rəqabət kimi baxmaq olar. Çin və
ABŞ-da dil maneələri və böyük təhlükəsizlik
divarı ayrı-ayrı internet ekosistemləri yaratdıqca, bu
şirkətlər əsasən öz ölkələrində
müştərilər üçün bir-biri ilə rəqabət
aparırlar. Bununla yanaşı, Amerika və
Çin şirkətləri Asiya, Afrika və Cənubi
Amerikada yeni internet istifadəçilərinin cəlb edilməsi
üçün birbaşa rəqabət aparırlar. Dünyada ildən-ilə daha çox insan internetə
daxil olduğundan dünyanın hər yerindən bu və ya digər
rəqəmsal təsir sahəsinə yeni istifadəçilərin
cəlb edilməsi üçün rəqabət mövcuddur.
Bu, yalnız satış və ya istifadəçilər
üçün deyil, ilk növbədə onların məlumatları
üzərində rəqabətdir. Süni
Zəka ətrafındakı hazırkı səs-küy, əslində,
böyük məlumatların toplanması və istifadəsi
ilə bağlı olduğundan, əsl qlobal rəqabət
dünya məlumatlarının əldə edilməsindən
ibarətdir. Bu, əsasən istifadəçi
məlumatları deməkdir. Əgər məlumatlar
yeni neft mənbələri ilə bağlıdırsa, istifadəçilər
və onların məlumatları üçün bu qlobal rəqabət
də gələcək qlobal iqtisadiyyatda əsas resurs üzərində
nəzarət etmək üçün dövlətlər
arasında strateji rəqabətə çevrilir.
Amerika internet şirkətləri və onların
çinli rəqiblərinin bazarda qlobal nüfuz və
dominantlıq uğrunda rəqabət apardıqlarını
görmək elə də çətin deyil.
“Baidu”, “Alibaba”, “JD.com” və
“Tencent” kimi Çin şirkətləri çox sayda istifadəçi
və onların məlumatlarını əldə etmək
üçün eyni texnoloji rəqabətdə iştirak edir
və bu məlumatları “Amazon”, “Microsoft” və “Google” kimi iqtisadi
üstünlük əldə etmək üçün
Süni Zəkadan istifadə etməklə tətbiq etməyə
çalışırlar. Rusiyada ictimaiyyət
ABŞ-ın “Facebook”, “Twitter” və “Instagram” kimi
platformaları ilə yanaşı, əsasən, “VK.com”,
“OK.ru” və “Rutube.ru” kimi sosial media platformalarından istifadə
edir. Əgər biz həqiqətən də kapitalizmin yeni bir
dövründəyiksə, o zaman böyük güclər əsas
platforma olmaq və dünya miqyasında istifadəçilərin
bazar paylarını ələ keçirməklə fərdi
məlumatlara daxil olmaq üçün rəqabət
aparırlar. Burada, “böyük güclərin”
- XVII əsrdə Hollandiyanın “Ost-Hind” şirkəti və
Hollandiya ordusunda olduğu kimi - uyğunlaşdırılan
texnoloji şirkətləri, yoxsa milli-dövlətlər
olub-olmadığını müzakirə edə bilərik.
Əgər Süni Zəka toplanmış bütün məlumatların
dəyəri və təsirini artıran bir
texnologiyadırsa, şübhəsiz ki, o, bu böyük rəqabətin
ayrılmaz bir hissəsi və bu rəqabətdə
dayanmağın metaforasıdır.
Lakin hərbi məcaz yalnız buraya qədər
gedir. Ölkələr və şirkətlər əbədi
iqtisadi rəqabət içərisindədirlər, bəzən
iqtisadi maraqlarını qorumaq üçün hərbi
güc tətbiq edirlər. Süni Zəka tədqiqatının
xarakterini nəzərdən keçirdikdə, müharibə
metaforası daha da məhv olur. Əsas Süni Zəka tədqiqatındakı
irəliləyişlərin əksəriyyəti hələ də
ilk növbədə akademiyalarda baş verir, konfranslar və
akademik jurnallarda paylaşılır. Əlbəttə ki, Süni
Zəka tətbiqlərində ən böyük irəliləyişlər
əsasən məlumatları saxladıqları
üçün şirkətlər və bəzi hökumət
tədqiqat laboratoriyalarında baş verir. Hətta
böyük korporativ oyunçular Süni Zəka
metodlarının, alqoritmlərin, standart məlumat dəstləri
və qabaqcıl təcrübələrin geniş
yayılmasına kömək etmək üçün
Süni Zəka və Açıq Süni Zəka üzrə
tərəfdaşlıq kimi qurumlar yaratdılar. Beləliklə,
hər hansı bir ölkənin və ya şirkətin
çox uzun müddət ərzində texnoloji irəliləyiş
sayəsində əhəmiyyətli bir üstünlük təmin
edəcəyi ehtimalı azdır. Biznes baxımından, bu
cür yeniliklər bazar payının ələ keçirilməsinə,
marka sadiqliyinə və uzunmüddətli üstünlüklərə
malik şəbəkə təsirlərinə səbəb ola
bilər. Lakin bunlar başqalarının oxşar məhsul və
texnologiyalarla rəqabət aparmasına mane olmur. Daha çox Süni Zəka müəssisələrini
təşviq edən, daha çox Süni Zəka tədqiqatçıları
yetişdirən və öyrədən, əsas elm və tətbiq
edilən ictimai işlərə daha çox sərmayə
qoyan ölkələr, qaçılmaz olaraq ən
yaxşı Süni Zəkaya sahib olacaq və ondan daha
çox əhəmiyyətli fayda əldə edən ölkələrə
çevriləcəklər.
Süni Zəka ilə bağlı silahlanma
yarışı texniki üstünlük üçün bir
vasitədir
Süni Zəka silah yarışını nəzərdən
keçirmək üçün başqa bir yol bizim nəslin
kosmik yarışıdır. ABŞ və SSRİ arasında
soyuq müharibə yalnız real vəkalət (proxy)
müharibələrində deyil, simvolik vəkalət
müharibələrində də özünü göstərdi.
Soyuq müharibə dövründə şahmat
çempionatlarından tutmuş Olimpiya hokkeyinə qədər
simvolik vəkalət müharibələrini tapmaq
üçün çox da uzağa baxmaq lazım deyil. Bunlardan ən möhtəşəmi hər iki
ölkənin peyk və insanları kosmosa
çıxarmağı, Aya çatmağı, planetləri
və dərin kosmosu araşdırmağı hədəflədiyi
kosmik yarış idi. Əlbəttə ki, kosmik
yarışın gedişində işlənib
hazırlanmış texnologiyaların bir çoxu - qitələrarası
ballistik raketlərdən tutmuş, supersəs təyyarələrə,
casus peyklərə və telekommunikasiya peyklərinə, eləcə
də bir çox qabaqcıl sensor texnologiyalara qədər -
birbaşa hərbi tətbiqlərə malik idi. Ancaq bunlar,
ehtimal ki, kosmik yarışın dəyəri və
tamaşası olmadan hazırlana bilərdi. Bu tamaşa
tamaşaçıların təxəyyülünü heyran
qoymalı və rəqiblər üzərində texniki
üstünlüyü nümayiş etdirməli idi. Belə
ki, bu, texnoloji yenilik sayəsində böyük dərəcədə
mədəni bir döyüş idi.
Süni Zəka ilə
bağlı silahlanma yarışı dünyanın ən
böyük texniki bacarıqlara malik olduğunu və hansı
ölkənin texnoloji (və iqtisadi) gələcəyin əsas
sahibi olduğunu inandırmaq üçün mədəni bir
döyüş olduğundan, bu uyğun bir analogiyadır.
Əlbəttə ki, kosmik yarış kimi, Süni Zəka
silahlanma yarışının mədəni-simvolik aspekti,
Süni Zəkanın iqtisadi və hərbi rəqabətin
daha ənənəvi formalarına tətbiqini istisna etmir. Həqiqətən,
belə bir Süni Zəka silah yarışı, çox
güman ki, kosmik yarışa dövlət sərmayələrini
stimullaşdıran ikitərəfli istifadə qabiliyyətinə
və tətbiqlərə ehtiyac duyacaq.
ABŞ İkinci Dünya
müharibəsindən etibarən müxtəlif
ölçülərdə digər ölkələrlə
texnoloji rəqabət qabiliyyətindən də narahatdır.
1980-ci illərdə Yaponiya sənayesinin məhsuldarlığı
və keyfiyyətinin ABŞ-ı o qədər
qabaqlamasından böyük narahatlıq vardı ki, bu da
böyük iqtisadi nəticələrə gətirib
çıxaracaqdı. Buna xüsusi texnologiyalarda-avtomobillərdən
məişət elektronikasına, mikroçiplərdən
5-ci nəsil hesablamalarına qədər uduzmaq qorxusu da əlavə
olunurdu. Bu gün də, ABŞ-ın rəqabət qabiliyyətliliyinə
5-ci nəsil mobil şəbəkə və daha az dərəcədə
günəş və yaşıl enerji texnologiyaları sahəsində
analoji narahatlıqlar qalmaqdadır. Belə ritorika özəl
kapitalın və şirkətlərin səfərbərliyinin,
həmçinin strateji sahələrə maraq və
investisiyaların stimullaşdırılmasının
qaçılmaz bir hissəsi kimi təqdim olunur.
Bununla belə, bu cür yarışları
“itirmək” üçün qlobal strateji xərclər hərbi
deyil, əsasən iqtisadi və siyasi xərclərdir. Nəticədə,
bu cür rəmzi mədəni yarışda müzakirə
mövzusu nüfuz, hiss olunan güc və təsirdir ki, bunlar
da maddi xarakter daşımır. Millətin texnoloji
ustalığa, hörmət və nüfuza malik olması kimi
ümumi qavranılması real siyasi təsirə malikdir, lakin
onu ölçmək və ya müşahidə etmək
çətindir. Ancaq iqtisadi Süni Zəka rəqabəti,
hərbi tətbiqlərə birbaşa tətbiq edildiyi və
ya ənənəvi hərbi quruluşlara iqtisadi dəstək
təmin edən hallar istisna olmaqla, hərbi əmliyyatlar, silah
və ya hərbi münaqişə ilə çox az əlaqəlidir.
Dəyanət
Ağalarl
Hərbi And .- 2020 .- 11dekabr – S.19.