Mükəmməl əsgər üçün mükəmməl texnologiya

 

Daha çox mürəkkəbləşən döyüş məkanı bölmələr qarşısında daha çox yeni taktiki tələblər irəli sürür, silahlı qüvvələr və hərbi sənaye kompleksi isə əhəmiyyətli döyüş imkanlarına malik bərabər səviyyəli rəqiblər üzərində taktiki üstünlüyü təmin edəcək yeni nəsil texnologiyaları inkişaf etdirməyə çalışır.

Yeni nəsil texnologiyalar, müasir əsgərə əməliyyat imkanlarının bütün spektrini həyata keçirməyə imkan verəcək ən effektiv vasitələrlə təmin edilməsinə yönəlir. Bu məqsədlə davamlı olaraq bütün taktiki səviyyələrdə atəş gücü, həyatda sağ qalma və dəqiqliyin optimallaşdırılması tədbirləri araşdırılır.

Bu texnologiyaların siyahısı, müasir əsgərə düşən fiziki yükü azaltmağa xidmət edən rabitə sitemlərindən və son istifadəçi cihazlarından tutmuş aşkaretmə və ələkeçirmə sistemlərinin avtonom dəstək nəqliyyat vasitələrinə qədər genişdir.

Müasir əsgər üçün döyüş üstünlüyü

NATO doktrinasına görə müasir əməliyyat məkanı "mürəkkəb şəraitdə kompleks konfliktlərin bütün səviyyəsini, o cümlədən informasiyanın silah kimi istifadə edilidiyi mübahisəli dəniz məkanlarını" nəzərdə tutur. Müasir silahlı qüvvələr, Çin, İran, Şimali Koreya və Rusiya kimi bir çox sahələrdə öz qabiliyyətlərini artırmaqda davam edən bərabər və güclü rəqiblərlə üz-üzədir. Nəticədə, silahlı qüvvələr yalnız ənənəvi və mövcud təhdidlərə qarşı mübarizə aparmaqla kifayətlənməməli, eyni zamanda həm hibrid döyüş əməliyyatlarının yaratdığı yeni təhlükələrə, həm də kinetik və qeyri-kinetik vasitələrə qarşı fəaliyyətə hazır olmalıdırlar.

Bu təhdidlər, quru qoşunlarının birləşmələrində və xüsusi əməliyyat qüvvələrində ciddi narahatlıqlar yaradır. Lakin, burada məsələnin həlli yalnız silah, avadanlıq və proqramların təkmilləşdirilməsindən ibarət deyil, həm də döyüş əməliyyatlarının aparılması metodlarını və taktiki tətbiq prinsiplərinin inkişaf etdirilməsini də əhatə edir.

Bütün bu imkanlar məlumat və kibernetika sahələrində, eləcə də radioelektron mübarizə sahəsindəki təhdidlərə qarşı geniş mübarizə aparmaq və döyüş qruplarını kompleks imkanlarla təmin etmək üçün birləşdirilməlidir.

Məsələn, Rusiya Silahlı Qüvvələri hazırda "Yeni Nəsil Müharibə" (hibrid müharibənin versiyası) konsepsiyasını uğurla tətbiq edir. Ukraynada və Suriyadakı hərbi əməliyyatlar zamanı quru qoşunlarının ön birləşmələri diqqətlə hazırlanan informasiya əməliyyatları ilə dəstəkləndi.

Məhz bu aktiv fəaliyyətlər bir çox ölkə ordularını yeni texnologiyalar yaradaraq fəaliyyət zonasında GPS peyk siqnallarının və digər rabitə siqnallarının söndürüldüyü şəraitdə müəyyən zonalara "girişi qadağan etmək və ya bloklamaq" kimi tapşırıqları yerinə yetirə bilən, bölüyə qədər kiçik döyüş qruplarının yaradılmasına və dəstəklənməsinə səbəb oldu.

Şərqi Avropada, xüsusilə Ukraynadakı döyüş təcrübəsi Rusiya qüvvələrinin yaxınlıqda fəaliyyət göstərən koalisiya qüvvələrinin rabitə şəbəkələrində müxtəlif problemlər yaşandığını da göstərdi.

Ukraynanın Böyük Britaniyadakı hərbi attaşesi bildirib ki, radioelektron müharibə Şərqi Ukraynada fəaliyyət göstərən qüvvələr üçün "cazibədar" bir seçim olaraq qalır.

"REM izlənməsi olduqca çətin olan yüksək keyfiyyətli qeyri-kinetik hücum versiyasıdır. Regionda koalisiya qüvvələri çox yaxşı bilir ki, ultra yüksək və çox yüksək dalğalı rabitə vasitələrinin və GSM şəbəkələrinin basdırılması nə deməkdir", - deyə attaşe bildirib.

Məsələn, naməlum səbəblərə görə, "radiomübadilə birdən dayanır", eyni zamanda müntəzəm olaraq GPS siqnallarına əsaslanan PUA və digər yerüstü mobil robotların fəaliyyəti pozulur.

Almaniyada keçirilən təlimlər zamanı 173-cü hava desant briqadasının taqım komandiri son istifadəçi cihazından (planşetdən) və taktiki şəbəkədən istifadə edərək məlumat ötürür

"Getac" şirkətinin nümayəndəsi Cekson Uaytın sözlərinə görə, silahlı qüvvələr daha çox resurslarını "Assimmetrik mübarizə və rəqəmsallaşdırma strategiyasını" dəstəkləmək üçün C4ISTAR (Command, Control, Communications & Computers Intelligence, Surveillance, Target Acquisition & Reconnaissance — Komandanlıq, İdarəetmə, Rabitə, Kompüter, Kəşfiyyat, Məlumat Toplanması, Müşahidə və Hədəf Göstərmə) texnologiyasına yatırırlar. Məsələn, Uayt, şirkətin 2017-ci ildə hazırladığı server və X500 noutbukunu, həmçinin yeni son istifadəçi cihazı olan sərtləşdirilən MX50 planşetini göstərdi.

Bu 15 düymlük planşet real vəziyyətdə məlumatların, üçölçülü xəritəçəkmə və digər əməliyyat idarəetmə proqramlarının böyük həcmdə informasiyalarının mübadiləsini təmin edir.

Orta məktəb penalı ölçüsündə olan mobil qurğu müxtəlif platformadan alınan 6 TB məlumatı saxlaya bilir, onları emal edir və paylaşdırır, həmçinin mürəkkəb döyüş şəraitində əməliyyat sabitliyini təmin etmək üçün desant bölmələrini yerinə yetiriləcək tapşırıqlara uyğun vacib məlumat və analizlərlə təmin edir.

X500 planşeti, mövcud və gələcək C4ISTAR şəbəkələrinə inteqrasiya etməyə imkan verən ümumi baza arxitekturası (Generic Base Architecture) ilə xarakterizə olunur. Cihaz data qorunmasını, autentifikasiyanı və fiziki cəhətdən təhlükəsiz başlanğıcı təmin edən "Windows 10" əməliyyat sistemi üzərindən çalışır. Planşet düşmən əlinə keçdikdə isə "Mobile Device Management" proqram təminatı vasitəsindən istifadə edərək uzaq məsafədən məhv edilə bilir.

Ən aşağı eşalondakı hərbçilər "Getac MX500" daxil olmaqla, smartfonlar və planşetlərdən geniş şəkildə istifadə edir

Bağlantıdan imtina edilir

Gərgin əməliyyat mühitindəki döyüşlər zamanı təhlükəsiz informasiya mübadiləsinə tələbat cari və gələcək vəzifələri səmərəli yerinə yetirmək istəyən silahlı qüvvələr üçün ən mühüm və zəruri şərt olaraq qalır.

Bəzi ekspertlərin fikrincə, növbəti rabitə nəslinə aid olacaq sistemlər yalnız radiomaneələrdən mühafizə olunmamalıdır, həmçinin C4ISTAR texnologiyasının bütün imkanlarından yararlanmağa şərait yaradan yüksək sürətli informasiya mübadiləsini təmin etməlidir.

Bu tip tələbatlar yeni nəsil proqramlaşdırıla bilən radiostansiyaların yaranmasına və yayılmasına gətirib çıxardı. Onlar bir çox xüsusi rabitə protokollarını qəbul edərək ən çətin şəraitdə belə əlaqə yarada bilirlər.

Bundan əlavə, daha çox inkişaf etmiş silahlı qüvvələr öz təsirlərini genişləndirməyə və qlobal əməkdaşlıq əlaqələri qurmağa çalışırlar. Bundan ötrü Qərb ordularının proqramlaşdırılmış radio sistemlərinə və taktiki radiostansiyalarına sahib olmayan yerli müttəfiqlər ilə rabitə sistemlərinin yüksək səviyyəli qarşılıqlı əlaqəsinin yaradılması tələb olunur.

ABŞ-ın 1-ci dəniz piyada diviziyasından Maykl Makferron kiçik döyüş qruplarının idarə olunmasının təkmilləşdirilməsini və yeni rabitə vasitələri ilə təminatının zərurətini qeyd etməklə xəbərdarlıq edir: "Biz göndərdiyimiz siqnalları və elektromaqnit maneələri nəzərə almalıyıq. Əgər siqnallarınız şüalanarsa, siz ölüsünüz".

MANET (Mobil Ad Hoc Network) - mobil cihazlardan ibarət naqilsiz və mərkəzsiz, özünü təşkil edən şəbəkələrdir. Hər bir belə qurğu müstəqil olaraq istənilən istiqamətdə hərəkət edə bilər, qonşuları ilə əlaqələri qısa müddətdə yaradar və ya kəsə bilər.

Peyk qruplarına asılı olmayan bu cür şəbəkələr getdikcə populyarlaşır. Bu texnologiya yavaş-yavaş piyada bölmələrində və xüsusi əməliyyat qüvvələrində yayılaraq şəxsi heyəti müdaxilələrə davamlı və özünü bərpa edən ünsiyyət vasitələri ilə təmin edir.

"Silvus Technologies" şirkətindən Cimi Henderson, müasir əməliyyat məkanının yeni tələblərinə fərqli münasibət bəsləyir. Onlar döyüş zamanı rəqib ilə birbaşa təmasda olan piyada və xüsusi təyinatlılara, həmçinin PUA və ya yerüstü mobil robotlara radio kanalların yüksək ehtimalla boğulacağı şəraitdə fəaliyyət göstərmək imkanlarını nəzərdə tuturlar.

Məsələn, şəxsi heyətin və məsafədən idarə edilən sistemlərin radiomaneələrə qarşı imkanları eyni fiziki cihazda iki radio tezlik diapazonunu (məsələn 2 və 4 GHz) dəstəkləyən iki diapazonlu radiostansiyalardan istifadə sayəsində artır. Hendersonun sözlərinə görə, bu metod müasir bir əsgərə aparatların təkmilləşdirilməsinə ehtiyac olmadan müdaxilə mənbələrinin qarşısını almaq üçün alternativ tezliklər arasında tez və asanlıqla keçidlər etməyə imkan verir.

Henderson ayrıca olaraq qeyd edib ki, taktiki radio sistemlər birbaşa rabitə xəttinin asanlıqla pozulmasına səbəb olan tunellərdə və digər yeraltı obyektlərdə də çalışmalıdır. Buna görə də operatorlar və pilotsuz vasitələr arasında birbaşa görüntü olmadan əlaqə saxlamaq imkanı kritik əməliyyat tələbi olaraq qalır.

Mürəkkəb şəhər şəraitində, bina və tunellərdə döyüşən bölmələr MANET və MIMO texnologiyalı cihazlardan istifadə edərkən "Streamcaster 4200" əl radiostansiyasının üstünlüklərindən yararlanırlar

Bu cür yeniliklərə "Silvus Technologies" radio şirkətnin "StreamCaster" ailəsi də daxildir. Stansiya əlavə opsiya olaraq 2x2 və 4x4 ötürücü istiqamət antenalar ilə təchizatı və müvafiq olaraq 2-3 dB və 5-6 dB siqnal gücləndirilməsini təmin edir.

"Buna görə də onlar abunəçilərin birbaşa görünüş əhatəsindən kənarda sürətlə hərəkət etdiyi ekstremal vəziyyətlər üçün daha uygun gəlir", - deyə Henderson bildirib.

MIMO (multiple-input multiple-output, yəni çox giriş - çox çıxış) texnologiyası ilə "Streamcaster 4200" 2x2 radiostansiyası piyada və xüsusi təyinatlı bölmələrə lazımı imkanları verə bilən və şirkətin potfelində mövcud olan ən kiçik cihazdır. 4 Vatt çıxış gücünə malik radiostansiya "güclü əl" versiyasında mövcuddur; onun boğulması ehtimalını "push-to-talk" rejimi (yalnız düymə basıldığında) və iki diapazonlu rabitə əlaqəsi təmin edir.

Hendersonun sözlərinə görə, "Streamcaster" radiostansiyaları bir şəbəkədə MANET-in 380-ə qədər qovşağını dəstəkləyə bilər. Bu sistem, GPS və ümumiyyətlə peyk rabitəsindən mümkün asılılığı tam azaldaraq, avtomatik rejimdə bir qovşağın siqnallarının digərinə daha səmərəli şəkildə ötürülməsini təmin edir.

"Streamcaster 4200" həmçinin opsional olaraq xarici konnektor vasitəsilə Wi-Fi və GPS cihazlarına da qoşulur. Hər bir sistem daxili yaddaşda 128 GB qədər məlumat saxlaya bilər. Henderson belə radiostansiyalar şəbəkəsinin çox az gözləmə müddətində, orta hesabla 7 millisaniyə ərzində qovşaqarası bir məlumat köçürməsi yerinə yetirdiyini bildirir.

İstənilən ssenarilər üzrə döyüş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mövcud tələblərə uyğun olaraq, bazarda silahlı qüvvələr üçün daha çox ixtisaslaşdırılmış rabitənin C2D2E (Communications Degraded/ Communications Denied Environment - rabitə vasitələrinin çalışması üçün çətin şərait) tipli MANET-platformaları peyda olur.

Məsələn, 2017-ci ilin mayında SOFIC xüsusi qüvvələr konfransında təqdim edilən "TrellisWare Technologies" şirkətinin proqramlaşdırılabilən alternativ TW-950 "Shadow" radiostansiyası buna misal ola bilər.

"Streamcaster" kimi, "Shadow" əl radiostansiyası geniş yayılmış radiotezlik diapazonunda fəaliyyət göstərə bilər. "TrellisWare Technologies" şirkətinin əməkdaşı Mett Fellouza görə, bu yüksək data göndərilməsinə və yüksək qətnaməli video izləməyə imkan verir, eyni zamanda TSM-X patentli protokollarda çalışan fərqli qurğularla tam əməliyyat uyğunluğuna malikdir.

 

Hərbi And.- 2020.- 4 dekabr- S.18.