Super
silahlar: "Silah pul kimidir - heç kim
bilmir ki, nə qədər kifayət edəcək"
Elm və texnologiyanın inkişafına daim müdafiə
sənayesi tərəfindən ənənəvi və
mühüm töhfələr verilir. Hərbi sənaye layihələrinin
nəticələri həmişə mütəxəssislərin
diqqətini cəlb edir və ictimaiyyət üçün
müəyyən maraq doğurur.
Adından bəlli olduğu kimi bu yazıda müxtəlif
ölkələrdə qurulan silah və hərbi
texnikaların ən son nailiyyətləri təcəssüm
olunacaq.
Daha sürətli, daha yüksək, daha dəhşətli. Müharibə
üçün silahların inkişaf etdirilməsi
müzakirə mövzusu olduğunda, insan ağlı heç
bir məhdudiyyətə malik olmur. Hər
zaman bu və ya digər ordularda ciddi üstünlük saxlayan
və düşmən üçün heç bir şans
saxlamayan silahlar mövcud olub. Redaksiya
müxtəlif dövrlərin supergücünü nəzərdən
keçirmək niyyətindədir və bu məqalədə
müasir nümunələrə diqqət çəkir.
Ötən əsrin hadisələrini xatırlayaq. XX əsrdə
insanlıq bütün digər münaqişələrin cəmindən
daha çox insanı məhv edən iki dünya müharibəsini
yaşadı. Hərbi fəlakətlərdən
sonra sulhün bərqərar olunması ümidləri
özünü doğrultmadı. İkinci
Dünya müharibəsindən sonra "Soyuq müharibə"
başladı. ABŞ və SSRİ
bir-birinə düşmənçilik edirdilər, lakin onlar məsələni
açıq qarşıdurmaya gətirib
çıxarmırdılar. Eyni zamanda,
silahlanma yarışları və nüvə
qarşıdurmaları bir neçə dəfə
dünyanı fəlakətin bir addımlığına qədər
gətirib çıxardı. Sovet
İttifaqının dağılmasından sonra "Soyuq
müharibə" sona çatdı, lakin müxtəlif
bölgələrdə münaqişələr davam etdi.
Cari asimmetrik müharibələr də ordular
üçün yeni bir çağırışdır.
Aviadaşıyıcılar
Birinci Dünya Müharibəsi zamanı
aviadaşıyıcılar ilk dəfə dənizdə
döyüş vəzifələrinin icrasına
başladı.
İkinci Dünya Müharibəsi zamanı isə
artıq bu gəmilər strateji əhəmiyyətli bir amilə
çevrildi. Bu gün gövdəsində
minlərlə heyət üzvləriylə üzən hərbi
bazalar güc nümayişi üçün unikal bir vasitədir.
Amerika
aviadaşıyıcısı "USS Carl Winson" Sakit
okeanda
Birləşmiş Ştatlar, Böyük Britaniya və
Yaponiya aviadaşıyıcıların istismarına
başlayan ilk ölkələrdir. Əvvəllər gəmilərin
digər sinflərinin nümayəndələrinin
konstruksiyasında dəyişiklik etməklə
aviadaşıyıcılar yaradılırdı. 20-ci illərin əvvəllərində isə
xüsusi inşa edilən ilk aviadaşıyıcılar
ortaya çıxdı. Hitler Almaniyası
İkinci Dünya Müharibəsi başlamazdan əvvəl
aviadaşıyıcıların inşası
üçün planlar hazırladı. Onlar
"Qraf Zeppelin" kimi iki gəmi qurmaq istəyirdi, lakin
müharibə başlandıqdan dərhal sonra işlər
dayandırıldı.
Aviadaşıyıcılar İkinci Dünya Müharibəsində
ABŞ və Yaponiyanın mübarizə etdiyi Sakit okean
akvatoriyasında mühüm rol oynayırdı. Həmin
dövrün aviadaşıyıcıları müasirlərindən
çox fərqlənirdi. Beləliklə,
onlar yalnız birbaşa uçuş göyərtəsinə
sahib idi. Bir neçə təyyarənin
eyni vaxtda qalxmasını və enməsini təmin edən
künc göyərtələri daha sonra ortaya
çıxdı. Əhəmiyyətli
yeniliklərdən katapult və aerofinisləri qeyd etmək
olar.
Hazırda ən böyük aviadaşıyıcı
donanması Birləşmiş Ştatlarda mövcuddur. Onların
Donanmasında "Nimitz" layihəsinin 10
aviadaşıyıcı gəmisi var. 1976-cı ildən bəri
bu silsilənin adını daşıyan ilk
daşıyıcı istifadədədir. Bu,
layihənin ilk gəmiləri müəyyən dərəcədə
köhnəlib. Bu baxımdan növbəti
iki onillik ərzində, qədim
aviadaşıyıcıları "Gerald R. Ford" yeni gəmi
layihələri əvəz edəcək. Bu
növün əsas gəmisini artıq ABŞ Donanmasına təhvil
veriblər, ikisi isə tikinti mərhələsindədir.
Üçüncüsünün təməli
yaxın gələcəkdə qoyulacaq.
Rusiya
aviadaşıyıcısı/kreyser "Admiral Kuznetsov"
ABŞ-dan
başqa 12 ölkə: Misir, Avstraliya, Braziliya, Çin, Fransa,
Hindistan, İtaliya, Yaponiya, Rusiya, İspaniya, Cənubi Koreya,
Tayland, Türkiyə və Birləşmiş Krallıq bu tip
aviadaşıyıcılara malikdir. Rus
aviadaşıyıcısı sıradan çıxan ehtiyat
hissələrə görə texniki problemlərlə üzləşdi
və nəticədə yandı. Eyni
zamanda, Çin və Böyük Britaniya yüksək
imkanlara malik müasir gəmilər inşa edirlər.
Yüksək
dəqiqlikli sursatlar
Ağıllı
bombalar və mərmilər birbaşa hədəfi taparaq onu nişan almağa qadirdir. "RAND
Corporation" analitik mərkəzinin eksperti Corc Nakuzi hesab edir
ki, yüksək dəqiqlikli idarə olunan sursatlar
döyüş əməliyyatlarının xarakterini tamamilə
dəyişib. İkinci Dünya Müharibəsi
zamanı bir zavodu məhv etmək üçün orduya
yüzlərlə bomba lazım idi, lakin indi eyni problemi bir
neçə sursatla həll etmək mümkündür.
Ekspertlərin fikrincə, dəqiq silahların əsas
üstünlüklərindən biri mülki vətəndaşlar
arasında itkilərin və maddi ziyanın azalmasından ibarətdir. Bu
sursatların ən mühüm komponenti peyk naviqasiya tipli
GPS-dir.
Ekspertlərin sözlərinə görə, yerləşmə
nöqtəsini müəyyənləşdirmədən
müasir silahlar bu qədər effektiv olmayacaqdı.
Pilotsuz
Uçuş Aparatları
PUA-lar gələcək müharibələrin
aparılmasının əsas vasitələrindən biri hesab
olunur. Bu sahədəki ilk təcrübələr 1931-ci ilə
aiddir, uzaqdan idarə olunan İngilis təyyarəsi "Fairey
III" qırıcı ekipajlarının hazırlanması
üçün hədəf kimi havaya buraxılıb.
İndi fərqli siniflərə və tiplərə aid PUA-lar
bir çox orduların əsas avadanlıqlarının bir
hissəsidir. Onlar operatordan uzaq məsafələrdə
müşahidə apara, silah-sursat daşıya və ya
onlardan istifadə edə bilər.
Böyük
Britaniyanın yeni aviadaşıyıcı gəmisi "HMS
Queen Elizabet"
PUA özünə diqqəti cəlb etmədən nəzərədə
tutulan əraziyə uça bilir və orada saatlarla
müşahidə apara bilər. PUA-larda istifadə,
pilotlu təyyarələrdən istifadə etməkdən daha
asan, daha təhlükəsiz və daha ucuzdur. İnkişaf etdirilmiş optoelektronik qurğulardan gələn
siqnal rabitə peyklərindən istifadə etməklə
operatora ötürülür. Məsələn,
Yaxın Şərqdə fəaliyyət göstərən
Amerika PUA-ları Nevada, Texas və ya Kaliforniyadakı bazalardan
idarə olunur. Nəzarət paneli hava gəmilərindən
uzaq məsafədədir və buna görə operatorları
heç bir təhlükəyə məruz qalmırlar. "Ənənəvi" təyyarə
ekipajları, öz növbəsində, uçuşlar
zamanı təhlükə altındadır. Yüksək dəqiqlikli silahlardan istifadə edildikdə
isə həm pilotlu, həm də pilotsuz təyyarələr
yüksək döyüş effektivliyi göstərir.
PUA əleyhdarları bu vasitələrin istifadə məhdudiyyətinin
olmamasından ehtiyat edirlər. Bundan əlavə, bu
cür avadanlıqların istifadəsi beynəlxalq hüquqa
ziddir. Bəzi hallarda, PUA-lar terroristləri
məhv etmək üçün rəsmi bildiriş və ya
müharibə elan etmədən üçüncü ölkələrin
ərazilərinə göndərilir. ABŞ
Yəmən ərazisində PUA-lardan bu məqsədlərlə
istifadə edir. Pakistan ərazisində də
silahlı qruplara qarşı keçirilən belə əməliyyatların
beynəlxalq hüquq baxımından heç bir əsası
yoxdur. Bundan əlavə, PUA-dan istifadə
edilməsi nəticəsində mülki vətəndaşların
ölüm halları da mövcuddur.
"Reaper"
PUA-lar Birləşmiş Ştatlar tərəfindən
çox istifadə edilir. Onlar bu cür
avadanlıqlardan kəşfiyyat və müşahidə, eləcə
də "terrorçu ovu" üçün istifadə
edirlər. PUA digər ölkələrdə də -
İngiltərədə, Fransada, İsraildə, Rusiyada və
s. xidmət göstərir. Qərb müdafiə
mütəxəssisləri Çinin öz zərbə
PUA-sını hazırlamağa başladığından
narahatdır. Bəzi iddialara görə KXDR tərəfindən
də bənzər layihələrə start verilib.
F-22
"Raptor"
İstehsalçıya görə, "Lockheed
Martin" F-22 "Raptor" dünyanın ən yaxşı
qırıcısıdır. Bu havada
üstünlüyü saxlamağa və səmaya tam nəzarət
etməyə imkan verən bir döyüşçü-təyyarədir.
Ekspertlər F-22-nin digərlərindən
üstünlüyünü təmin edən bir sıra amillər
olduğunu düşünür. Stels
texnologiyadan istifadə etmək F-22
qırıcılarını düşmən radiolokasiya
qurğularından qoruya bilir. Yüksək
manevr imkanlarına və hava döyüşü kontekstində
ciddi döyüş potensialına malikdir. Bundan əlavə, maşın yerüstü hədəflərə
də hücum edə bilər. Mühərriklərin
forsaj kameralarından istifadə etmədən
qırıcı, M = 2 sürətini toplaya bilir.
F-22 təyyarələrinin
hazırlanmasına təxminən 30 il əvvəl
başlanılıb, lakin son vaxtlara qədər real
döyüş əməliyyatlarında iştirakı qeydə
alımayan qırıcılar yaxın vaxtlarda Yaxın Şərqdəki
terrorçulara qarşı mübarizə çərçivəsində
yer hədəflərinə qarşı bir neçə zərbə
endirdilər və döyüş qabiliyyətlərini
sübut etdilər.
F-22
"Raptor qırıcısı"
"Bild"
nəşrinin müəllifi qeyd edir ki, indi Raptor layihəsinin
tənqidçilərinin daha az sayda dəlilləri
var. İndi onlar F-22-nin döyüşdə istifadə
olunmadığına görə tənqidlərdən imtina
etməlidirlər. Həqiqətən də, bu
təyyarələr Əfqanıstan və İraqdakı
münaqişə zamanı heç vaxt istifadə
olunmayıb, bu Pentaqonun özündə də mübahisəyə
səbəb olmuşdu.
F-22 layihəsinin problemlərindən biri həddindən
artıq xidmət və proqram xərcləri idi. Hər bir
seriya istehsal təyyarəsi 189 milyon dollara başa gəlir.
Əlavə edilən digər xərcləri nəzərə
alsaq (layihə, sınaq modelləri, pilot təlimləri, əməliyyat
xərcləri və s.) hər bir təyyarənin dəyəri
400 milyona çatır. Beləliklə, hər hansı
bir "Raptor"un seriya istehsalı
Münhendəki yeni futbol stadionundan daha bahalıdır. F-22 proqramının ümumi dəyəri isə 77
milyard dollardır.
Yaxın
keçmişə qədər ABŞ-ın hərbi rəhbərliyi
F-22 qırıcılarını "Soyuq müharibə"nin elementi olaraq görürdülər. Ancaq sonradan Çinin hərbi gücünü
inkişafı və Vladimir Putinin Ukraynada güc
nümayişi vəziyyəti dəyişdi. Bu şəraitdə bir çox insanlar mövcud
qırıcıları yeni və köhnə düşmənlərlə
mübarizə apara biləcək möcüzəvi bir silah
kini görməyə başlayıb.
B-2
"Spirit"
Bombardmancılar sahəsində yenə də ABŞ
üstün nəticələr əldə edə bilib. İndiyə
qədər, "Northrop Grumman" istehsalı olan B-2
"Spirit" strateji bombardmançısı unikal təyyarə
hesab olunur.
Bu təyyarə
"Soyuq müharibə"nin son mərhələsində
yaradılıb və nüvə başlıqlarının
düşmənin arxa hədəflərinə sürətli
və gizli çatdırılması üçün nəzərdə
tutulub.
Bundesverenin
kiber əsgərləri
B-2 "uçan qanad" sxeminə uyğun olaraq qurulub
və xüsusi formalara malikdir, stels texnologiya sayəsində
düşmən radarlarına görünməz qalır. Maşın iki pilot tərəfindən
idarə olunur. 11 min km-ə qədər eniş
etmədən uçuşa qadirdir. Təyyarənin
hər biri, proqram və layihə xərcləri nəzərə
alınmadan, təxminən 700 milyon dollara başa gəlir.
Yuqoslaviya, İraq və Liviyadakı döyüşlərdə
B-2 bombardmançıları iştirak edib. Mövcud B-2 təyyarələrinin
tələb olunan imkanları qoruya bilməsi və xidmətdə
qalması üçün bir modernləşdirmə
proqramı planlaşdırılır. 20 ədəd
B-2 təyyarəsinin yenilənməsinə 10 milyard dollar xərcləmək
planlaşdırılır.
Rəqəmsal
müharibə
Ekspertlər indi döyüşdə yalnız raketlərin,
tankların və döyüşçülərin köməyi
ilə deyil, həm də kompüter sistemlərindən istifadə
edərək qalib gəlməyin mümkünlüyünü
xatırladır. Belə "silah" nisbətən
aşağı qiymət ilə fərqlənir və onun hərəkətlərinin
izlənilməsi müəyyən problemlərlə
bağlıdır. Düşmən
qoşunlarını izləmək və infrastrukturuna nəzarət
etmək üçün virus proqramından istifadə edə
bilərsiniz. Ənənəvi
silahların olduğu kimi bu cür tədbirlərin əsas məqsədi
düşmənə mövcud üsullarla zəiflətməkdir.
"Dəmir
Günbəz"dən buraxılış
"RAND
Corporation"dan C.Nakuzi xatırladır: "Kompüterlər
hər yerdədir və özünüzü
kiberhücumlardan qoruya bilməniz demək olar ki, mümkün
deyil. Buna görə də, hansı qoruyucu
proqramların yaradıldığından və istifadə
olunmasından asılı olmayaraq, hər zaman əks təsir
edə biləcək yeni virus proqramı mövcuddur".
Kompüter hücumları uzun müddətdir ki,
reallıqdır. 2016-cı ildə "Bild", Konstitusiyanın
Müdafiəsi üzrə Federal İdarədən
Rusiyanın xüsusi xidmət orqanları olan FTX və
BKİ-nin Almaniyada dövlət və qeyri-hökumət təşkilatlarına
ünvanlı kiberhücumlar etdiyini öyrəniblər. Belə hücumlarda əhəmiyyətli resurslardan və
böyük texniki imkanlardan istifadə edilir.
"Dəmir
Günbəz"
HƏMAS kimi silahlı qruplar tərəfindən edilən
raket hücumlarından qorunmaq üçün İsrail raket əleyhinə
müdafiə kompleksi olan "Dəmir Günbəz"
("Kipat barzel" və ya "İron Dome") yaratdı. Mobil müdafiə sistemləri,
raket hücumunun hədəfi ola biləcək
şəhərlərin yaxınlığında yerləşdirilib.
Belə bir mürəkkəb sistemin atıcı
qurğusu 3 m yüksəkliyə malik metal qutudur, onun içərisində
20 raket əleyhinə sursat yerləşdirilir. Kiçik
ölçüləri sayəsində qurğu, mövcud ordu
yük maşınları ilə nəql edilə bilər.
"Dəmir Günbəz" batareyası 50-80
milyon dollara başa gəlir. Raketlərin dəyəri
isə təxminən 50 min dollardır. Batareyanın
tərkibinə bir RLS, 3 atıcı qurğu və atəşi
idarəetmə mərkəzi daxildir.
MOAB
bombasının təsviri
Kompleksin radarı artıq uçuşda düşmən
hədəfini tapır və atıcı qurğuya raket əleyhinə
sursatın buraxılmasını əmr edir. 90 kq
ağırlığında üç metrlik raket
düşmən hədəfinin vurulacağı hesablanan
nöqtəyə büraxılır. Bəzi
məhdudiyyətlər də mövcuddur. Beləliklə,
"Dəmir Günbəz" kütləvi bir raket
hücumunu dəf edə bilmir. Bundan əlavə,
bu raketin İsrail ərazisinə düşə biləcəyi
vəziyyətlərdə tətbiq edilə biləcəyi barədə
sərəncam mövcuddur.
İsrail ordusu, bu kompleksin silahlı qruplar tərəfindən
atılan raketlərin 85-90 faizini ələ keçirərək
məhv etdiyini bildirir. Kompleks 4-70 km məsafə
aralığında ballistik raket və digər hava hədəfləri
ilə mübarizə apara bilir.
"Bütün
bombaların atası"
2007-ci ildə Rusiya ilk dəfə olaraq dünyanın ən
güclü qeyri-nüvə bombasını sınaqdan
keçirdi və bu, dərhal "bütün bombaların
atası" ləqəbi qazandı. Təyyarədən
atılan bomba 44 ton TNT (trotil) partlayışına ekvivalent
güc nümayiş etdirdi.
T-14
"Armata" tankı
Bu məhsul xüsusi bir maye və yanan toz ilə təchiz
olunan termobarik bombadır. Birincisi,
partlayış ətraf məkana yanacağı sprey və ya
aerozol şəklində yayır, sonra isə onların
alovlanması baş verir. Belə bir
bombanın partlayışında bütün hədəf və
obyektləri yandıraraq məhv edən nəhəng bir atəş
kürəsi yaranır. Bombardmançılar
tərəfindən istifadə üçün 7 ton
ağırlığında bombalar təklif olunur.
Daha əvvəl, Birləşmiş Ştatlar tərəfindən
"bütün bombaların anası" adlanan GBB-43/B
"Massive Ordnance Air Blast" bombası yaradılıb. 2017-ci ilin
aprelin 13-də bu bomba ilk dəfə olaraq real hədəfə
qarşı istifadə edildi. Yerli vaxtla saat 19:30-da
ABŞ Hava Qüvvələri Əfqanıstanın
şimal-şərqindəki terror obyektlərinə hücum
etdi. Bomba terrorçuların
sığınacağına atılaraq tunelləri məhv
etdi. 36 terrorçu məhv edildi, mülki
vətəndaşlar isə zərər görmədilər.
GBU-43/B, real döyüş əməliyyatinda
istifadə olunan bombalar arasında ən güclü bomba hesab
edilə bilər.
DF-21D
"Dunfen" (Şərq küləyi) raketi Çinin
bölgədəki və dünyada liderlik arzusunu göstərən
real layihələrdən biridir. DF-21D sisteminin,
düşmən gəmilərini məhv etmək
üçün hazırlanan bir ballistik raket olduğu ifadə
edilir. Bəzi məlumatlara görə, bu
raket buraxılmadan öncə proqramlaşdırılmaya bilər.
Hərəkət edən hədəflərə
hücum etmək üçün bütün lazımi məlumatlar
raketə, atmosferə buraxıldığından sonra ötürülə
bilər.
"Bild"in
məlumatına görə, DF-21Draketi 12 min km/s sürətlə
uça və 1500 km-ə qədər məsafədəki hədəfləri
məhv edə bilər. DF-21D layihəsinin
varlığı uzun müddətdir məlum idi, lakin müəyyən
bir müddətə qədər rəsmi Pekin yeni raketin
texniki məlumatlarının detallarını
açıqlamırdı. Müəyyən
bir geçikmə ilə yeni raketin imkanları barədə bəzi
məlumatlar Çin Kommunist Partiyasının rəsmi qəzeti
tərəfindən verildi.
M1
"Abrams" tankları təlimlərdə
Aviadaşıyıcılara hücum edə biləcək
gəmi əleyhinə raketlərini yaradılması
ideyası 1990-cı illərdə Tayvan böhranı
zamanı ortaya çıxıb. Bir az sonra, bu
imkanlara malik silahların hazırlanmasına başlandı.
Bir neçə il bundan əvvəl
hazır DF-21D raketi silahlanmaya qəbul edildi. Bu raket, həqiqətən
də istehsalçının iddia etdiyi kimi silahlar sahəsində
mühüm bir mərhələ ola bilər.
Lakin gəmi əleyhinə "Şərq küləyi" nin real xüsusiyyətləri və
imkanları hələ də tam məlum deyil.
T-14
"Armata"
Əsrlər əvvəl, döyüş meydanında
göründüyü andan, tanklar qorxu və dəhşətə
səbəb olub. Tankların ölçüləri və
atəş gücü düşməni daim təsirləndirərək,
rəqibi özlərinə "hörmət"lə
yanaşmağa məcbur edə biliblər. İndi tankların rolu nisbətən dəyişib,
amma zirehli qüvvələr hələ də dünyanın
bütün qoşunlarının əsas zərbə qüvvələrindən
biridir.
Asimmetrik müharibə dövründə tankların
döyüş rejimi də dəyişib. Tankların
tanklarla mübarizəsi hələ də aktualdır, lakin
terrorçularla mübarizə aparmaq üçün zirehli nəqliyyat
vasitələrinə digər keyfiyyətlər
lazımdır. Tanklar daha yaxşı aktiv
qorunmaya, daha güclü silahlara və mükəmməl
maskalanma vasitələrinə malik olmadır.
"Leopard
2" tankı
Ekspertlər hesab edirlər ki, tanklar sahəsində son
zamanlardakı əsas yenilik Rusiyada yaradılan T-14
"Armata" tankıdır. Zirehli texnika tamamilə
ekipaj kabinasındakı nəzarət panellərindən idarə
olunur. Qüllədə ekipaj
üçün yer nəzərdə tutulmur. T-14
tankları 125 mm hamar lüləli top ilə dəqiqədə
12 ədəd müxtəlif təyinatlı mərmilərlə
atəş aça bilir. İdarə olunan
raketlərdən istifadə etməklə isə 8 km-ə qədər
məsafədə hədəfləri məhv etməyə
qadirdir.
Ekspertlərin istinad etdiyi həftəlik "Army
Times" qəzeti, Rusiyanın T-14 tankının Amerikanın
M1 "Abrams" ailəsindən olan tanklardan daha güclü
bir top ilə fərqləndiyini və hərəkət
imkanlarının daha yüksək olduğunu iddia edir. Bu nəşrə görə,
"Armata"nın döyüş
kütləsi 48 ton, maksimum sürət 80 km/saat təşkil
edir. Amerika "Abrams"ı isə yalnız
64 km/saat sürət toplaya bilir.
Bununla yanaşı, xarici zirehli maşınlar müharibələrdə
aktiv iştirak etdiyi halda yeni rus tankları hələ
döyüş meydanında özünü göstərməyib. Həm
Amerikanın "Abrams"ı, həm də Almaniyanın
"Leopard"ı dəfələrlə real
döyüş əməliyyatlarında yoxlamadan keçib.
Alman nəşrinin müəllifi
"Leopard" tanklarının mütəxəssislər tərəfindən
real döyüşlərdə istifadə edilən ən
yaxşı müasir tank olduğunu dəfələrlə
elan etdiyini vurğulayır. Müxtəlif
müqayisələrdə və yarışlarda
"Leopard-2" müntəzəm olaraq ABŞ, Fransa və
Böyük Britaniyadan olan rəqibləri qarşısında
daim üstün olduğunu nümayiş etdirib.
Hərbi And .- 2020.- 4dekabr – S.20-21.