Mükəmməl əsgər
üçün mükəmməl
texnologiya
"Shadow" cihazı 312 qram
ağırlığındadır, 225-450 MHz və 1250-2600 MHz
tezlik diapazonunda fəaliyyət göstərir,
ötürücü gücü isə 2 vattdır. Radio
"bir saniyədən az" gecikmə ilə
16 kanalı dəstəkləyir və iki metr suyun dərinliyində
fəaliyyət göstərə bilir.
Fellous, həmçinin
müxtəlif xüsusi təyinatlı bölmələrin
artıq MANET tipli radio sistemlərə uyğunlaşan
müxtəlif modellərdən, xüsusən də GPS
siqnalı olmayan yaşayış məskənlərində
terrorla mübarizə aparmaq üçün istifadə
etdiyini təsdiqləyib.
"Persistent Systems"
şirkəti isə əsas komponenti 3x3 anten texnologiyalı
MIMO radiostansiyası olan MPU5 sistemini inkişaf etdirib. "Persistent Systems"
şirkətinin direktoru Herbert Rubensin sözlərinə
görə, bu sistem təhlükəsiz IP (Internet Protocol) ilə
istənilən şəraitdə saniyədə 100 megabit məlumat
ötürür və 6 Vatt çıxış gücü
yaradır.
MPU5 stansiyasının tərkibinə
real zaman rejimində video axınlarının yüksək qətnamə
ilə yayılmasına imkan verən video şifrələmə/deşifrə
cihazı; ATAK proqram təminatının
çalışdığı Android əməliyyat sistemi;
həmçinin IP-protokolu (Ro) üzərindən trafik
ötürürə bilən 16 radio kanal daxildir.
"MPU5,
tapşırıqların müvəffəqiyyətlə
yerinə yetirilməsini təmin edən vəziyyətə nəzarət
səviyyəsini və ümumi təhlükəsizliyi
artırır.
Bundan əlavə, MPU5 sistemi kommersiya məhsulunda çox
sayda xüsusiyyətlərin həyata keçirilməsinə
imkan verən iqtisadi baxımdan son dərəcə effektiv bir
yenilikdir", - deyə Rubens şirkəti öz mövqeyini
bildirib.
Təlimlərdə ABŞ ordusunun əsgəri
müəyyən bir marşrutla hərəkət edərək
yer robotuna nəzarət edir
Avtonom dəstək və süni zəka
MANET uyğunlaşa bilən
radio sistemləri, əsasən PUA və yerüstü mobil
robotlar kimi avtonom platformalarla əlaqə yaratmaq
üçün istifadə olunur. Onlar əməliyyat
ssenarilərində xüsusi təyinatlı və piyada
bölmələrinin şəxsi heyətinin
yükünü azaltmaq üçün fəal şəkildə
istifadə olunur.
Dünya bazarında, indiki
zamanda, bir-birindən fərqli ərazi robot kompleksləri və
ya yerüstü mobil robotlar mövcuddur. Bunların
sırasına əldə hazırlanan partlayıcı
qurğuları və partlamamış sursatları
neytrallaşdırmaq, həmçinin kəşfiyyat məlumatları
toplamaq və digər vəzifələri icra etmək
üçün kiçikölçülü
tırtıllı yerüstü mobil robotlar daxildir. Bazarda yük daşımaları və
döyüş dəstəyi üçün istifadə edilən
bir sıra böyük təkərli platformalar da yer alır.
Yerüstü mobil robotlar hücum qruplarına və
xüsusi təyinatlı qüvvələrə müntəzəm
atəş dəstəyini də təmin edə bilər.
Yeni texnologiyalar artıq
robotları daha mürəkkəb döyüş ssenarilərində
istifadə etməyə imkan verir. Xüsusilə, sıx
yaşayış məskənlərində, inşaat sahələrində
və yeraltı kommunikasiyalarda döyüş vəzifələrini
yerinə yetirmək üçün yerüstü mobil
robotlara tələbat artır.
Sənaye mənbələri
bu texnoloji yüksəlişin tamamilə yeni platformanın
hazırlanmasına deyil, əsasən açıq quruluşa
malik robotların strukturuna faydalı yük daşıma və
idarəetmə sistemlərinin inteqrasiya edilməsini nəzərdə
tutur.
Əlbəttə, burada
platformanın ölçüsü, çəkisi və
gücü arasında kompromisi tapmaq vacibdir, həmçinin
robotların bütün spektrində hazırkı avtonomluq səviyyəsini
saxlamaq da müəyyən narahatlıq doğurur.
"Applied Research
Associates" nümayəndəsi Metyu Fordhemə görə,
yalnız indi müasir əsgərlər avtonom texnologiyalardan
faydalanmağa başlayır. On ildən
artıqdır ki, ABŞ Müdafiə Nazirliyi hərbi
missiyalar üçün yüksək keçicilik
imkanlarına malik yerüstü mobil robotlardan geniş istifadə
etməyə çalışır. Yaxın
zamanlara qədər isə onların inkişaf fəaliyyəti
əsasən elmi tədqiqat layihələri ilə təyin
edilirdi.
Yalnız 2017-ci ildə ABŞ
Müdafiə Nazirliyi məqsədyönlü şəkildə
manqanın ləvazimatlarını daşıyacaq çoxməqsədli
SMET (Squad Multipurpose Equipment Transport) platformasının və
marşrutların təmizlənməsi üçün RCIS
(Route Clearance Interrogation System) vasitələrinin
hazırlanması proqramını maliyyələşdirməyə
başladı.
2017-ci ilin dekabrında Pentaqon SMET
layihəsi üçün dörd şirkət seçdi: " Applied Research Associates and Polaris
Defense", "General Dynamics Land Systems" (GDLS); HDT
"Global" və "Howe & Howe Technologies".
Bu proqram 2017- ci ilin martında
dərc edilən ABŞ ordusunun "Robotic and Autonomous
Systems" strateji sənədində 2020-ci ilə qədər
qısamüddətli prioritet sahə elan edildi. "Manned
Unmanned Teaming" (MUM-T) konsepsiyası robot və avtonom
imkanları olan döyüşçünün tam
funksionallığını qorumaq şərtilə ordu
bölmələri ilə inteqrasiya etməyi ehtiva edir.
SMET platformasının
döyüş istifadəsinin ilkin prinsiplərində 3
km/saat sürətlə hərəkət edən əsgəri
müşayiət etmək, 72 saat müddətində və
ya 97 km məsafəyə yanacaq doldurmadan fasiləsiz hərəkət
etmək tələb olunurdu. Aparat üç rejimdə işləməli
idi: avtonom, yarım avtonom və uzaqdan idarəetmə.
Platforma 454 kq
ağırlığında bir yükü daşımalı
və dayanacaqda 3 kVt, hərəkətdə isə 1 kVt enerji
istehlak etməlidir. 454 kq-lıq yükün nəql edilməsi
manqanın hər bir əsgərin yükünün 45 kq
azalmasına səbəb olur. Platformanın
şəxsi heyətinin yükünü azaltması
"Infantry Brigade Combat Team" kimi döyüş
qruplarına daha çox məsafə qət etməyə və
eyni zamanda hərəkətdə olarkən bütün
cinazları və akkumlyator batareyalarını elektrik enerjisi
ilə yükləməyə imkan verir.
SMET platforması müxtəlif
vəzifələri yerinə yetirmək üçün nəzərdə
tutulub, bunlara sursat, su, akumlyator, xüsusi avadanlıq, C4ISTAR
daşınması və atəş dəstəyi
funksiyaları da daxildir.
SMET proqramı üçün təklif
edilən "Polaris MRZR X IS" avtomobili "Polaris MRZR"
ekipajlı ərazi vasitəsinin opsional olaraq hazırlanan
avtonom platformasıdır
ABŞ Müdafiə
Nazirliyinin gələn ilin ortalarında SMET rəsmi
proqramının statusunu təsdiqləməsi gözlənilir. ABŞ ordusu,
baş podratçı şirkət seçildikdən sonra bu
platformadan 80 ədəd satın almağı
düşünür.
Fordhemin fikrinə görə,
robotlarda tətbiq edilən platforma və sensor texnologiyası,
müasir əsgərləri dəstəkləmək
üçün kifayət qədər yetkindir və gələcək
investisiyalar üçün səmərəli hesab edilir.
Yerüstü mobil robotların
sürətli inkişafı ilə bağlı gələcək
çətinliklərə toxunan Fordhem, "mütləq təhlükəsizlik"
prinsipini istənilən uğurlu robot platforma layihəsinin ən
əhəmiyyətli elementi adlandırıb: "Robotların
istismarı hər zaman təhlükəsiz olmalıdır,
istənməyən hərəkətlər və gözlənilməz
davranışlara yol verilməməlidir.
Yalnız təhlükəsizlik
ilə əlaqəli bir problem robotlaşma prosesini uzun müddət
ləngidə bilər. Platformanın əvvəlcədən
proqnozlaşdırılan işi uğur üçün əsasdır.
Birincisi, təhlükəsizlik həmişə
ən vacib problemdir.
İdarəetmə
sensorlarının çoxluğu, təhlükəsiz proqram
təminatı, hərtərəfli təhlili, monitorinq və
sınaq qabiliyyəti - bütün bunlar lazımi səviyyədə
təhlükəsizliyə nail olmaq üçün əsas
verir".
"İkincisi, yüksək
keçicilik imkanlarına sahib robotlarla əlaqədar bir
çox problem mövcuddur. Ən yaxşı
marşrutu seçmək üçün, kommersiya əlavələrində
olduğu kimi yol nişanlarına malik olan "Google Maps" xəritələri
əlimizdə yoxdur. Lakin bizim istifadəmizdə xəritədə
qeyd edilməyən çox sayda daş, ağac, arx və kəskin
ərazi dəyişiklikləri mövcuddur, bütün
bunları sistem real zamanda qeydə alır", - deyə
Fordhem bildirib.
"Applied Research Associates"
şirkəti "Polaris" şirkəti ilə, NATO və
onun müttəfiq ölkələrinin xüsusi təyinatlı
və piyada bölmələrinin silahlanmasında yer alacaq
"Polaris MRZR ATV" ərazi vasitəsinin bazasında SMET
proqramını icra etmək üçün birləşdi.
MRZR X versiyası, ekipajlı
MRZR ATV sistemlərindən avtonom idarə olunan robotlara daha
rahat keçidi təmin etmək üçün nəzərdə
tutulub. MRZR X vasitələrində mövcud ekipajlı
platformaların fiziki və proqram arxitekturasını qoruyaraq
avtonom texnologiyaların inteqrasiyasına imkan verən
"Modular Robotic Applique Kit" (M-RAK) modul dəsti
quraşdırılıb.
Metyu Fordhemə görə,
MRZR X vasitələrinin üstünlüklərindən biri də
ABŞ Ordusunda oxşar platformanın artıq istifadə
olunmasıdır. Bu layihənin istehsal qiyməti nisbətən
aşağı olacaq və bütün dünya üzrə dəstəklənəcək.
Avtomobilin istismarı və ona texniki xidmət
göstərilməsi asandır, mexaniki rejimdən avtonom rejimə
isə bir düymə ilə keçmək olur. Avtomatik alqoritmlərin inkişafı, videoemal
texnologiyası və ventil matrisaların (FPGA) istifadəçi
tərəfindən proqramlaşdırılması hərbçilərin
çoxdan axtardığı yarım-avtonom xüsusiyyətlərin
əhəmiyyətli inkişafını təmin edir.
Yerüstü mobil robot
bazarı daim böyüyür. Hərbçilərin
robot platformalarına etibarının artması ilə bu
sistemlər daha da geniş yayılacaq. Büdcələr
hərbçilərin arsenalına əlavə yerüstü
robot komplekslərinin tətbiqi zəruriliyi nəzərə
alınmaqla formalaşdırılacaq.
AMSTAF 6, İsrail sənayesinin təklif
etdiyi 6x6 təkər formullu yerüstü mobil robot
versiyasından biridir
İsrailin "Automotive
Robotic Industry" şirkətindən olan Ronen Fişman,
müasir bir əsgər üçün yerüstü mobil
robotların inkişafının son dərəcə zəruri
olduğunu qəbul edir.
Lakin, o, milli təhlükəsizlik
strukturları üçün yerüstü mobil robot
bazarının hərbi strukturlar üçün mövcud
olan bazara nisbətən daha çox inkişaf etməsinə
inanır. Bununla yanaşı, yaxın gələcəkdə
bu texnologiyalar dünyanın bir çox ordularında geniş
yayılacaq.
"Yerüstü mobil robotların
növbəti döyüşlərdə aparıcı rol
oynayacağını artıq hər kəs anlayır, bu
anlayışın gerçək fəaliyyətə
keçməsi isə iki və ya üç il
çəkəcək", -deyə o qeyd edir.
Fişmana görə,
müasir bir əsgərlə yan-yana fəaliyyət göstərən
robot üçün ən vacib şərtlər yüksək
keçicilik və əla manevr qabiliyyətidir. Proqram təminatı
isə istənilən yerüstü mobil robotların
inkişaf proqramının əsas elementi olaraq qalır və
müxtəlif avtonom rejimlərin reallaşdırılmasına
imkan verir.
Proqram təminatının
yaradılmasında əsas çətinlik bütün alt
sistemlərin mükəmməl harmoniyada
çalışmasından, eyni zamanda minimum zamanda yeni
qabaqcıl sistemlərə inteqrasiya etmək üçün
kifayət qədər çevik olmasından ibarətdir.
"Automotive Robotic Industry"
şirkəti hazırda "BFL Hindistan" ilə birlikdə
8x8 formullu AMSTAF 8 ; 6x6 formullu AMSTAF 6; 4x4 formullu AMSTAF 4 təkərli
maşınları təklif edir.
Eyni zamanda, yerüstü
mobil robot bazarında, piyada və xüsusi təyinatlı
bölmələrin dəstəklənməsini
optimallaşdırmaq, xüsusilə partlamamış
sursatların zərərsizləşdirilməsi və kəşfiyyat
vəzifələrini həyata keçirmək
üçün platformanın ölçülərinin
azaldılması prosesi davam edir.
Hərbi And .- 2020 .- 11dekabr – S.23.