Vətən müharibəsində iştirak
edən üç qardaş
İmişlidən olan ailənin 3 üzvü Vətən müharibəsində igidlikləri ilə tanınıb. Qardaşlardan biri müddətdən artıq xidmətçi, ikisi isə könüllü olaraq döyüşlərə yollanıb. Bir çox uğurlu əməliyyatda iştirak edən hər üç qardaş düşmənə ağır zərbələr vurublar.
Zeynalovlar ailəsinin övladları dəmir yumruq kimi birləşərək 44 günlük zəfər yürüşünün önündə gedənlərdən olublar.
Qardaşların atası söyləyir ki, əslən qarabağlıdırlar: "Uzun illər Vətən dərdi bizləri üzürdü. Bu döyüşlərdə 3 oğlumun da cəbhəyə yollanması qürurverici bir hissdir. Baxmayaraq ki, övladlarımın birinin 4, digərinin isə 3 övladı var, amma onlar Vətən sevgisini üstün tutaraq, döyüşlərə könüllü yollandılar və hazırda kiçik övladım Şamil hərbi xidmətini davam etdirir, digər iki övladım isə qələbə ilə evinə dönüb. Biz Ali Baş Komandan başda olmaqla, bütün ordumuza minnətdarıq ki, bu həsrətə son qoyuldu. Şəhidlərimizin qanı ilə yazıldı bizim şanlı tariximiz. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin”.
Kiçik qardaşları hərbçi olan Zeynalovların digər 2 qardaşı könüllü olaraq cəbhəyə yollanıb. Böyük qardaş Kamil deyir ki, bir neçə dəfə komissarlığa müraciət etdikdən sonra döyüşlərə yollanıb. "İlk döyüş yolum Füzulidən başladı, 3 gün ərzində bir çox postların, kəndlərin azad edilməsində iştirak etdim. Biz irəlilədikcə düşmən qaçırdı, bu, bizi daha da ruhlandırırdı. Sonra Cəbrayıla yola düşdük. Dağ Tumas və digər ərazini azad etmək üçün erməni səngərlərinə girdik. Çox uzun bir səngər idi, gecə ilə onları məhv etdik. Daha sonra ermənilər çadır şəhərcik yaratmışdı, onu aldıq. Cəbrayılın Havıslı kəndindən sonra isə Qubadlı istiqamətinə yollandıq. Generalımız, zabitimiz bizimlə çiyin-çiyinə döyüşürdü. Mən özüm Milli Qəhrəman Şükür Həmidovla birlikdə döyüşə girmişəm. O, hər zaman bizə deyirdi ki, bir amalımız var, yalnız irəli getməliyik. Şükür Həmidovla döyüşmək çox qürurverici bir hissdir. Qubadlının mərkəzinə 2-3 kilometr qalmışdı ki, Şükür Həmidov şəhid oldu, mən də yaralandım”, - deyə Kamil qeyd edir.
Hər iki qardaşı cəbhədə olan Tacivan da səfərbərliyə könüllü müraciət edib. Nəhayət, oktyabrın 9-da cəbhəyə yollanıb. Tacivan söyləyir ki, ilk dəfə Füzuli istiqamətində gedən döyüşlərə qatılıb: "Bir çox qənimətlər ələ keçirdik, düşmənin hərbi hissəsini aldıq. Qubadlı, Zəngilan istiqamətində döyüşə yollandıq, amma maşınımız ermənilər tərəfindən vuruldu. Elə orada yara aldım, amma müalicəm tamamlanandan sonra yenidən döyüşlərə qatıldım. Çünki bir arzum vardı – bayrağımızı Laçında dalğalandırmaq. Həmin arzunun sevincini mənə igid qəhrəman döyüşçülərimiz bəxş etdi, onlar şanlı bayrağımızı Laçında dalğalandırdı. Biz Ali Baş Komandanımıza təşəkkür edirik ki, Azərbaycana bu qələbə sevincini yaşatdı”.
Birinci Qarabağ
müharibəsi veteranı
Müşfiq Məhərrəmov
öz davamçılarını
sevinc göz yaşı ilə qarşılayıb. Müşfiq
Məhərrəmov deyir
ki, Azərbaycanın
44 günlük zəfər
yürüşü əvəzolunmaz
bir hissdir. Çünki ermənilərin
ötən bu illərdə qurduğu istehkamları, maneələri
Azərbaycan Ordusu 44 günə darmadağın
etdi. "Bizim yarıda qalan işimizi bugünkü gənc nəsil tamamladı, torpaqlarımızı
azad etdi, şəhidlərimizin qisasını
almaqla onların ruhun şad etdilər. Var olsun Ali Baş
Komandanımız, bizləri
bir dəmir yumruq kimi birləşdirdi.
Bu gün bizim güclü ordumuz var. Əlbəttə,
müharibə itkisiz olmur. Neçə-neçə
qəhrəmanlarımız şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət
eləsin, onların qanı yerdə qalmadı”, - deyə keçmiş döyüşçü
vurğulayıb.
Hərbi And .- 2020 .- 18dekabr -.S.9.