Super silahlar: "Silah pul kimidir - heç kim bilmir ki, nə qədər kifayət edəcək"

Elm və texnologiyanın inkişafına daim müdafiə sənayesi tərəfindən ənənəvi və mühüm töhfələr verilir. Hərbi sənaye layihələrinin nəticələri həmişə mütəxəssislərin diqqətini cəlb edir və ictimaiyyət üçün müəyyən maraq doğurur.

Adından bəlli olduğu kimi bu yazıda müxtəlif ölkələrdə qurulan silah və hərbi texnikaların ən son nailiyyətləri təcəssüm olunacaq.

Daha sürətli, daha yüksək, daha dəhşətli. Müharibə üçün silahların inkişaf etdirilməsi müzakirə mövzusu olduğunda, insan ağlı heç bir məhdudiyyətə malik olmur. Hər zaman bu və ya digər ordularda ciddi üstünlük saxlayan və düşmən üçün heç bir şans saxlamayan silahlar mövcud olub. Redaksiya müxtəlif dövrlərin supergücünü nəzərdən keçirmək niyyətindədir və bu məqalədə müasir nümunələrə diqqət çəkir.

Ötən əsrin hadisələrini xatırlayaq. XX əsrdə insanlıq bütün digər münaqişələrin cəmindən daha çox insanı məhv edən iki dünya müharibəsini yaşadı. Hərbi fəlakətlərdən sonra sulhün bərqərar olunması ümidləri özünü doğrultmadı. İkinci Dünya müharibəsindən sonra "Soyuq müharibə" başladı. ABŞ və SSRİ bir-birinə düşmənçilik edirdilər, lakin onlar məsələni açıq qarşıdurmaya gətirib çıxarmırdılar. Eyni zamanda, silahlanma yarışları və nüvə qarşıdurmaları bir neçə dəfə dünyanı fəlakətin bir addımlığına qədər gətirib çıxardı. Sovet İttifaqının dağılmasından sonra "Soyuq müharibə" sona çatdı, lakin müxtəlif bölgələrdə münaqişələr davam etdi. Cari asimmetrik müharibələr də ordular üçün yeni bir çağırışdır.

 

Aviadaşıyıcılar

 

Birinci Dünya Müharibəsi zamanı aviadaşıyıcılar ilk dəfə dənizdə döyüş vəzifələrinin icrasına başladı. İkinci Dünya Müharibəsi zamanı isə artıq bu gəmilər strateji əhəmiyyətli bir amilə çevrildi. Bu gün gövdəsində minlərlə heyət üzvləriylə üzən hərbi bazalar güc nümayişi üçün unikal bir vasitədir.

 

Amerika aviadaşıyıcısı "USS Carl Winson" Sakit okeanda

Birləşmiş Ştatlar, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıların istismarına başlayan ilk ölkələrdir. Əvvəllər gəmilərin digər sinflərinin nümayəndələrinin konstruksiyasında dəyişiklik etməklə aviadaşıyıcılar yaradılırdı. 20-ci illərin əvvəllərində isə xüsusi inşa edilən ilk aviadaşıyıcılar ortaya çıxdı. Hitler Almaniyası İkinci Dünya Müharibəsi başlamazdan əvvəl aviadaşıyıcıların inşası üçün planlar hazırladı. Onlar "Qraf Zeppelin" kimi iki gəmi qurmaq istəyirdi, lakin müharibə başlandıqdan dərhal sonra işlər dayandırıldı.

Aviadaşıyıcılar İkinci Dünya Müharibəsində ABŞ və Yaponiyanın mübarizə etdiyi Sakit okean akvatoriyasında mühüm rol oynayırdı. Həmin dövrün aviadaşıyıcıları müasirlərindən çox fərqlənirdi. Beləliklə, onlar yalnız birbaşa uçuş göyərtəsinə sahib idi. Bir neçə təyyarənin eyni vaxtda qalxmasını və enməsini təmin edən künc göyərtələri daha sonra ortaya çıxdı. Əhəmiyyətli yeniliklərdən katapult və aerofinisləri qeyd etmək olar.

Hazırda ən böyük aviadaşıyıcı donanması Birləşmiş Ştatlarda mövcuddur. Onların Donanmasında "Nimitz" layihəsinin 10 aviadaşıyıcı gəmisi var. 1976-cı ildən bəri bu silsilənin adını daşıyan ilk daşıyıcı istifadədədir. Bu, layihənin ilk gəmiləri müəyyən dərəcədə köhnəlib. Bu baxımdan növbəti iki onillik ərzində, qədim aviadaşıyıcıları "Gerald R. Ford" yeni gəmi layihələri əvəz edəcək. Bu növün əsas gəmisini artıq ABŞ Donanmasına təhvil veriblər, ikisi isə tikinti mərhələsindədir. Üçüncüsünün təməli yaxın gələcəkdə qoyulacaq.

 

Rusiya aviadaşıyıcısı/kreyser "Admiral Kuznetsov"

ABŞ-dan başqa 12 ölkə: Misir, Avstraliya, Braziliya, Çin, Fransa, Hindistan, İtaliya, Yaponiya, Rusiya, İspaniya, Cənubi Koreya, Tayland, Türkiyə və Birləşmiş Krallıq bu tip aviadaşıyıcılara malikdir. Rus aviadaşıyıcısı sıradan çıxan ehtiyat hissələrə görə texniki problemlərlə üzləşdi və nəticədə yandı. Eyni zamanda, Çin və Böyük Britaniya yüksək imkanlara malik müasir gəmilər inşa edirlər.

Yüksək dəqiqlikli sursatlar

Ağıllı bombalar və mərmilər birbaşa hədəfi taparaq onu nişan almağa qadirdir. "RAND Corporation" analitik mərkəzinin eksperti Corc Nakuzi hesab edir ki, yüksək dəqiqlikli idarə olunan sursatlar döyüş əməliyyatlarının xarakterini tamamilə dəyişib. İkinci Dünya Müharibəsi zamanı bir zavodu məhv etmək üçün orduya yüzlərlə bomba lazım idi, lakin indi eyni problemi bir neçə sursatla həll etmək mümkündür.

Ekspertlərin fikrincə, dəqiq silahların əsas üstünlüklərindən biri mülki vətəndaşlar arasında itkilərin və maddi ziyanın azalmasından ibarətdir. Bu sursatların ən mühüm komponenti peyk naviqasiya tipli GPS-dir.

Ekspertlərin sözlərinə görə, yerləşmə nöqtəsini müəyyənləşdirmədən müasir silahlar bu qədər effektiv olmayacaqdı.

 

Pilotsuz Uçuş Aparatları

PUA-lar gələcək müharibələrin aparılmasının əsas vasitələrindən biri hesab olunur. Bu sahədəki ilk təcrübələr 1931-ci ilə aiddir, uzaqdan idarə olunan İngilis təyyarəsi "Fairey III" qırıcı ekipajlarının hazırlanması üçün hədəf kimi havaya buraxılıb. İndi fərqli siniflərə və tiplərə aid PUA-lar bir çox orduların əsas avadanlıqlarının bir hissəsidir. Onlar operatordan uzaq məsafələrdə müşahidə apara, silah-sursat daşıya və ya onlardan istifadə edə bilər.

Böyük Britaniyanın yeni aviadaşıyıcı gəmisi "HMS Queen Elizabet"

PUA özünə diqqəti cəlb etmədən nəzərədə tutulan əraziyə uça bilir və orada saatlarla müşahidə apara bilər. PUA-larda istifadə, pilotlu təyyarələrdən istifadə etməkdən daha asan, daha təhlükəsiz və daha ucuzdur. İnkişaf etdirilmiş optoelektronik qurğulardan gələn siqnal rabitə peyklərindən istifadə etməklə operatora ötürülür. Məsələn, Yaxın Şərqdə fəaliyyət göstərən Amerika PUA-ları Nevada, Texas və ya Kaliforniyadakı bazalardan idarə olunur. Nəzarət paneli hava gəmilərindən uzaq məsafədədir və buna görə operatorları heç bir təhlükəyə məruz qalmırlar. "Ənənəvi" təyyarə ekipajları, öz növbəsində, uçuşlar zamanı təhlükə altındadır. Yüksək dəqiqlikli silahlardan istifadə edildikdə isə həm pilotlu, həm də pilotsuz təyyarələr yüksək döyüş effektivliyi göstərir.

PUA əleyhdarları bu vasitələrin istifadə məhdudiyyətinin olmamasından ehtiyat edirlər. Bundan əlavə, bu cür avadanlıqların istifadəsi beynəlxalq hüquqa ziddir. Bəzi hallarda, PUA-lar terroristləri məhv etmək üçün rəsmi bildiriş və ya müharibə elan etmədən üçüncü ölkələrin ərazilərinə göndərilir. ABŞ Yəmən ərazisində PUA-lardan bu məqsədlərlə istifadə edir. Pakistan ərazisində də silahlı qruplara qarşı keçirilən belə əməliyyatların beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur. Bundan əlavə, PUA-dan istifadə edilməsi nəticəsində mülki vətəndaşların ölüm halları da mövcuddur.

 

"Reaper"

PUA-lar Birləşmiş Ştatlar tərəfindən çox istifadə edilir. Onlar bu cür avadanlıqlardan kəşfiyyat və müşahidə, eləcə də "terrorçu ovu" üçün istifadə edirlər. PUA digər ölkələrdə də - İngiltərədə, Fransada, İsraildə, Rusiyada və s. xidmət göstərir. Qərb müdafiə mütəxəssisləri Çinin öz zərbə PUA-sını hazırlamağa başladığından narahatdır. Bəzi iddialara görə KXDR tərəfindən də bənzər layihələrə start verilib.

 

F-22 "Raptor"

İstehsalçıya görə, "Lockheed Martin" F-22 "Raptor" dünyanın ən yaxşı qırıcısıdır. Bu havada üstünlüyü saxlamağa və səmaya tam nəzarət etməyə imkan verən bir döyüşçü-təyyarədir. Ekspertlər F-22-nin digərlərindən üstünlüyünü təmin edən bir sıra amillər olduğunu düşünür. Stels texnologiyadan istifadə etmək F-22 qırıcılarını düşmən radiolokasiya qurğularından qoruya bilir. Yüksək manevr imkanlarına və hava döyüşü kontekstində ciddi döyüş potensialına malikdir. Bundan əlavə, maşın yerüstü hədəflərə də hücum edə bilər. Mühərriklərin forsaj kameralarından istifadə etmədən qırıcı, M = 2 sürətini toplaya bilir.

F-22 təyyarələrinin hazırlanmasına təxminən 30 il əvvəl başlanılıb, lakin son vaxtlara qədər real döyüş əməliyyatlarında iştirakı qeydə alımayan qırıcılar yaxın vaxtlarda Yaxın Şərqdəki terrorçulara qarşı mübarizə çərçivəsində yer hədəflərinə qarşı bir neçə zərbə endirdilər və döyüş qabiliyyətlərini sübut etdilər.

 

F-22 "Raptor qırıcısı"

 

"Bild" nəşrinin müəllifi qeyd edir ki, indi Raptor layihəsinin tənqidçilərinin daha az sayda dəlilləri var. İndi onlar F-22-nin döyüşdə istifadə olunmadığına görə tənqidlərdən imtina etməlidirlər. Həqiqətən də, bu təyyarələr Əfqanıstan və İraqdakı münaqişə zamanı heç vaxt istifadə olunmayıb, bu Pentaqonun özündə də mübahisəyə səbəb olmuşdu.

F-22 layihəsinin problemlərindən biri həddindən artıq xidmət və proqram xərcləri idi. Hər bir seriya istehsal təyyarəsi 189 milyon dollara başa gəlir. Əlavə edilən digər xərcləri nəzərə alsaq (layihə, sınaq modelləri, pilot təlimləri, əməliyyat xərcləri və s.) hər bir təyyarənin dəyəri 400 milyona çatır. Beləliklə, hər hansı bir "Raptor"un seriya istehsalı Münhendəki yeni futbol stadionundan daha bahalıdır. F-22 proqramının ümumi dəyəri isə 77 milyard dollardır.

 

Hərbi and .- 2020 .- 18dekabr –S.20.