Əsgər anası: Sevinirəm ki, yazılan yeni, həm də şanlı hərb tariximizdə oğullarımın da payı var
Müzəffər Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə yeni tarix yazdı. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi üçün aparılan bu müqəddəs savaşda Azərbaycan gəncləri yüksək vətənpərvərlik hissləri nümayiş etdirdilər. Bu gün hər bir əsgər valideyni övladının şanlı tariximizin yazılmasında iştirakından qürur duyur.
Ağdam rayonu İmamqulubəyli kənd sakini Nağı Mirzəyevin də iki övladı - Orxan və Osman torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşda iştirak edib. "Oğulu Vətən üçün böyüdürük" - deyən Nağı Mirzəyev özü də Qarabağ müharibəsi veteranıdır. 1990-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsində iştirak edən keçmiş döyüşçü AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Mən fəxr edirəm ki, övladlarım Qarabağın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşüblər. Özüm də keçmiş döyüşçü kimi döyüşlərə getmək üçün müraciət etmişdim. Şükür Allaha ki, ordumuz cəbhədə düşməni məğlub etdi. Ali Baş Komandanımızla, ordumuzla qürur duyuram".
Minayə Mirzəyeva
övladlarının uşaqlıqdan
vətənpərvər ruhda
böyüdüklərini deyib:
"Əsgərliyi bitirəndən
sonra yenidən Vətənimizin müdafiəsinə
yollandılar. Bir ana kimi fəxr
edirəm ki, oğlanlarım Vətənimizin
müdafiəsində dayanıblar.
Cəbhədə ordumuzun
uğurları bəlkə
də ən çox əsgər analarını sevindirir. Bu gün ən
böyük arzuma çatmışam. Sevinəm
ki, yazılan yeni, həm də şanlı hərb tariximizdə oğullarımın da payı var”.
Hərbi And.- 2020.- 13dekabr.- S.20.