Ulu Öndərimiz xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini Naxçıvandan başlayıb

 

 

Taleyin hökmü

 

Qədim Naxçıvan yüzillərboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü belə xarakterizə edir: “Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı...”.

 

Bu, o illər idi ki, qədim diyarın böyük xilaskara, xilaskarlıq missiyasını həyata keçirəcək dahi şəxsiyyətin isə onu sevən, ətrafında sıx birləşərək müqəddəs amallara çatmaq üçün hər cür çətinliyə səbir edən, durmadan çalışan sədaqətli insanlara ehtiyacı var idi. Elə bir dövr yaşanmaqda idi ki, qədim Oğuz yurdunu təhlükələrdən xilas etmək, onu qorumaq, bütün istiqamətlər üzrə müstəqil dövlət quruculuğu kimi taleyüklü əhəmiyyətə malik mühüm bir prosesin inamla aparıldığı siyasi-ideoloji mərkəzə çevirmək lazım idi. Çünki ötən əsrin 80-ci illərinin sonlarında muxtar respublikanın sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən hücuma məruz qalmış, dincliyi əlindən alınmışdı. Blokadaya salınan Naxçıvanda iqtisadisiyasi böhran daha da dərinləşmişdi.

 

Ulu Öndərimiz Naxçıvanı qorudu, naxçıvanlılar da Ulu Öndərimizi

 

Ulu öndər Heydər Əliyevin belə bir dövrdə – 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya qayıdışı naxçıvanlılara böyük ümidsevinc bəxş etdi. Bu qayıdış insanların Azərbaycanın bütün bəlalardan xilas olacağına ümidlərini artırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara qayıdışı əhali tərəfindən sevinclə qarşılandı. Naxçıvanlılar əmin idilər ki, bu yurdu yalnız Ulu Öndər xilas edə bilər. Məhz elə bu səbəbdən o dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü tanrı dahimüdrik insanı öz doğma yurduna xilaskar göndərmişdi.

 

Ümummilli Liderimiz sonralar bu barədə deyəcəkdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

 

Dahi şəxsiyyət naxçıvanlıların əbədi seçimidir

 

Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürərək muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Ümummilli Liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Ulu Öndər 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadiminin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu.

 

Tarixin ən ağır, məşəqqətli günlərində naxçıvanlılar Ulu Öndərə böyük sevgiehtiram bəsləyərək dünya şöhrətli siyasətçinin doğma diyarımıza rəhbərlik etməsini arzulayırdılar. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycan tarixində Ulu Öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı. Sessiyadakı ilk çıxışında dahi şəxsiyyət öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

 

Ümummilli Liderimiz Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü

 

Görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü, “Hakimiyyət xalq üçündür!” prinsipini reallığa çevirdi. Ümummilli Lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ümummilli Liderə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

 

O dövrdə Azərbaycan xalqının birliyinə nail olmadanbu həmrəyliyi sağlam ideologiya əsasında yaratmadan ölkəni düşdüyü bəlalardan qurtarmaqinkişaf yoluna çıxarmaq mümkün deyildi. Məhz buna görə də Ulu Öndər Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. Bu baxımdan 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 DekabrDünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bununla da 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Həmçinin 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirildi.

 

Təcavüzkar Ermənistanın blokadaya saldığı, mərkəzi hakimiyyətin isə biganə münasibət göstərdiyi Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni xüsusilə diqqətdə saxlayan görkəmli dövlət xadimi Heydər Əliyev 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində “Ümidkörpüsü tikilib istifadəyə verildi, Sədərək və Culfa gömrük-keçid məntəqələri yaradıldı. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı.

 

Muxtar respublikada iqtisadi inkişafın aparıcı sahələrindən olan kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də həmin illərdə diqqət mərkəzində idi. Ulu Öndərin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxozsovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Həmin qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amilə çevrildi, Azərbaycanda torpaq islahatına məhz Naxçıvandan başlanıldı.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov o dövrdə Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən deyib: “Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü. Qonşu Türkiyə və İranla iqtisadi, mədəni, humanitar əlaqələr yaradılmışdı. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla, Azərbaycanda böyük nümunə gücünə malik idi”.

 

Xalqımızın güvənc yeri

 

Ümummilli Liderimizin Naxçıvanın xilası, müstəqil dövlətçilik naminə həyata keçirdiyi islahatlar, gördüyü işlər ozamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanırdı. Bütün bunlar bir məqsədə – Heydər Əliyev ideyalarının, xilaskarlıq missiyasının qarşısını almağa xidmət edirdi. Lakin buna nail olmaq mümkün deyildi. Ona görə ki, bütün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü.

 

Xalqımızın güvəncinə çevrilən Ümummilli Liderimizə 1992-ci ilin 16 oktyabrında ölkə ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə ümummilli lider Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuşYeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya hazırda öz sıralarında milli ruhlu insanları birləşdirən, müstəqillik, dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənpərvərlik ideyalarına mənsub olan kütləvi siyasi təşkilata çevrilib.

 

Bu, bir reallıqdır ki, Ümummilli Liderin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə, Azərbaycan miqyasında parlaq gələcəyə olan inam hissini alovlandırmışdı. Ölkəmizin digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğlu Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Xalqın böyük inamsevgisinin əyani ifadəsi olan bu məktublarda, teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Görkəmli dövlət xadimi təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olub, onların problemlərinin həllinə çalışıb.

 

Xilaskarlıq missiyası

 

1993-cü ildə Azərbaycan xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün görkəmli dövlət xadimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın davamlı çağırışlarını nəzərə alan dahi öndərin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu. 15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə düşüb, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib, bütün sahələrdə böyük uğurlar qazanılıb. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz ulu öndər Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümummilli Liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışarkən deyib: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

 

Ulu Öndərimizin Azərbaycanla bağlı bütün arzuları Prezident İlham Əliyev tərəfindən həyata keçirilir

 

Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində azadlıq və müstəqilliyimiz daimi və əbədi olub. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artıb.

 

Dahi şəxsiyyətin uzun illər üçün müəyyənləşdirilmiş ideyaları Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verdi, bu siyasətin uğurlu davamı nəticəsində əsl tərəqqiyə nail olundu. Son 25 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu Ulu Öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin əsasının Naxçıvanda qoyulması qədim diyarda tarixən mövcud olmuş zəngin dövlətçilik ənənələrinin davamı kimi də təqdirəlayiqdir. Onun 1990-cı il iyulun 22-də Naxçıvan Muxtar Respublikasına qayıdışı və buradakı fəaliyyəti 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir.

 

Bu tarixdən ötən 30 il ərzində ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Ümummilli Liderimiz möhkəm, etibarlı təməl yaradıb. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi:Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyükuğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaq”.

 

AZƏRTAC

 

Hərbi And.- 2020.- 24 iyul.- S.12-13.