Dastanlaşmış Türk Xaqanı – Oğuz Xaqan

 

 

AyTürk” adını elan üçün bir səmavi aynadır,

Türkün tarixi həm yerdə, həm Göylərdədir.

(Hüseyn Cavid)

 

Dünyao cümlədən də Türk tarixində əfsanələşmiş, mifləşmiş, xüsusilə dastanlaşmış tarixi hökmdarlara çox nadir hallarda rast gəlmək olar. Müəzzəm Türk tarixində dastanlaşmış ilk tarixi hökmdar Oğuz Xaqandır.

 

Türklərin ilk fateh atası, bütün milli nizam-intizamın, idarəçiliyin qurucusu sayılan Oğuz Xaqan əfsanəyə görə, səmavi bir mənşədən nəşət etmiş və xarüqüladə vəsflərə sahib olmuşdur. Əfsanəyə görə, Oğuz Xaqan hələ uşaq ikən bir sıra qəhrəmanlıqlar göstərmiş və özü kimi Göydən enən bir qızla evlənmiş və ondan altı oğul dünyaya gəlmişdir.

 

Tarix sübut edir ki, millətlərin düşüncə, inanc və yaşayışlarının ən dolğun tarixi qaynaqlarından birimilli dastan, əfsanə və miflərdir. Bu dastan, əfsanə və miflər yalnız tarixin əksikliklərini doldurmaqla qalmayıb millətin ictimai ruhunu, düşüncələrini, inanclarını və yaşayış tərzlərini də əks etdirmək baxımından çox dəyərli mənbələrdir. Onlar hər bir millətin ən qədim keçmişinə işıq tutan əbədi örnəklərdir.

 

Qədim türklərin tarixi fəthlərini dastan şəklində əks etdirən ilk əsər də məhz “Oğuz Xaqan dastanı”dır. Bu dastana elmi ədəbiyyatda “Oğuznamə” də deyilir. “Oğuznamə”yə görə, ulu Cahan hakimiyyətini quran Oğuz Xaqandır. Oğuz Xaqan onun və qarşılıqlı olaraq mənsub olduğu Türk xalqının “İlahi hakimiyyətini” qəbul etməyən xalqların və qövmlərin üzərinə yürüşlər edərək dünyanı fəth etmişdir. Bu yolda Oğuz Xaqana Türk dastan və əfsanələrində mühüm rol oynayan Boz Qurd yol göstərmişdir. Əfsanəyə görə, Göydən enən Bozqurd Oğuz Xaqana: “Ey Oğuz! Sən Urum (Roma) üzərinə getmək istəyirsən. Mən (Bozqurd – A.M.) sənin önündə yürüyəcəm” – demiş, Oğuz Xaqan da Bozqurdu təqib edərək hərbi səfərə çıxmış, Rum hökmdarını yenmiş, Çin, Hindistan, İran, Azərbaycan, İraq, Suriya, Misir, Anadolu, Rus və hətta Firəng ölkələrini belə fəth etmişdir.

 

Oğuz Xaqan dastanı” Türk millətini Oğuz Xaqanın oğullarından olan Göy Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ Xan və Dəniz Xandan törəyən Oğuz boyları ilə Oğuz Xaqanın komandanları sayılan Qarluq, Qıpçaq, Kanqlı, Xələc, Uyğur və sairənin nəsli olaraq bölümlərə ayırmış, Oğuzların hakimiyyəti altında milli birliyi, onlar arasındakı münasibətləri və hüquqi məsələləri də bir nizama bağlamışdır. Həqiqətən də Oğuz Xaqanın hər bir oğlundan dünyaya gələn çocuqlar sonda Oğuz Türklərini meydana gətirmişdir. Oğuz Xaqanın üç oğluGün, AyUlduzdan törəyənlər Oğuzların sağ qolunu, Göy, Dağ və Dənizdən törəyənlər də sol qolunu təşkil etmişlər. Oğuz Xaqan hakimiyyəti təmsil edən “Yay”ı sağ qola, onlara tabe olan sol qola daOxu vermiş, sağdakılar “Boz Oxlar”, soldakılar isə “Üç Oxlar” adlanmışlar. Oğuz Xaqanın yaratdığı bu hüquqi sistemə sonrakı əksər Türk İmperatorluqları da, xüsusilə Hunlar, Səlcuqlular, Çingizoğulları, Osmanlılar və Teymuroğulları da əməl etmişlər.

 

Oğuz Xaqan əsrlərcə Türk soyuna yol göstərən kimi vəsfləndirilmiş, haqqında müxtəlif rəvayət, əfsanə və dastanlar yaranmışdır. Qədim və orta əsr Türk tarixindən, Türk dilindən, Türk ədəbiyyatından bəhs edən elə bir əsər yoxdur ki, orada buya digər dərəcədə Oğuz Xaqandan bəhs edilməsin.

 

Bir çox orta əsr mənbələri Oğuz Xaqanı Əfrasiyabla, Əfrasiyabı da Alp Ər Tonqa ilə eyniləşdirmişlər. Belə ki, Mahmud Kaşğarlı Türklərin Əfrasiyaba “Alp Ər Tonqa” dediklərini və onun dünya hökmdarı – Ajun Bəyi – olduğunu bildirmiş və Türklərin Alp Ər Tonqanın ölümünə matəm saxlayaraq mərsiyələr söylədiyini yazmış və bir şeiri nümunə göstərmişdir. Şeirin məzmunu belədir: “Alp Ər Tonqa öldümü? Dünya boş qaldımı? Fələk öçün aldımı? İndi ürək yırtılır” (Bax: Mahmul Kaşğarlı, Divan).

 

Yusuf Xas Hacib də göstərir ki: “Türk bəyləri içərisində adı məşhur və iqbalı bəlli olan Tonqa Alp Ər idi. O, yüksək biliyə və bir çox fəzilətlərə sahib idi. Necə də seçkin, necə də yüksək, necə də igid adam idi. Məhz fərasətli insan bu dünyaya hakim olar. Taciklər ona “Əfrasiyab” deyirlər. Bu Əfrasiyab ölkələr fəth etmişdir”. (Bax: Yusuf Xas Hacib Balasağunlu. Qutadqu Bilik).

 

Alp Ər Tonqanın fars mənbələrində Əfrasiyab kimi göstərilməsini bir çox müəlliflər, o cümlədən də məşhur Azərbaycan alimi Məhəmmədtağı Zehtabi də təsdiq edir. (Bax: Məhəmmədtağı Zehtabi. İran Türklərinin əski tarixi. II cild, səh. 153).

 

Əfrasiyabın adıAvesta”da da çəkilir. Bunu nəzərə alan Məhəmmədtağı Zehtabi yazır ki: “Əfrasiyab surəti” “Avesta”da da olmuş şübhəsiz ki, Madların (Midiyalılar nəzərdə tutulur – A.M.) ilk illərində – “Avestayaranan zamanlar Əfrasiyab Türklərin rəhbəri imiş sonralar Əşkanilər dövrü bu tarixi qəhrəmanın adı ilə əlaqədar olaraq qəhrəmanlıq dastanı yaranmışdır. Nəzərə alsaq ki, “Avesta”da yazıldığı kimi Əfrasiyab Fəri hakimini Cicəst (İndiki Urmiya gölü – A.M.) dəryasında təqib edib tutmaq istəmişdir, onda qəti şəkildə demək olar ki, Kiçik Midiya dövlətinin paytaxtı Fəradəsp ya Pərspə (İndiki Təxti-Süleyman – A.M.) şəhərini Əlp Ər Tonqa (Oğuz Xaqan – A.M.) tikdirmişdi”. (Bax: Məhəmmədtağı Zehtabi. göstərilən əsəri, II cild, səh. 153).

 

Əfrasiyab adının həmAvesta”, həm Sasani dövründən qalan bəzi fars mənbələrində, həm FirdovsininŞahnaməəsərində, Alp Ər Tonqa, xüsusilə Oğuz Xaqanın da o dövrlərdəki Türklərin qəhrəmanlıq dastanlarında olması aydın şəkildə göstərir ki, Əşkanilər dövründə Türklər tərəfindən formalaşan bu dastan digər xalqlar arasında da yayılmışdı. Firdovsiyə görə, Türklərin ilk fatehi olan Əfrasiyab (Bütün fars mənbələrində Oğuz Xaqan ya Alp Ər TonqaƏfrasiyabadlandırılmışdır – A.M.) bir çox ölkələrlə yanaşı, Hindistanı da fəth etmiş, buralarda bir çox şəhərlər salmış özü ilə bağlı bir sıra xatirələr buraxmışdı. (Seçmələr bizimdir. Bax: Firdovsi, Şahnamə).

 

Türklərin əfsanəvi hökmdarı olan Əfrasiyab (Oğuz Xaqan, Alp Ər Tonqa) fars mənbələrinə görə, Türkün nəvəsi olub Türküstandan sonra İran, Hindistan, Rum Rus ölkələrini fəth etmişdir. İran-Turan müharibələrinin qəhrəmanı olan Əfrasiyabın paytaxtı Mərv ya Bəlx şəhəri göstərilmişdir. Tarixi dastanlara görə, Əfrasiyab Türküstan, İran, Hindistan, Rum Rusiya ölkələrində bir çox şəhərlər salmışdır. Mahmud Kaşğarlı da Əfrasiyabın (Alp Ər Tonqanın) bir çox şəhərlər saldığını təsdiq edir. O yazır: “Qaz Əfrasiyabın qızının adı idi. Qaz hər yay atasının ölkəsində sərin, xoş ab-havalı yerə gedərmiş”. Bu yer tədqiqatçılara görə, “Qazvin” adlanmışdır”. (Bax: Məhəmmədtağı Zehtabi, göstərilən əsəri, II cild, səh. 106). Şiz şəhərinin adı mənbələrdəGənzək, Gəncəkkimi göstərilmişdir. Sasani dövründən qalan bir əsərdə göstərilir ki, Şizin ilk binasını Əfrasiyab (Alp Ər Tonqa) qoymuşdur. İslamdan əvvəlkifars mənbələrinə görə Gəncəni Türk Əfrasiyab tikdirmişdir. (Seçmələr bizimdir. Bax: Məhəmmədtağı Zehtabi. göstərilən əsəri. II cild, səh. 106).

Bəzi müəlliflər hətta tarixdə məşhur Azərbaycan Türklərinin qadın hökmdarı Tomrisi Əlp Ər Tonqanın qızı hesab edir yazırlar ki: “Kuruşu öldürən Sak ellərinə (Şimali Azərbaycan nəzərdə tutulur – A.M.) rəhbərlik edən Alp Ər Tonqanın (Oğuz Xaqanın, Əfrasiyabın) qızı Tomrus xanım olmuşdur”. (Bax: Bax: Məhəmmədtağı Zehtabi. göstərilən əsəri. II cild, səh. 644).

 

Həyat şərtləri və inancları ilə əlaqədar olaraq Türklər tarixən ədalət naminə savaşı belə savab saymışlar. Milli dastan olanOğuz Xaqan dastanı”na görə də Oğuz Xaqan altı oğlu ilə birlikdə dünyanı fəth edib Cahangir olduqdan sonra Anayurdu olan Türküstana dönmüş, bir böyük Qurultay çağıraraq İmperatorluğu oğulları arasında bölüşdürərkən demişdir ki:Ey oğullarım! Mən artıq çox yaşlaşdım, çox savaşdım. Düşmənləri ağlatdım, dostları sevindirdim. Göy Tanrıya borcumu ödədim”. Bundan sonra ölkəni oğulları arasında bölmüş, törəyə və birliyə bağlı qalmalarını vəsiyyət etmiş, hər birinə aid hüquqi mövqe müəyyənləşdirmiş, damğa və onqonlarını bəlirtmişdi. (Bax: Oğuz Xaqan dastanı, səh. 32-33; Oğuznamə, səh. 343-344).

 

Aydın Mədətoğlu

 

Hərbi And.- 2020.- 12 iyun.- S.10.