Türkçü hökmdar və dövlət başçıları

 

X əsr ərəb tarixçisi Məsudi Türklərdən və Türk xalqlarından bəhs etdikdən sonra yazmışdı ki: “Əfrasiyab” (Oğuz Xaqan) bu Türklərin ən qədim hökmdarı və Xaqanlar Xaqanı olub bütün Türk ölkələrinə hakim idi. Digər xanlar ona tabe idilər. İrana da hökm edən bu Əfrasiyab idi”. (Bax: Məsudi. Muruc uz-zəhəb, Paris, 1861).

 

Uyğur Türkləri də öz xanları Buqu Xanın Oğuz Xaqan (Əfrasiyab) soyundan olduğunu öz dastanlarında qeyd etmişlər.

 

Oğuz Xaqanın müqəddəs mənşəyinə hörmət əlaməti olaraq Türk Xaqan, sultan, şahzadə və bəylərinin qanı axıdılmaz, dövlətə xəyanət edənlər belə yayın kirişi ilə boğdurularaq öldürülmüşlər.

 

Oğuz Xaqandan qalma bir çox törələrə, o cümlədən də xalqa ümumi ziyafət – şölən – vermə törəsinə uzun müddət Türk hökmdarları əməl etmiş, minlərcə heyvan kəsərək dəbdəbəli toy mərasimləri yapmış, evlərini xalqa yağmalatmışlar. (Bax: Osman Turan. Türk Cihan hakimiyeti mefkuresi tarihi. I cilt, səh. 102-108).

 

Türk millətinin qəlbində böyük Cahangir olaraq yaşayan Oğuz Xaqana sayğı əlaməti olaraq sonrakı bütün Türk dövlət başçıları, hətta Çingiz Xan belə özünü Oğuz Xaqanın nəslindən hesab etmiş, öz şəcərələrini ona bağlamışlar. Belə ki, “Çingiznaməəsəri (Əsər Moğol istilasından sonra Türk dastanları əsasında formalaşmışdır – A.M.) Çingiz Xanın şəcərəsindən bəhs edərkən Çingiz Xanı Oğuz Xaqanın (Əsərdə Ovuz Xan – A.M.) oğlu Göy Xan nəslindən hesab etmişdir. (Bax: Türk dünyası, III cild, Ankara, 1992, səh. 7).

Ən qədim Türk dastanı olanOğuz Xaqan dastanı”na daha sonralar İslam motivləri daxil edilmiş yeni İslami birOğuznaməyaranmışdır.

 

Bir millətin tarixidir kökü, yurdu, yuvası

Tariximiz baş ucundan hərgiz əskik olmasın.

(Hüseyn Cavid)

 

Oğuz dastanı”nın İslami rəvayətlərinə görə, Oğuz Xaqan Nuh peyğəmbərin oğlu Yafəsin nəslindəndir. İslamiOğuznamə”yə görə, Oğuz Xan Qara Xanın oğludur. Oğuz anadan olarkən atası Qara Xan onun gözəlliyinə heyran qalmış, “qövmümüz uruğumuz içində bu qədər gözəl bir çocuq dünyaya gəlməmişdirdemişdir.

 

Altay Türklərinin yaradılış əfsanəsinə görə isə Qara Xan Tanrının adıdır. Tanrı Qara Xan yerləri göyləriKişi”dən (İnsandan – A.M.) sonra yaratmışdır. İnsan da bu əsnada yaratmaq qüdrətinə erişmək istəyincə Tanrı Qara Xan onuİşıq aləmi”ndən yeraltı qaranlıq diyarına atmışdır. Erlikadlanan bu ilk İnsan onun idarə etdiyi pis ruhlar da düşmən olduqları insanları pisliklərə sövq etdirmişdir. Tanrı Qara Xan sonra yeni birİnsanyaratmışdır.

 

Altay Türkləri hətta “son zamanlara qədər Qara Xanı tanrıların ən böyüyü sayırdılar”. (Bax: Osman Turan. göstərilən əsəri, səh. 50).

 

Oğuz dastanı”nın Uyğurca rəvayətinə görə Oğuzun üzü göy, ağzı od kimi parlaq, gözləri mavi, saçları qaşları qara idi”. (Bax: Oğuz Kağan Destanı. İstanbul, 1936, səh. 11-15).

 

Dastanın İslami rəvayətlərinə görə isə Oğuz Xaqan hələ təzəcə anadan olarkən anası müsəlman olmadığından onun südünü əmməmiş, böyüyüncə bu din ayrılığı üzündən onunla atası Qara Xan arasında ziddiyyət baş vermiş, nəticədə Oğuz Xaqan atasına qalib gələrək taxta çıxmış, öz xaqanlığını elan etmiş dörd tərəfdə bulunan xalqlara elçilər göndərərəkMən artıq bütün dünyanın Xaqanıyam” – deyərək onların hamısını özünə itaətə çağırmışdı. Oğuz Xaqanın ağıllı kəramət sahibi olan müşaviri İrkıl Xoca ya Ulu Türk Tanrının Cahan hakimiyyətini ona verdiyini müjdələyərək söyləmişdi ki: “Ey Xaqanım! Göy Tanrı bütün dünyanı sənə bağışlamışdır”. (Bax: İslamiOğuznamə”).

 

İslamiOğuznamə”dən bir çox şeylər, xüsusilə Bozqurdla bağlı məsələlər çıxarılmışsa da, Yaxın Şərqə Anadoluya gələn Səlcuqlu Türkləri qədim dastanla birlikdə Bozqurd hekayə əfsanələrini gətirmiş, onu kitabdan-kitaba salaraq yaşatmışlar. Belə ki, XII əsr Siryani tarixçisi Mixayıl özünün məşhurXronika”sında göstərmişdi ki: “Yer üzü Türkləri daşımağa kafi gəlmirdi. Qərbə doğru irəliləyərkən Türklərin önlərində köpəyə bənzər bir heyvan (Təbii ki, Bozqurd nəzərdə tutulur – A.M.) vardı Türklər ona (Bozqurda – A.M.) yetişə bilmirdilər. Bozqurd hərəkət etmək istədiyi zamanKöç” – deyə bağırır, Türklər onu təqib edir oralarda çadırlarını qururdular. Uzun zaman yol göstərən Qurd nəhayət qeyb olunca Türklər artıq gəldikləri yerlərdə oturub qaldılar”. (Bax: Michel le Syrien. Chronique. III cild, Fransızcaya çevirən Chabat. Paris, 1905, səh. 153).

 

Oğuz Xaqanın adını daşıyan Oğuz Türkləri 889-cu ildə Xəzər Türkləri ilə birləşərək digər bir Türk boyu olan Peçeneqlərə hücum etmiş, onların bir qismini qərbə doğru hərəkət etməyə məcbur etmiş, bir qismini özlərinə qataraq Oğuzlaşdırmışlar. Ona görə Mahmud Kaşğarlı Oğuz oymaqları içərisində Peçeneqləri qeyd etmişdir.

 

Oğuzlar orta əsrlərdə İtil (Volqa), Sırdərya İrtış çaylarının orta məcrasında yerləşmişdilər. Xəzər dənizinin güneyindən keçən Türk qövmləri, xüsusilə Oğuzlar Ceyhun vadisini keçərək İran, Azərbaycan Orta Doğuya enmiş, oradan da Anadolu yaylalarına keçərək bu ərazilərdə öncədən yaşayan digər Türk boyları ilə qaynayıb-qarışaraq bu əraziləri əbədi olaraq Türk nəsilləri üçün mübarək Türküstan kimi bir yurd, bir Vətən halına gətirmişlər.

 

Oğuzsözü ƏrəblərdəQuzşəklində işlənmiş, müsəlman OğuzlaraTürkmən deyilmişdir. Tədqiqatçıların fikrincə, Ural-Altay ailəsindən yeganə Turanlı qövm Oğuzlardır. OğuzlarQuzadı ilə Yəmənə qədər yayılmış, Yəməndə Məkkədən Hadramauta qədər hökm sürən Rəsulilər sülaləsinin (1248-1454) cədləri Oğuzlardır. Uyğurlar (Uyğurlara tarixi qaynaqlardaDoqquz Oğuzlarda deyilir – A.M.), Farsdakı Salqurilər, Səlcuqlular, Bəydililər, Türkmənlər, Şahsevənlər, Əfşarlar s. Oğuzlardır.

 

Mahmud Kaşğarlı 22, Rəşidəddin 24 Oğuz boyunun adını çəkmişdir ki, bunlardan Kınık, Qayı Əfşarlar dövlət İmperatorluqlar qurmuşlar. Ümumiyyətlə, Oğuz Türkləri tarixən bir çox dövlət, İmperatorluq Cümhuriyyətlər qurmuşlar ki, bunlardan ən məşhuru Oğuz Xaqanın (Əfrasiyabın) qurmuş olduğu Turan Xaqanlığı, Doqquz Oğuz Xaqanlığı, Oğuz Yabqu Dövləti, Böyük Səlcuqlu İmperatorluğu, Anadolu Səlcuqlu Dövləti, Azərbaycan, Mosul Şam Atabəylikləri, Anadolu Bəylikləri, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Osmanlı İmperatorluğu, Türkiyə, Azərbaycan, Türkmənistan Cümhuriyyətləridir.

 

Tanrının Oğuz Xaqanaonun nəslindən olan digər Türk hökmdarlarına Cahan hakimiyyətini bağışladığını İrkıl Xoca, Dədə Qorqud və “Tab Tanqrı ləqəbi daşıyan Gökcə” (Bax: Rəşidəddin. Cami-ət-təvarix. I cild, Ankara, 1960, səh. 307) və bir sıra İslam övliyaları da müjdələmişlər.

 

Aydın Mədətoğlu

 

Hərbi And.- 2020.- 19 iyun.- S.16.