İtaliya qəhrəmanı adına layiq görülən qazaxlı Serafino kimdir?
Böyük Vətən müharibəsində
Azərbaycanın oğul
və qızları Avropa ölkələrində
hitlerçilərə qarşı
mübarizə aparıb
və uğurlar qazanıblar. Onların bir çoxu
Sovet İttifaqı Qəhrəmanı adı
ilə təltif olunub. Lakin barəsində söhbət
açacağımız Qazax
sakini bu müharibədə İtaliyanın
Milli Qəhrəmanı
adına layiq görülüb. Söhbət
Qazax rayonunun Şıxlı kəndinin
sakini olan, iki dəfə alman əsirliyindən qaçan, italiyalı partizanların “Serafino” ləqəbi ilə çağırdığı Tahir İsayevdir.
AZƏRTAC xəbər verir ki, kənd
sakinlərinin sözlərinə
görə, Tahir İsayev 18 yaşı tamam olmamış elə məktəbli geyimində cəbhəyə
yola düşüb. Böyük Vətən
müharibəsində Şıxlıdan
İtaliyanın Milan şəhərinə
qədər uzun və məşəqqətli,
qəhrəmanlıqlarla dolu,
film kimi bir həyat yolu keçib.
O, cəbhədə Mazdok yaxınlığında ağır
döyüşlərdə yaralanaraq əsir düşüb. Lakin böyük əziyyətlərlə
“Bühenvald” ölüm
düşərgəsindən qaça bilib. Yolda kömür daşıyan
vaqonda gizlənərək,
qatarın sovet torpaqlarına doğru yola çıxdığını
zənn edib. Lakin qatar
Tahir İsayevi əks tərəfə, İtaliyaya, hitlerçilərin
yanına aparıb. İtaliyada
o, Berqamo şəhəri
yaxınlığında partizan
dəstəsinə qoşularaq
faşistlərə qarşı
döyüşüb. Adriatik dənizi sahillərində
Mehdi Hüseynzadə,
Mirdamət Seyidov kimi şücaətlər
göstərib, xalqın
qəhrəmanına çevrilib.
Bu gün də öz qəhrəmanlarını
böyük ehtiramla xatırlayan kənd sakinləri onun əziz xatirəsini anır, ev-muzeyini ziyarət edirlər. Kənd
sakini Kamal Qurbanov deyir ki, Serafino ləqəbli
Tahir İsayevin kənddəki qəbri hər il
9 May - Qələbə günündə
ziyarət olunur. “O, İtaliyada faşistlərə
qarşı döyüşən
partizan dəstəsinin
üzvü olub. Göstərdiyi qəhrəmanlıqlara görə o, “Serafino” ləqəbi ilə çağırılıb. Hər il eyni tarixdə
onun qəbri üstündə qəhrəmanlıqlarından
ağız dolusu danışılır”, - deyə
kənd sakini əlavə edib.
İndi onun ev-muzeyində yüzlərlə eksponat,
medal və dəyərli
əşyaları qorunur. Tahir İsayev
müharibə illərində
alman və italyan dillərini də gözəl mənimsəyə bilib.
O, "Fiamma Verdi" beynəlmiləl
briqadasında italyanlar,
fransızlar, ingilislər
və ruslarla çiyin-çiyinə vuruşub.
İtaliyalı partizan qızla,
Adelina ilə evlənib və tale elə gətirib ki, bu evlilikdən
məhz mayın 9-da, Qələbə günü
bir oğlu olub.
Serafino
1945-ci il aprelin 25-də Milan şəhərinin
də faşistlərdən
təmizlənməsində qəhrəmanlıq göstərib.
1968-ci ildə ona İtaliyanın Milli Qəhrəmanı adı verilib, Milan şəhərinin fəxri
vətəndaşı olub.
O, 2001-ci ildə, 79 yaşında vəfat edib və Şıxlı kənd qəbiristanlığında dəfn olunub. Üç övladı var.
Tahir İsayev
İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri
olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət
mükafatı ilə təltif olunub.
Hərbi And.- 2020.- 15 may.- S.21.