Azərbaycanın incisi,
Qarabağın mirvarisi Şuşa
Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
...Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Cəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh etmişdir. “Şərqin konservatoriyası” adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi incəsənət xadimlərinin vətəni olmuşdur. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olmuş, kurort kimi qonaqların ən çox dincəldiyi məkana çevrilmişdir. Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib.
1992-ci il mayın 8-də Ermənistanın silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24.900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan , tarixi abidələr məhv edildi.
Bu gün dəfələrlə səslənən “Şuşa xəyanətin qurbanı oldu” sözləri təsadüfən deyilməyib. Yerli əhalinin dediklərindən aydın olur ki, mayın əvvəllərində şəhər sakinlərinin əhval-rühiyyəsi də yaxşı olub. Belə ki Şuşanı tərk etmək barədə fikir belə yox idi.
Əsas problem silah çatışmazlığından
ibarət idi. Yəni qeyri
- bərabər döyüşdə
könüllü batalyonlar
şəhəri mətanətlə
qoruyurdular. O günlərdə
bütün Azərbaycan
xalqı Şuşanın
taleyi üçün
narahatlıq keçirirdi.
Hamı Şuşanın müdafiəsinə
qalxmışdı. Belə ki,
bəzi təxribat xarakterli “torpaqları qoyub qaçdılar, döyüşmədilər” sözlərin
heç bir əsası yox idi. Ermənilərin,
havadarları rus ordusunun artilleriyasının
hucumlarının qarşısını
alan könüllülər,
yerli əhali düşmənə qarşı
mərdliklə vuruşurdu.
O zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və
təcrübəyə malik
olmayan, bacarıqsız
müdafiə naziri Rəhim Qazıyevin səhvləri üzündən
pərakəndə aparılan
döyüşlər, yaranan
hərc- mərclik Şuşanın müdafiəsini
çətinləşdirirdi. Ermənilərin özləri
də etiraf edirlər ki, Şuşanın işğalında
100-ə qədər zirehli
maşın və
tank, 11min canlı qüvvə
ilə birlikdə xarici dövlətlərdən
gətirilmş müzdlularıdan,
havadarlarının yardımından
istifadə olunmuşdur.
Şuşanın işğalı ilə bağlı şahidlər
bildirirdilər ki, hələ mayın 3-4-də
ağır texnika və artilleriya, canlı qüvvə bilərəkdən Şuşadan
çıxarıldı. İşğal
olunan Kərkicahan istiqamətindən Şuşa ətrafındakı
Hacı talası və Daşaşıran adlanan ərazilərdən
ermənilərin güclü
həmləsi başlandı.
Şuşa dörd tərəfdən “qrad”, “ kristal” tipli
raketlər, top, tank, zirehli
texnikalarla güclü
atəşə tutuldu.
Azsaylı könüllülərdən ibarət dəstələrin
qoruduğu şəhər
faktiki olaraq müdafiəsiz qaldı.
Bütün çətinliklərə
baxmayaraq Şuşanın
Azərbaycan üçün
strateji əhəmiyyətini
nəzərə alan döyüşçülər
əsil qəhrəmanlıq
göstərərək alınmaz
qala Şuşanı qorumağa çalışırdılar.
Amma vəziyyət getdikcə ağırlaşırdı. Arxa cəbhə ilə əlaqələr çətinləşirdi.
Şəhərdə kommunal sistemlər,
işıq, qazla təchizat iflic vəziyyətində idi.
Xocalı hadisəsindən sonra camaat hökumətə
inanmırdı. Məcburən qadınların, uşaqların,
yaralıların şəhərdən
çıxarılmasına başlanıldı. Beləcə
əsrlərdən bəri
alınmaz qala kimi düşmən hücumlarına mətanətlə
sinə gərən Şuşa həmişə
təbiətinə, gur
sulu bulaqlarına həsəd aparan ermənilərə əsir
oldu. Yuxarı Qarabağda azərbaycanlıların
yaşadığı sonuncu
yaşayış məntəqəsi
də ermənilərin
əlinə keçdi.
Rəhim
Qazıyevin başçılıq
etdiyi Müdafiə Nazirliyindən isə bildirirdilər ki, Şuşaya hücum xəbəri yalandır.
Alınmaz qala olan Şuşanın
işğalı ilə
bağlı müxtəlif
fikirlər səslənsə
də bir məsələ aydındır
ki, bu qədim
şəhər xəyanətin
qurbanı oldu.
Geniş
auditoriya qarşısında
çox əminliklə
“Şuşa işğal
olunsa tapança ilə özümü vuraram” deyən, o dövrdə layiq olmasa belə Azərbaycanın müdafiə
naziri vəzifəsini
icra edən şəxs zabit mətanətinə xilaf çıxaraq verdiyi vədini yerinə yetirməyə cəsarəti
çatmadı. Şəhərin
işğalı nəticəsində
mədəni- maarif, kənd təsərrüfatı
texnikumları da daxil olmaqla 22 təhsil müəssisəsi,
7 məktəbəqədər uşaq-tərbiyə ocağı,
onlarla xəstəxana,
8 mədəniyyət evi,
14 klub, 20 kitabxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 müzey, Şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı,
minlərlə yaşayış
evi viran qoyuldu, talandı.
Artıq
25 ildir ki, dağlarının başı
qara buludlu, meşələri dumanlı
olan Şuşada qürbətdə
qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükükdür.
Susa şuşalılarsız
qalıb. Cıdır düzü
namərdlərin tapdağı
altındadır. Erməni vandalizminin
qurbanı olan, düşmən gülləsindən
“yaralanan”, paytaxtda saxlanılan Bülbülün,
Üzeyirin, Natəvanın
heykəlləri doğma
vətəninə qaydacağı
günü gözləyir.
Aprel döyüşləri,
qüdrətlənən ordusunun
şücaəti göstərir
ki, Lələtəpədə
düşmən gözünə
ox olan bayrağımızın
Şuşada da dalğalanacağı gün
gələcək.
Prezident İlham Əliyevin
qeyd etdiyi kimi Azərbaycanın işğal altında qalan torpaqlarını nə yolla olursa
olsun azad etmək imkanları böyükdür.
“Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq” söyləməklə
Azərbaycanın birmənalı mövqeyinin dəyişilməz olduğunu diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi torpaqlarımız hansı yolla olursa olsun işğaldan azad ediləcək.
...O gün gələcək. Bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtulacaq. Yenə qonaqlı- qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bu, əlli milyonluq bütün dünya azərbaycanlılarının arzusudur.
Xuraman
İsmayılqızı
Hərbi And.- 2020.- 15 may.- S.6.