Türkiyənin səmadakı
uğuru: Yerli PUA-lara ümumi baxış
Bu
yazıda Suriyada və Liviyada nümayiş etdirdikləri
bacarıqları ilə diqqəti cəlb edən Türkiyənin
yerli və milli PUA-larının 1990-cı illərdə
başlayan uğurlu hekayəsindən bəhs edilir.
Fevral-mart aylarında Türkiyənin yerli və milli PUA-ları Suriyanın İdlib bölgəsində aprılan “Bahar Qalxanı” əməliyyatı zamanı aparıcı rol oynayıb. Hərəkət edən hər şeyi, demək olar ki, çox dəqiqliklə vurmaq qabiliyyətinə sahib uçuş aparatları yaşayış məntəqələrində göstərdikləri performansla mikrocərrahiyyə əməliyyatına bənzər əməliyyat həyata keçiriblər.
Türkiyə bu imkan və bacarıqları nə qədər müddətdə qazanıb? Bu müddətdə nələr baş verib?
PUA-lar və
Silahlı PUA-lar nədir?
Türkiyənin
PUA-larının və silahlı PUA-larının inkişaf mərhələlərinə
nəzər salmadan öncə bəzi məqamları bir daha
xatırlamaqda fayda var. PUA-lar funksiyalarına, çəkilərinə,
mühərriklərinə, qanad tiplərinə və mənzillərinə
görə təsnif edilir.
Kəşfiyyat,
nəzarət, nəqliyyat, dəniz patrulu, axtarış və
xilasetmə kimi sahələrdə səmərəli istifadə
olunan bu uçuş aparatlarının ən vacib nəzərəçarpan
effekti onlardan hücum zamanı da istifadə oluna bilməsidir.
PUA-lar yalnız yaxın hava dəstəyi vermir, eyni zamanda hədəfin
tuşlanması, hava hücumundan müdafiə sistemlərinin
məhv edilməsi və hava məkanının müdafiəsi
kimi çox vacib vəzifələrin öhdəsindən gələ
bilirlər. PUA-ların yaxın gələcəkdə daha
çox vəzifə yerinə yetirə biləcəyini nəzərə
alsaq, bu texnologiyaya sahib ölkələrin digərlərinə
nisbətən nə qədər üstün olduğunu
aydın görə bilərik.
Türkiyəyə
PUA-lar ilk dəfə 1993-cü ildə gətirilib
Türkiyə,
xüsusilə 1990-cı illərin əvvəllərində
terror hadisələrindən sonra bölgədə
PUA-ların əhəmiyyətini hələ bu texnologiya yeni
olarkən başa düşə bilən azsaylı ölkələrdən
biridir. Buna görə də Türkiyədə PUA sistemlərinin
inkişafı və TSQ inventarına daxil edilməsi ilə əlaqədar
aparılan tədqiqatlar 1980-ci illərin sonlarında
dünyadakı inkişaflara paralel olaraq özünü
büruzə verməyə başladı.
1994-cü
ildə, Almaniyanın 1993-cü ildə bağışladığı
“Canadair” şirkəti tərəfindən istehsal edilən 5 ədəd
CL-89 PUA-sı ilə uçuşlara başlandı. Lakin
sistem maddi problemlər və qəzalar səbəbindən
qısa müddət ərzində arsenaldan
çıxarıldı.
1989-cu ildə
ABŞ-ın “General Atomics” şirkəti tərəfindən
ilk PUA-lar istehsal olunmağa başladı. Bu texnologiyanın təmin
edəcəyi faydaları görən Türkiyə müttəfiqlərdən
GNAT PUA-ları idxal etmək üçün ilk addımlar
atmağa başladı və 1993-cü ildə ilk GNAT
PUA-larını əldə etdi. GNAT 750-lər uzun illər
istifadə edildi. Bu aparatlar Türkiyə Silahlı Qüvvələrinin
arsenalına daxil olan ilk PUA-lar idi.
Yerli
şirkətlərin prosesə qoşulması
GNAT-ların
satınalması prosesinə paralel olaraq dövlət bu vasitələrin
yerli və milli imkanlarla inkişaf etdirilməsi
üçün addımlar atmağa başladı. Bu çərçivədə,
Türkiyə Aviakosmik Sənayesi (TUSAŞ) tərəfindən
“İHA-X1” (1992), “Turna-Keklik” (1996), “Pelikan-Martı” (2003),
“Gözcü” (2007), “Öncü” (2008), “Şimşek” (2012) və
ən sonda “Anka” pilotsuz uçuş aparatları
hazırlanıb. Bundan əlavə, rotorlu PUA (2012) sahəsində
də işlər görülüb.
1990-cı
ildə TUSAŞ tərəfindən üzərində işlər
aparılan UAV-X1 “Şahid” sistemi ilk yerli istehsal edilən PUA
hesab olunur. Bu PUA 1992-ci ildə istehsal edilsə də, kütləvi
istehsalı həyata keçirilməyib.
Qabar
dağının ətəyində qurulan müəssisə
Bu
addımlar əsasən dövlət tərəfində
atılırdı, bununla yanaşı bu texnologiyanı
Türkiyəyə gətirmək üçün özəl
şirkətlər də faəliyyət göstərirdi.
Onlardan biri bu gün sektorda hər kəsin yaxından izlədiyi
“Baykar Savunma” şirkətidir.
2000-ci
ilin əvvəllərində bu layihə ilə əlaqədar
addım atan Özdemir Bayraktar və oğulları Haluk və
Selçuk Bayraktarın hekayəsinin başladığı
yer Şırnak idi.
Şırnakın
6-cı Daxili Təhlükəsizlik Briqadasına baş
çəkərkən komandirlərdən biri Melih Gülova
Özdemir Bayraktara şəhidlərin qanlarını göstərərək
terrorizmə qarşı texnoloji bir vasitə tapmağa
çalışdığını söylədi. Bunun
ardınca briqadanın yerləşdiyi Qabar dağının ətəyində
bir müəssisə quruldu.
Özdemir
və Selçuk Bayraktarın rəhbərliyi altında
mühəndislər üç il Qabardakı müəssisədə
qaldı və ərazini araşdırdı. Bu işlərin
bəhrəsi olaraq, o dövrdə Türkiyə Ordusunun
çox ehtiyac duyduğu “Bayraktar Gözcü” mini PUA-sı
inkişaf etdirildi. Ancaq Melih Gülova 2007-ci ildə
Şırnakda terrorçular tərəfindən uzaqdan partladılan
bomba nəticəsində şəhid oldu. Özdemir Bayraktar
bu gün əldə olunan naliyyətlərə dair
sualları cavablandırarkən deyir ki, “bu layihələr əslində
onların uğurudur. Biz komandirin vəsiyətini
tamamladıq”.
Eyni
dövrdə 24 dekabr 2004-cü ildə Müdafiə Sənayesi
İdarəsi ilə Türkiyə Aviakosmik Sənayesi
arasında “Anka”nın inkişaf etdirilməsi ilə
bağlı müqavilə imzalanıb.
Bunları
nəzərdən keçirdikcə görürük ki, əslində
pilotsuz uçuş aparatlarında, xüsusən silahlı
PUA-larda mövcud olan imkan və bacarıqlar üzərində
çox diqqətlə hissə-hissə işlənilib.
Alınan “Heron” PUA-ları yaxşı nəticə göstərmədi,
milyonlarla dollar xərcləndi. Lakin keçmişdə
baş verənlərin hal-hazırda əldə olunan nailiyyətlərə
çox böyük təsiri oldu.
İsraildən
alınan “Heron”larında daim problemlər yaranırdı
Türkiyədə
1990-cı illərin sonlarında başlayan “Yerli və milli
imkanlarla PUA istehsal edilməsi” layihələrinə
bürokratik əngəllər yaradılırdı. İsrail
ilə “Heron” PUA-larıyla bağlı müqavilələr
imzalanarkən, yerli layihələr “maliyyə problemləri” səbibilə
dayandırılırdı.
2005-ci ildə
İsraildən 1 ədəd “Heron” PUA-sı icarəyə
götürən Türkiyə 4 milyon dollar ödəyərək
3 il bu vasitədən istifadə etdikdən sonra onu geri
qaytardı. 2007-ci ildə İsraildən daha 3 PUA kirayəyə
götürüldü. 15 milyon dollara kirayəyə
götürülən “Heron”lar orta səviyyəli idi və
18 min futa qədər çıxıb 6-8 saat havada qala
bilirdi. İsrailin “AeroStar” şirkətindən icarəyə
götürülən bu PUA-lardan səmərəli istifadə
olunmadı və hər üçü qəzaya
uğradı.
Bir
müddətdən sonra İsraildən 18 ədəd “Heron”
PUA-sının alınması üçün razılıq əldə
olundu. Tenderdə “Heron”un rəqibi ABŞ-da istehsal edilən
“Predetor” idi. Bu PUA “Heron”dan daha yaxşı olsa da, İsrail
“Aselsan” tərəfindən istehsal edilən “Aselflir 300T”
(elektro-optik kəşf, nəzarət və hədəfləmə
sistemi) cihazını sistemə inteqrasiya etməyi qəbul
etdiyinə görə, Türkiyə İsrail ilə
müqavilə imzaladı.
Ancaq
sonradan İsrail bu sistemin ağır olduğunu iddia edərək
uçuş hündürlüyü və havada qalma müddətinin
azaldılmasını tələb etdi. Beləliklə,
Türkiyənin artıq pulunu verdiyi PUA-ları almaq
üçün qəbul edilmiş şərtləri dəyişdirdi.
PUA-nın 30 min fut yüksəkliyi 24 min futa endirildi, nəqliyyat
vasitəsinin havada qalma müddəti də azaldıldı.
Buna baxmayaraq, gətirilən “Heron”lar arasında sınan,
sıradan çıxan və eniş və qalxış
zamanı qəzaya uğrayanlar oldu, PUA-ların tədarükü
3 il gecikdi. Bundan əlavə, bu təyyarələrin eniş
və uçuş operatorları tamamilə İsrailə aid
idi, əldə edilən görüntülər İsrailə
ötürülürdü.
Türkiyənin
ilk yerli PUA-sı TSQ-nin inventarına daxil olur
Bu
dövrdə özəl sektorun, eləcə də dövlətin
gördüyü işlər ilk bəhrəsini verməyə
başladı. “Baykar” milli və orijinal PUA-nı TSQ
inventarına daxil etdi. Mini PUA on minlərlə saatlıq
uçuşdan sonra 2007-ci ildə vaxtında
çatdırılma ilə Silahlı Qüvvələrin
inventarına daxil oldu.
2009-cu ildə
səmada “Malazgird” PUA-sı
“Baykar”ın
gördüyü işlər o illərdə TSQ-nin
yarasına bir məlhəm oldu. Komandirlərin tələblərinə
uyğun olaraq hazırlanan sistemlər bir-birinin ardınca
inventara daxil olmağa başladı. Bu çərçivədə
önə çıxan layihələrdən biri də
“Malazgirt” dönmə qanadlı mini PUA-ları idi.
2006-cı
ilin noyabr ayında Şırnakda yerləşən 6-cı
Motoatıcı Piyada Briqadası “Baykar”dan terrorla mübarizədə
istifadə ediləcək avtomatik uçuş xüsusiyyətləri
olan bir helikopter platforması hazırlamasını istədi.
“Malazgirt”
PUA-ları dünyada ilk dəfə TSQ tərəfindən
istifadə edilən mini robotik helikopter sistemi idi, o, 2009-cu ilin
may ayında Quru Qoşunları Komandanlığına təslim
edilib.
ANKA-nın
meydana gəlməsi
Daha əvvəl
müxtəlif səbəblərdən heç bir irəliləyiş
əldə edə bilməyən ANKA ilə bağlı
2012-ci ildə yeni bir addım atıldı. Türkiyənin
Müdafiə Sənayesi İdarəsi və Hava Qüvvələri
Komandanlığı tərəfindən ANKA-nın əsas
konfiqurasiyası olan ANKA-A-nın qəbul sınaqları başladı.
Bu dövrdə, xüsusilə Müdafiə Sənayesi
İdarəsi tərəfindən atılan addımlar və qəbul
etdiyi yol xəritəsi bu gün əldə olunan nailiyyətlərdə
böyük rol oynayıb.
25 oktyabr
2013 tarixində Müdafiə Sənayesi İdarəsi
Türkiyə Hərbi Hava Qüvvələri
Komandanlığına təhvil veriləcək 10 ANKA-S
PUA-sı üçün daha bir müqavilə imzalayıb. Əməliyyatlar
başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A
prototipləri Türkiyə Aerokosmik Sənayesinin pz
resursları ilə Elazığda yerləşdirildi.
Bayraktar
TB2 səhnəyə çıxır
Başlayan
hərbi layihə ardından növbəti layihəni gətirirdi
və başqa sistemlərdən öyrənilən
inkişaflar yeni platformalara əlavə edilirdi.
2007-ci ildə
Müdafiə Sənayesi idarəsi Quru Qoşunları
Komandanlığının Taktiki Pilotsuz Uçuş
Aparatlarının İnkişaf Proqramı üçün
şirkətlərlə görüşlər keçirməyə
başladı. Bu görüşlərdən biri də
“Baykar” şirkəti ilə edildi. Bu proqramın məqsədi
35 kq yük daşıya bilən, 18 min fut yüksəklikdə
10 saat uça bilən və 150 kilometr məsafən əlaqə
qura biləcək bir PUA-nın inkişaf etdirilməsi idi.
İnkişaf
etdirilmiş prototip 8 iyun 2009-cu il tarixində Keşan Hava
limanında ilk uçuşunu çox müvəffəqiyyətlə
həyata keçirdi. Prototip 2009-cu ildə rəsmi şəxslərin
qarşısında uğurlu uçuş sınaqlarından
sonra 2010-cu ildə satınalma qərarı verildi. “Baykar” tərəfindən
2012-ci ildə hazırlanan “Bayraktar” mini PUA Qətərə
ixrac edilib.
“Bayraktar
Taktiki Blok 2” (TB2) adlanan sistem ilk uçuşunu 29 aprel
2014-cü ildə etdi. “Bayraktar TB2” PUA-sından tender mərhələsində
10 saat havada qalmaq və 18 min fut yüksəklikdə
uçuş reallaşdırmaq tələb olunurdu. PUA Edirne
Kesan Hərbi Hava Limanında 24 saat 34 dəqiqə havada
qalmaqla və 27 min metr yüksəklikdə uçaraq
Türkiyə aviasiya rekordunu təzələdi. 2 iyul 2019-cu
ildə “Bayraktar TB” ağır səhra şəraitində Küveytdə
demo uçuşu zamanı 27 saat 3 dəqiqə havada
uçuş rekordunu yenidən təzələdi.
“Bayraktar
TB2” silahlandıqdan sonra bir çox əməliyyatda vacib vəzifələri
yerinə yetirib.
Silahla təchiz
edilən “Bayraktar TB2” 175 min saat uçdu
2015-ci ildə
ilk dəfə silahlanmış “Bayraktar TB2”dən mart
ayına qədər qədər 104 ədəd təhlükəsizlik
güclərinə təhvil verilib. Təhlükəsizlik
qüvvələrinin ən aktiv istifadə etdiyi pilotsuz
uçuş aparatı platforması olan “Bayraktar TB2” 2020-ci
ilin fevral ayına qədər cəmi 175 min saatlıq əməliyyat
uçuşu həyata keçirib. Əməliyyat
uğurları ilə dünyanın diqqətini çəkən
“Bayraktar TB2” silahlı PUA-ları 2019-cu ildə Ukrayna və Qətərə
ixrac edilib.
“Bayraktar
TB2” silahlı PUA-ları antiterror əməliyyatlarında,
xüsusilə “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Pəncə”,
“Kıran”, “Barış pınarı” əməliyyatlarında
fəal istifadə edilib. Şərqi Aralıq dənizində
kritik vəzifələrini davam etdirən “Bayraktar TB2”
PUA-ları “Bahar Qalxanı” əməliyyatının da ön
cəbhəsində idi.
“Vestel”in
“Karayel” PUA-sı ilk uçuşunu başa vurdu
2013-cü
ildə Türkiyənin fərqli şirkətləri bu sahədə
inkişafını davam etdirdi. Bu şirkətlərdən
biri “Vestel Defence” şirkəti “Efe” adlı mini PUA-nın
prototipinin istehsalına 2005-ci ildən başlayıb. Sistem
kütləvi istehsal edilə bilmədi.
Şirkət
“Karayel” adlı taktiki PUA sisteminin prototipinin inkişafına
2007-ci ildə başlayıb. 2009-cu ildə həyata
keçirilən uçuş sınaqlarından sonra 2010-cu
ildə PUA-nın kütləvi istehsal edilməsinə qərar
verildi. 2013-cü ildə başlayan “Karayel” PUA layihəsi 2014-cü
ildə səmaya qaldırıldı. “Karayel” silahlı
PUA-sı 2016-cı ildə ilk uçuşunu həyata
keçirdi.
Türkiyənin
müdafiə sənayesinin PUA istehsalçılarından biri
olan “Vestel Defence” tərəfindən hazırlanan “Karayel”
TSQ-nin xidməti alış müqaviləsi və müxtəlif
uçuş nümayişləri fəaliyyətləri
çərçivəsində keçən il 10 min saat
uçuş həyata keçirib.
ANKA-S ilə
yeni bir dövr başladı
ANKA-A-da
qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni
missiya avadanlıqlarını daşıyacaq və daha
yüksək performansa sahib olacaq ANKA-B-nin ilk uçuşu 30
yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il
ANKA-S sisteminin detallı dizayn mərhələsi başa
çatıb və ilk uçuş 2016-cı ilin sentyabr
ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay
sonra SNKS-B-nin qəbul prosesi başa çatdı.
ANKA-B
2017-ci ilin mart ayında Jandarma Ümumi
Komandanlığının inventarına daxil olub. İyul
ayında ANKA-S “Türksat 4B” peyki üzərindən nəzarəti
əldə edən Türkiyədənin ilk pilotsuz
uçuş aparatı oldu.
ANKA-S
layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə
tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi
PUA-ları təkcə qabiliyyət baxımından inkişaf
etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm
də tapşırıq kompüteri, mühərrik, İFF
sistemi, məlumat qeydetmə sistemi və məlumat
bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri
də zamanla yerliləşdirib.
Havada
dönüş nöqtəsi: “ANKA-AKSUNGUR”
Türkiyə
bu müddət ərində pilotsuz uçauş
aparatlarından terror əməliyyatlarında çox təsirli
şəkildə istifadə etdi, həmçinin son illərdə
yaşanan inkişafların fonundan yeni sistemlərdən yeni
sahələrdə istifadə etməyə başladı.
Yerli və
milli PUA-lar daxili təhlükəsizlik əməliyyatlarında,
eləcə də Qara dəniz, Egeydə, Suriyada, İraqda,
Şərqi Aralıq dənizində, Liviyada və ehtiyac olan
digər yerlərdə Türkiyənin gözü, qulağı
oldu və kritik hədəfləri məhv etdi.
Sahədəki
müvəffəqiyyət əldə edən layihələr
davam edərkən, yerli və milli şəkildə
inkişaf etdirilən digər PUA layihələri də
bir-birinin ardınca ortaya çıxırdı. Ötən
aylarda insansız sistemlər sahəsində Türkiyə daha
kritik həddi geridə buraxdı. “ANKA-Aksungur” pilotsuz
uçuş aparatı ilk uçuşunu martın 20-də həyata
keçirib.
Xidməti
məsafəsi 40000 fut olun “ANKA-Aksungur”un yükləmə
qabiliyyəti 700 kq-dan çoxdur. Sektor nümayəndələrinə
və mütəxəssislərə görə “ANKA-Aksungur”
Türkiyənin hava sahəsində yeni bir uğurudur.
“Akıncı”
hücum PUA-ları
“ANKA-Aksungur”la
yanaşı sektorda hər kəsi həyəcanlandıran digər
bir hadisə “Bayraktar Akıncı” hücum PUA-sının ilk
uçuş sınağı oldu.
2019-cu
ilin sonlarında uğurlu uçuş həyata keçirən
PUA Türkiyəni bu sinifdə dünyanın üç
ölkəsindən birinə çevirdi.
“Gökdoğan”
və “Bozdoğan”ı daşıya biləcək
“Akıncı”
həm görüş məsafəsində, həm də
görüş məsafəsindən kənarda peyk vasitəsilə
istənilən yerdən idarə oluna bilir. Süni zəka
kompüterləri və AESA Radar ilə yüksək situasiya
şüuruna sahib olan “Akıncı” TÜBİTAK SAGE tərəfindən
hazırlanan “Gökdoğan” və “Bozdoğan” adlı
hava-hava döyüş sursatları ilə işləməklə
döyüş təyyarələrinin yükünü
yüngülləşdirəcək.
“Akıncı”
PUA-ları ümumi təyinatlı bomba, idarəolunan
döyüş başlıqları və SOM qanadlı raketləri
kimi döyüş sursatlarıyla hücum edə bilir.
“Akıncı” hücum PUA-ları ilə “Baykar”, həmçinin
MİUS adlı döyüş PUA-ları layihəsi üzərində
işləyir.
Daha fərqli
layihələr də gələcək
Türkiyənin
bu sahədə atdığı addımları fərqli
sistemləri də bərabərində gətirdi. Özəl
sektor da son vaxtlar çox böyük işlər
görüb və dünyada rəqiblərinə meydan oxuyub.
“Asisguard”
tərəfindən hazırlanan “Songar” silahlı dron sistemi
olduqca unikal həllər təklif etdiyi halda, eyni şirkətin
“SALGUR” layihəsi də diqqəti cəlb edib. 6-ya qədər
dronla sürü halında uça bilən sistem süni
görüntü və marşrut təyinetmə, həmçinin
üz, mətn, obyekt və nəqliyyat vasitələrini
tanıma imkanlarına sahibdir.
Terrorizm və
asimmetrik müharibə sahəsində istifadə olunan avtonom
dönər qanadlı “Alpagu” PUA-ları, yükləmə
qabiliyyətinə malik “ALBATROS Cargo” PUA-ları, “Altınay
Doğan” “Sərçə 2” kimi sistemlər də səmaya
qovuşmaq üçün gün sayır.
Dəyanət
Ağalarlı
Hərbi And.- 2020.- 13noyabr- S.18-19.