Vətən müharibəsi iştirakçısı:
Şuşa şəhərinə
ilk qədəm qoyanların sırasında
olmaqdan böyük qürur hissi keçirirəm
Düşmən bizimlə əlbəyaxa döyüşlərdə heç
vaxt davam gətirə bilmir, döyüş meydanından
qaçırdı. Onlar
bir-iki kənddə əlimizdən qaça bildilər. Lakin biz imkan tapıb
düşmənlə üz-üzə
dayandıq və həm canlı qüvvələrini, həm
də maşın kolonlarını məhv etdik.
AZƏRTAC-ın Naxçıvan bürosuna
müsahibəsində bu
sözləri Naxçıvandan
olan Vətən müharibəsi iştirakçısı
Azadi Rzayev deyib. O bildirib ki, düşmən Tuğ kəndi istiqamətində müqavimət
göstərməyə çalışdı.
Həmin kəndin yanında yüksəklik var idi və
həmin yüksəklik
strateji əhəmiyyətinə
görə seçilirdi.
Bura alınmasa idi, bizim arxadan
gələn qüvvələrimiz
atəş zərbəsi
altında qala bilərdi.
“Biz burada
düşmən tərəfindən
beş gün mühasirədə qaldıq.
Sonra qruplara ayrılaraq hücuma keçdik və ermənilərin
200-ə yaxın əsgərini
məhv etdik”, - deyən Azadi Rzayev bildirib ki, Şuşa şəhərinə ilk qədəm qoyanların sırasında olmaqdan böyük qürur və xoşbəxtlik hissi keçirir.
Azadi Rzayev
deyib ki, ordumuz Şuşa istiqamətində hərəkət
edərkən dağda,
dərədə, meşədə
pusquya saldılar: “Biz pusqulardan da çıxdıq, əks-hücuma keçdik,
düşmənin minaatanlarını
və canlı qüvvəsini məhv etdik. Bu döyüşlərdə
şəhidimiz də,
yaralananlarımız da
oldu, amma həmişə ruh yüksəkliyimiz var idi. Çünki biz öz torpağımızda
vuruşurduq, öz torpağımızı işğaldan
azad etmək üçün vuruşurduq.
Biz Şuşanın mərkəzinə daxil olanda düşmən ayıldı ki, onların yarısı qırılıb, qurtarıb.
Belə düşünürəm
ki, bu döyüşdə
düşmən yüzlərlə
itki verdi. Bu döyüşlərdə
qəhrəman yoldaşlarımızdan
yaralı ola-ola döyüşənlər də
az deyildi. Onlar döyüş meydanından çıxmaq
istəmirdilər. Hamının
bir fikri vardı - düşmən
məhv edilməlidir!”.
Hərbi And .- 2020 .- 27noyabr.- S.9.