44 günlük
Qarabağ müharibəsinin
nəticələri
Sentyabrın 27-də əks-həmlə ilə
başlanan və Vətən müharibəsi
kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi
cəmi 44 gün çəkdi. Ay yarım ərzində
Ermənistan, Qarabağ,
xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından
ibarət işğalçı
və cinayətkar ordunun qarşısında
sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər
salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin
qərargahlarında, hərbi
təhsil və hərbi-tədqiqat müəssisələrində,
hərb tarixi dərsliklərində indən
belə çox yazılacaq və tədqiqatlar aparılacaq.
Bu müddət ərzində
düşmənə sarsıdıcı
zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz "məğlubedilməz
erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə
atəşkəs dilənməyə
və nəhayət, təslim olmağa vadar etdi.
İkinci Qarabağ müharibəsi aşağıdakı
nəticələrlə tamamlanıb:
– Hərbi
əməliyyatların deeskalasiyası
və işğal altında olan ərazilərin deokkupasiyasının
həyata keçirilməsi.
İşğal altında
olan ərazilərimizin
bir hissəsi hərbi yolla, digər hissəsini isə Ermənistan üçün kapitulyasiya
aktı kimi dəyərləndirilən 10 noyabr
Bəyanatından irəli
gələn öhdəlik
əsasında azad edilir. Dekabrın 1-də Azərbaycanın bütün
ərazisi üzərində
siyasi-hüquqi suverenliyimiz
və ərazi bütövlüyümüz bərpa
ediləcək. Beləliklə,
Azərbaycanın beynəlxalq
hüquqla təsbit edilmiş ərazi bütövlüyü təmin
ediləcək.
– 10 noyabr Bəyannaməsi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq, dövlətlərarası
xarakterini bir daha təsdiqləmiş oldu. Ermənilərin onu 1988-1991-ci illərdə
SSRİ-nin tərkibində
olduğu kimi daxili münaqişə formasında saxlamaq cəhdləri birdəfəlik
aradan qalxdı. Dağlıq Qarabağın
statusu məsələsi
danışıqların predmetindən
çıxmış oldu,
orada yaşayan ermənilərə öz
müqəddəratını təyinetmə prinsipinin
heç daxili aspekti də şamil edilməyəcək.
Onlar adi Azərbaycan vətəndaşına
verilən hüquqlardan
yararlanmalı olacaqlar.
– Münaqişənin
tənzimlənməsinin beynəlxalq
hüquqi bazası yenilənməlidir. Azərbaycan
BMT TŞ-nin 4 qətnaməsini
təkbaşına icra
etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini
əldə rəhbər
tutaraq fərdi qaydada həmin qətnamələrin tələblərini
yerinə yetirmiş oldu. BMT TŞ-də 10 noyabr Bəyanatının
müddəalarına uyğun
yeni qətnamə qəbul edilməli və onun bazasında
ATƏT-in Minsk qrupu yeni sülh
müqaviləsi hazırlamalıdır.
Bundan əlavə, Azərbaycanın öz daxili qanunvericiliyində bir sıra dəyişikliklər
olmalıdır. Bu, xüsusən də konseptual sənədlərimizlə
(Milli Təhlükəsizlik
Konsepsiyası, Hərbi
Doktrina və s.) daha sıx bağlıdır.
– İran
İslam Respublikası
ilə dövlət sərhədimizin 132 km-lik
hissəsi işğaldan
azad edilib və orada sərhəd
zastavaları qurulub.
Uzun müddət həmin istiqamətdə transmilli cinayətkarlığın
bəzi təzahürləri
geniş inkişaf etmiş və kriminal işbirliyi formasında həyata keçirilmişdir. Artıq
həmin ərazilər
öz həqiqi sahibinin nəzarətindədir.
– Dəhlizlərin
mübadiləsi ideyası
gerçəkləşəcək. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan, Ermənistanla Xankəndi arasında birbaşa quru yolunun olması
deməkdir. Ermənistana yalnız Laçın
dəhlizi vasitəsilə
və qarşıdan gələn 3 il ərzində o istiqamət
üzrə inşası
nəzərdə tutulan
yolla Azərbaycana daxil olmağa icazə verildiyi halda, Azərbaycana isə həm Laçın, həm də ölkəmizin digər qərb rayonları vasitəsilə
Naxçıvana çıxış imkanı verilir. Şübhəsiz,
Azərbaycandan Naxçıvana,
oradan isə Türkiyəyə çıxış,
əks-istiqamətdə isə
Türkiyədən Cənubi
Qafqaz, Orta Asiya və Çin
Xalq Respublikasına kimi nəhəng türk zolağı uzanacaq. Bu ideyanın
müəllifi Pol Qobl 1992-ci ilin iyununda hazırladığı
sülh planına belə bir müddəa
daxil etmişdir. Strateji əhəmiyyətə
malik olan bu plana 1992-ci ilin yayında (o zaman Azərbaycan Şuşanı və Laçını itirmişdi)
Azərbaycan, Ermənistan,
İran, hətta Rusiya mənfi münasibət bildirmişdir.
Qeyd edilən plan ABŞ və Türkiyənin maraqlarına
cavab verirdi. P.Qoblun bu planına əsasən, o vaxt "Penzoyl'' neft şirkətinə yaxın
olan ABŞ prezidenti ata-Buş Azərbaycan neftini məhz həmin dəhlizlə keçirməklə İranın
Ermənistana çıxışını
əngəlləməyə, Ermənistanı bu layihəyə qoşmağa
və Rusiyanın təsirindən xilas etməyə çalışıb.
Türkiyəyə isə
bayaq dediyimiz üstünlük veriləcəkdi.
– İşğaldan
azad edilmiş ərazilər qeyri-qanuni iqtisadi fəaliyyətlərdən,
cinayətkar qruplaşmalardan
(terrorçulara orda təlim düşərgələrinin
salınması, narkotiklərin
becərilməsi və
trafiki, Rusiyadan
1992-1996-cı illərdə qanunsuz yolla gətirilmiş 1 milyard dollar dəyərində silahların işğal altında olan ərazilərdə gizlədilməsi
və s.) və məskunlaşmalardan (Suriya,
Livan və s. Yaxın Şərq ölkələrindən erməni
və kürd ailələrini burada yerləşdirməklə həmin
əraziləri erməniləşdirmək
və kürdləşdirmək)
azad edilərək Azərbaycana qaytarılır.
Həmin
ərazilərin təbii
ehtiyatlarının istismarından,
yaxın gələcəkdə
isə azad edilmiş ərazilərimizin
rekreasiya potensialından
ölkəmizin və
xalqımızın rifahı
üçün istifadə
ediləcək və Ermənistan son 27 il ərzində ölkəmizə vurduğu
ziyanı ödəməli
olacaq. Bu günlərdə Ermənistanın keçmiş
baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil
etmiş Gevork Kostanyan deyib ki, "biz bu
razılaşma ilə
təkcə əraziləri
vermədik, eyni zamanda, Ermənistanın üzərinə 50 milyard
dollarlıq öhdəlik
qoyulur, bu pulları biz və gələcək nəsillərimiz
Azərbaycana ödəməli
olacaq''. Hazırda bu istiqamətdə Azərbaycanda ciddi işlər görülür.
Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı,
"Ermənistan silahlı
qüvvələrinin Azərbaycan
ərazisinə təcavüzü
nəticəsində mülki
əhaliyə, dövlət
əmlakına, o cümlədən
infrastruktur obyektlərinə,
habelə sahibkarlıq
fəaliyyəti subyektlərinə
dəymiş ziyanın
qiymətləndirilməsi və
aradan qaldırılması ilə bağlı tədbirlər
haqqında'' Sərəncama
uyğun olaraq Dövlət Komissiyası
və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb. Təzminatın
məbləğinin artacağı
istisna edilmir.
– Düşüncə
psixologiyasının dəyişməsi
(məğlub ölkədən
qalib millətə çevrilmək). 44 günlük
müharibə Azərbaycan
xalqının qürurunu,
mənliyini və şərəfini özünə
qaytardı. Xalqımızın
və ordumuzun milli vətənpərvərlik
ruhu və mənəvi-psixoloji vəziyyəti
yüksək səviyyədədir.
Müasir döyüş
sirlərinə dərindən
bələd olan, döyüş meydanında
intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan
Ordusu haqqında stereotip formalaşmaqdadır.
Apardığı peşəkar
əməliyyatlarla dünya
qərargahlarını şoka
salan müzəffər
Azərbaycan Ordusunun beynəlxalq reytinqdə irəliləyəcəyi heç
şübhə doğurmur.
Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq
sülhə məcburetmə
əməliyyatlarında Azərbaycan
Ordusunun potensialından
və təcrübəsindən
geniş yararlanmağa
imkan verəcək.
VƏ BÜTÜN DÜNYA YENİ AZƏRBAYCANLA HESABLAŞMAQ
MƏCBURİYYƏTİNDƏ QALACAQ. Artıq
Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu
diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət
və səmimiyyətdən
asılı olacaq.
44 günlük müharibənin erməni
milli şüurunda radikal dəyişikliyə
yol açacağı
inkar edilmir. Onlar üçün qonşulara
ərazi iddiaları irəli sürüb kimlərinsə çirkin
geosiyasi planlarının
alətinə çevrilməkdənsə,
normal və müstəqil dövlət
kimi öz maraqlarını təmin etmək məqsədilə
ətraf ölkələrlə
etibarlı və qarşılıqlı mənfəətə
söykənən əməkdaşlıq yolu seçmək daha perspektivlidir. Nə Soros, nə də hansısa tarixi müttəfiq balaca Ermənistanı qalib ölkəyə çevirmək iqtidarında
deyil. ''MİATSUM'', ''BÖYÜK
ERMƏNİSTAN'', ''TSEXAKRON'', ''ARMENİZM'' kimi
millətçi-faşist ideologiyalar
Ermənistana yol göstərmək iqtidarında
deyil. Artıq onun GÜCLÜ AZƏRBAYCANA və
QÜDRƏTLİ TÜRKİYƏYƏ qarşı
oynamaq halı qalmayıb. Bu iki nəhəng məngənə arasında
köhnə düşüncə
tərziylə yaşamaq
qeyri-mümkün və
potensial özünəqəsd
siyasətidir. ƏRKÖYÜN,
TƏXRİBATÇI və FORPOST
ERMƏNİSTANDAN, MÜSTƏQİL, SAĞLAM, ETİBARLI və TƏRƏFDAŞ ÖLKƏYƏ çevrilmək zamanıdır.
Ermənistanın qurtuluşu
özünütəcriddən birgəyaşayışa və
inteqrasiyaya, özünümüstəsnalıqdan
tolerantlığa keçiddən
asılı olacaq.
Zəfər Nəcəfov,
Hərbi And.- 2020.- 27 noyabr.- S.16.